"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Baş Prokurorluqda Kollegiya iclası keçirilib

26 Dekabr 2025 - 16:56
in CƏMİYYƏT
FacebookVatsap

Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluğun fəaliyyət istiqamətləri üzrə cari il ərzində görülmüş işlər, qarşıda duran vəzifələr və işin təşkilinə dair məsələlərə həsr olunmuş Kollegiya iclası keçirilib.

Bunu da oxuyun

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Professor Tərlan Quliyev vəfat edib

Baş Prokurorluğun Mətbuat xidmətindən Elchi.az-a verilən xəbərə görə, kollegiya iclasında Giriş nitqi ilə çıxış edən Baş prokuror Kamran Əliyev cari ilin xalqımız, o cümlədən hüquq ictimaiyyəti üçün əlamətdar hadisələrlə zəngin bir il olduğunu bildirib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsinin Konstitusiyanın qəbulunun 30 və Vətən müharibəsində qazanılmış Qələbənin 5 illiyinə təsadüf etməsi ona xüsusi mənəvi mahiyyət qatmışdır. Bildirilib ki, bu ilin qeyd olunması ümummilli lider Heydər Əliyevin dövlətçilik irsinə ehtiramın ifadəsi olmaqla, Ulu Öndərin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Konstitusiya əsasında dövlət suverenliyi, qanunun aliliyi və insan hüquq və azadlıqlarının təmin edilməsi, eləcə də Azərbaycanın hüquqi dövlət kimi formalaşmasını əks etdirir.

Çıxış zamanı həmçinin vurğulanıb ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi, hüquqi islahatların dərinləşdirilməsi, vətəndaşların sosial rifahının yüksəldilməsi və Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə olunub, bu sahədə Birinci vitse-prezident Mehriban xanım Əliyeva da yaxından iştirak edib, bu siyasətin məntiqi davamı olaraq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri yüksək sürətlə davam etdirilir.

Eyni zamanda qeyd edilib ki, Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursu mürəkkəb qlobal proseslər fonunda Azərbaycanın beynəlxalq mövqelərini gücləndirmiş, xüsusilə ABŞ və Çin Xalq Respublikası ilə münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsinə imkan yaradıb. Vurğulanıb ki, bu uğurlu xarici siyasət ölkədə siyasi sabitliyin möhkəmlənməsi və daxili inkişaf üçün əlverişli şəraitin formalaşmasını təmin etmiş, bunun məntiqi nəticəsi olaraq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri yüksək templə davam etdirilir.

Prokurorluq orqanlarının fəaliyyətinə toxunarkən Kamran Əliyev tərəfindən ölkəmizdə bərqərar olmuş ictimai-siyasi sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi və insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Azərbaycan prokurorluğunun rolu qeyd edilməklə, prokurorluğun əsas fəaliyyət istiqamətləri üzrə görülən işlər və statistik göstəricilər kollegiya üzvlərinin diqqətinə çatdırılıb, ümumən qeydə alınmış cinayətlərin sayında azalmanın müşahidə edildiyi, bu nailiyyətlərin əldə olunmasında digər hüquq mühafizə orqanları ilə əlaqəli şəkildə həyata keçirilən preventiv, operativ və istintaq tədbirlərinin effektivliyi vurğulanıb.

Eyni zamanda, prokurorluq orqanlarının vətəndaşların hüquqlarının qorunması, qanunun aliliyinin təmin edilməsi və ictimai təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində davamlı və sistemli fəaliyyət göstərdiyi diqqətə çatdırılıb.

Həmçinin çıxışda Baş Prokuror qeyd edib ki, 2025-ci ilin prokurorluq orqanlarının fəaliyyəti baxımından mühüm beynəlxalq hadisələrlə yadda qalmışdır. Bu çərçivədə Baş Prokurorluğun təşkilatçılığı ilə bir sıra beynəlxalq tədbirlər konfranslar keçirilib.

İclasda həmçinin Baş Prokurorluğun “İşin Təşkili Qaydaları”na əlavə və dəyişikliklərin edilməsi, həmçinin “Prokurorluq orqanlarının 2026-cı ildə ictimaiyyətin maarifləndirilməsinə dair Yol Xəritəsi” layihəsinin müzakirəsi və təsdiqi məsələsi ilə bağlı Təşkilat və icraya nəzarət idarəsinin rəisi Tural Aslanov, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanuna uyğun olaraq icrası həvalə olunmuş vəzifələrə təyinatlara razılıq verilməsi ilə bağlı Kadrlar idarəsinin rəisi Natiq Hüseynov məruzələrlə çıxış ediblər.

Aparılmış müzakirələr ətrafında Kollegiya üzvləri çıxış edərək təkliflərini bildirib, sonda bir sıra məsələlər üzrə Kollegiyanın qərarı qəbul olunub.

İclasa yekun vuran Baş prokuror Kamran Əliyev Azərbaycan Respublikası Prokurorluğu orqanlarının bundan sonrakı fəaliyyəti zamanı da dövlət və xalqımızın mənafeyi naminə qanunla üzərinə qoyulmuş vəzifələri layiqincə yerinə yetirəcəyinə əminliyini ifadə edib.

Baş Prokurorluqda Kollegiya iclası keçirilibBaş Prokurorluqda Kollegiya iclası keçirilibBaş Prokurorluqda Kollegiya iclası keçirilib

Previous Post

XİN rəhbəri: Türkiyədən Ermənistana uçuşların sayının artırılması yenilik olmadı, məlumatımız var idi

Next Post

Bakı metrosunun bayram günləri üçün iş qrafiki açıqlanıb

Bənzər yazılar

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45

Venesiya şəhərində İtaliya Hərbi Dəniz Qüvvələrinin təşkilatçılığı ilə XV Trans-Regional Dəniz Gücü Simpoziumu (Trans-Regional Seapower Symposium – T-RSS) keçirilib. Bu...

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb

13 Oktyabr 2026 - 17:18

Hicabdan necə və hansı yaşlarda istifadə etməsi ilə bağlı fiqh alimləri, müctəhidlər çox gözəl bilirlər. Azərbaycanda hicab qadağan olunmayıb. Elchi.az...

Professor Tərlan Quliyev vəfat edib

Professor Tərlan Quliyev vəfat edib

13 Oktyabr 2026 - 17:08

Filologiya elmləri doktoru, professor Tərlan Quliyev vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Beynəlxalq Muğam Mərkəzi məlumat yayıb. O,...

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

Kəmaləddin Heydərov Sudanın Azərbaycandakı səfiri ilə görüşdü

13 Oktyabr 2026 - 17:01

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Sudan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ənəs Eltayeb Elqaylani Mustafa ilə...

Next Post
Bakı metrosunun bayram günləri üçün iş qrafiki açıqlanıb

Bakı metrosunun bayram günləri üçün iş qrafiki açıqlanıb

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb – VİDEO

“Fövqəladə hallar uşaqların gözü ilə” müsabiqəsinin qalibləri mükafatlandırılıb - VİDEO

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

Laos Prezidenti BDU-nun tələbələri ilə görüşüb

13 Oktyabr 2026 - 21:31
Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

13 Oktyabr 2026 - 21:29
“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

“Gəncə” FIBA Avropa Kubokundakı ilk ev oyununda uduzub

13 Oktyabr 2026 - 21:26
Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını bölüşməyi dayandırmayıb

13 Oktyabr 2026 - 21:24
KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

KİV: Polşa Starlink stansiyasına hücumun arxasında Rusiyanın dayandığını iddia edir

13 Oktyabr 2026 - 19:23
Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

Venesuela xarici işlər naziri Uruqvayı daxili işlərinə müdaxilə etməkdə günahlandırdı

13 Oktyabr 2026 - 19:12
Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

Niderlandın xarici işlər naziri Azərbaycana səfər edəcək

13 Oktyabr 2026 - 18:53
Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

Azərbaycan HDQ komandanı İtaliyaya səfər edib

13 Oktyabr 2026 - 18:45
Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

Özbəkistan Prezidenti AQEM sammitində iştirak etmək üçün Bakıya gələcək

13 Oktyabr 2026 - 18:34
Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

Yaponiya silah ixracı üzrə vahid struktur yaradacaq

13 Oktyabr 2026 - 18:31
Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

Prezidentin sosial şəbəkə hesablarında Laos Prezidentinin Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb

13 Oktyabr 2026 - 18:25
Azərbaycan Laos münasibətləri yeni mərhələdə

Azərbaycan Laos münasibətləri yeni mərhələdə

13 Oktyabr 2026 - 18:24
İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

İqtisadi Şurada neft-qaz sənayesinin inkişaf perspektivləri müzakirə olunub

13 Oktyabr 2026 - 18:13
Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

Qırğızıstan Prezidenti Azərbaycana işgüzar səfər edəcək

13 Oktyabr 2026 - 18:07
Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

Səudiyyə Ərəbistanı Sənada təxliyə çağırışı edib

13 Oktyabr 2026 - 17:58
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.