"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

“Baş verənlərə görə baş qərargah rəisi Nəcməddin Sadıkov birbaşa məsuliyyət daşıyır” – Sərdar Həmidov

04 Avqust 2014 - 17:53
in CƏMİYYƏT
FacebookVatsap

Sabiq batalyon komandiri: “Bu düşmən hücumundan daha çox ermənilərin terrorimg1450962 aksiyasıdır”

Bunu da oxuyun

“Səssiz tələ” sənədli filmi təqdim olunub

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

 

Erməni qüvvələrinin cəbhədə Azərbaycan ordusuna qarşı təxribatı və bunun nəticəsində şiddətli döyüşlərin baş verməsi ölkə gündəminin əsas hadisəsinə çevrilib.

Tərtər rayonunun sabiq icra başçısı, sabiq batalyon komandiri Sərdar Həmidov “Yeni Müsavat”ın  əməkdaşı ilə söhbətində Tərtərin döyüş baş verən ərazilərində 21 il əvvəl də analoji hadisələrin olduğunu bildirib. S.Həmidov həmin vaxt onun rəhbərliyi altında keçirilən əməliyyat nəticəsində ermənilərin hücum-diversiya əməliyyatının qarşısının alındığını və düşmənə ağır zərbə vurulduğunu dedi. Keçmiş komandir dedi ki, hazırda orduya rəhbərlik edən bir çox generallar məhz bu hadisələrin şahidi olublar. Sərdar bəy əvvəlcə 1993-cü ildə olan o hadisəni xatırlatdı.

 

“1993-cü ilin noyabr-dekabr aylarında, eləcə də 1994-cü ilin fevral ayında ermənilər Ağdamın axırıncı kəndləri Suma Güllücə, Qərvənd, Cəmilli və ən böyük kəndlərdən biri olan Şotlanlını işğal edəndən sonra Şotlanlı ilə Tərtər rayonunun Qapanlı kəndinin arasında Karmiravan – Qırmızıkənd ərazisindən hücuma keçirdilər.  Karmiravan kəndini bizim Tərtərdəki hərbi briqada ermənilərdən təmizləmişdi və mən kəndin əsl adını bərpa edərək Qırmızıkənd qoydum. 1993-cü ildə ermənilər həmin Şotlanlı və Qırmızıkənd istiqamətindən Qapanlıya hücum etdilər. Həmin vaxt məni Bakıya çağırmışdılar. Yolda – Yevlaxa çatmamış maşında olan rabitə vasitəsi ilə mənə xəbər verdilər ki, ermənilər Qırmızıkəndə girib. Təcili geri qayıtdım, Tərtərdən Qapanlıya, Qırmızıkəndə gedən yolda taxıl anbarı vardı. Taxıl anbarına getdim və içəri girdim ki, polis, hərbçilər taxıl anbarına dolublar. Onları oradan çıxardım və bərabər Qazyan kəndinə, oradan da Qapanlıya qayıtdıq. Yevlaxdan qayıdanda  Nəcməddin Sadıkov və Vasili Vasyakla Qapanlının Tərtərə yaxın hissəsində evdə görüşdük. Onlara orda oturmalarını tapşırıb özüm ön mövqeyə getdim. Əsgərlər də bizi görüb ürəkləndilər. Oradan Nəcməddin Sadıqovla danışdım. Həmin əməliyyat zamanı nəinki Qırmızıkəndi azad etdik, eləcə də erməniləri Şotlanlıdan da çıxardıq. Bir sutka Şotlanlıda oldum və olduğum dövrdə mənə sui-qəsd də etdilər. Yemək gətirmişdilər, əlimi çörəyə uzadanda snayper gülləsi saçımın tüklərinə toxunaraq pəncərəyə dəydi. Ondan sonra Tərtərə qayıtdım. 1994-cü ildə işdən çıxan vaxt Qırmızıkənd bizdə idi, Şotlanlı isə demək olar ki, boş idi”.

 

Sərdar Həmidovun sözlərinə görə, bu istiqamətin cəbhə üçün xüsusi əhəmiyyəti olduğu üçün Müdafiə Nazirliyinin Baş Qərargahı bu cür vəziyyətlərə hazır olmadır: “Tərtərdə yerləşən hərbi birləşmələr, eləcə də Baş Qərargah rəisi Nəcməddin Sadıkov başa düşməlidir ki, Qırmızıkənd istiqaməti həmişə ermənilərin daha çox hədəfində olub və burda mövqelərimiz güclü olmalıdır. Ancaq təəssüf ki, orda hazırlıq yetərli olmayıb və ermənilər də o vəziyyətdən istifadə edərək mövqelərimizə hücum ediblər. Bu düşmən hücumundan daha çox ermənilərin terror aksiyasıdır. Görünür ki, bu hücumu  erməni muzdluları və rus ordusu birgə həyata keçiriblər”.

 

S.Həmidovun fikrincə, son hadisələrdə itkilərimizin çox olmasının əsas məsuliyyəti ordu komandanlarının, xüsusən də Baş Qərargah rəisinin üzərindədir: “1993-cü ildə Tərtər briqadasının komandiri olan Nəcməddin Sadıkov 1994-cü ildən sonra Baş Qərargah rəisi təyin edildi. Azərbaycan prezidenti İlham Əliyev Ali Baş Komandan kimi Nəcməddin Sadıkovu çağırıb bu hadisələr haqda soruşmalıdır. Mən bildiyimə görə, Baş Qərargah rəisi nazirə 5-6 dəfə məruzə edib ki, mövqelər möhkəmdir. Həm də ölkə prezidentinə bu cür məlumat verib, deməli yalan danışıb. Ötən 20 ildə Müdafiə Nazirliyində bir neçə nazir vəzifədən çıxarılıb. Ancaq nədənsə, nazirlər işlərindəki qüsurlara görə işdən azad edilsələr də, bu müddətdə Baş Qərargah rəisi Nəcməddin Sadıkova toxunulmayıb, o postunda qalıb. Onun nə qədər böyük igidlikləri olub ki, vəzifəsində hələ də işləyir? Nə qədər mötəbər adamdır? Əgər onun ayağına 1992-1993 illərdə baş verən igidliklər yazılırsa, onun böyük hissəsi Sərdar Həmidovundur”.

 

“Nəcməddin Sadıkovun Cəbrayıldan olan Xalid Əsədov adlı qeyri-rəsmi müavini var. Türkiyəyə hərbi təyyarələrlə brilliant daşıyır”  

 

Keçmiş batalyon komandirinin sözlərinə görə, hazırkı Baş Qərargah rəisi daha çox Bakıda biznes fəaliyyəti ilə məşğuldur: “ Nəcməddin Sadıkovun Cəbrayıldan olan Xalid Əsədov adlı qeyri-rəsmi müavini var. Türkiyəyə hərbi təyyarələrlə brilliant daşıyır. Eləcə də daha bir qeyri-rəsmi köməkçisi Emin Eminbəylidir. Emin o zaman da Tərtərə gəlirdi. İndi Bakıda bina tikir. Müdafiə Nazirliyinin qarşısındakı 16 mərtəbəli binanı Xalid özəlləşdirib. 1993-cü ildə onu cəbhədə yaralanan əsgərlərə kömək etmək üçün buyururdum. Mən o zaman Sadıkovla Dərbəndə gedib məscid tikintisi üçün  o 1 milyon pul vermişəm. Amma indi bunlar böyük biznesmen olublar… Gəncədə Sadıkovun oğlunun adına “Hüseyn” mağazalar şəbəkəsi var.

 

MN-də işləyən generalların bir çoxunun bioqrafiyasındakı igidliklərin Tərtərdə baş verdiyi qeyd olunub. Niyə başqa bölgələrdə deyil, məhz Tərtərdə olub? Çünki orda mənim də xidmətlərim olub. Ancaq mən xidmətimə görə layiq olduğum haqqımı ala bilmirəm. Mən Tərtər cəbhəsində Nəcməddin Sadıkovdan heç bir kömək görməmişəm. İndi bilirsiniz, hərbi təhsili olmayan Sərdar Həmidov Tərtər cəbhəsində hansı əziyyətləri çəkib?”

 

Sərdar Həmidov onu da dedi ki, N.Sadıkovun əvvəlki fəaliyyətləri barədə məlumatlıdır: “1990-cı ilin yanvarında rus ordusunun general-leytenantı Tyaqunov Azərbaycana hərbi komendant təyin olunub. Rus ordusundan olan zabitlər rayonlarda komendant idi. Nəcməddin Sadkov da Göygöldə Xanlar rayonunun hərbi komendantı idi. O, rus ordusundan qalan zabitlərin demək olar ki, hamısını müharibədən sonra sıxışdıraraq Azərbaycandan qovdu. Artilleriya zabiti vardı, Kamarov Viktor Vasileyviç. Müharibə qurtaran kimi Sadıkov onu ordudan uzaqlaşdırdı. Yalnız Vasyak Vasilyevi saxladı, o da xəritəni yaxşı bildiyi üçün. Çünki Nəcməddin xəritələrdən çox zəifdir. Prezident çağıranda Vasyak ona məsləhət verir. 1992-ci ilin qışında Sadıkovun yanına Leyla Yunus gəlmişdi. Gəlib birlikdə meşələri gəzirdilər, indi soruşuram, onlar nə gəzirdilər? Bu gün Leyla haqda deyilən ittihamlar  hələ AXC hakimiyyətdən əvvəl də vardı. Həmin o qış günlərində, qarışıq zamanlarda nə üçün cəbhəyə gəlmişdi?”

 

Sabiq batalyon komandiri dedi ki,  prezident İlham Əliyevin ölkəni bu bəladan qurtaracağına inanır: “Mən inanıram ki, Ali Baş Komandan çıxış yolu axtarır. Yeni nazir Zakir Həsənova və prezident İlham Əliyevə müvəffəqiyyətlər arzu edirəm. Allahın ona yardımçı olmasını istəyirəm ki, milləti erməni bəlasından qurtarsın”.

 

Kənan 

Previous Post

“Baş verənlərə görə baş qərargah rəisi Nəcməddin Sadıkov birbaşa məsuliyyət daşıyır” – Sərdar Həmidov

Next Post

Omaba Ərdoğanın telefonunu açmır – Türkiyə gündəmi

Bənzər yazılar

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15

"Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Müharibə uşaqları:...

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08

Ağdam rayonunda 15 yaşlı qızın ailəsindən xəbərsiz evdən getməsi ilə bağlı aidiyyəti qurumlar tərəfindən zəruri tədbirlər görülüb. Bu barədə Elchi.az...

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00

4 oktyabr Azərbaycan tarixində mühüm və əlamətdar günlərdən biridir. Bu tarix Cəbrayıl şəhərinin işğaldan azad edilməsi ilə bağlı olaraq xalqımızın...

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

Sabah yollarda görünüş məsafəsi məhdudlaşacaq

03 Oktyabr 2026 - 19:59

Avtomobil yollarında vəziyyət açıqlanıb. Elchi.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, oktyabrın 4-də ölkə ərazisində qeyri-sabit, yağıntılı və dumanlı...

Next Post

Omaba Ərdoğanın telefonunu açmır - Türkiyə gündəmi

Omaba Ərdoğanın telefonunu açmır - Türkiyə gündəmi

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.