"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home FLƏŞ

“Banklar kredit ödənişlərinə görə müştərilərə güzəşt etməlidir” – Fikrət Yusifov

10 Aprel 2015 - 15:11
in FLƏŞ, İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Banklar kredit ödənişlərinə görə müştərilərə güzəşt etməlidir” – Fikrət Yusifov
“Ən azı Rusiya banklarından nümunə götürsələr, bu, dollarla kredit götürmüş aztəminatlı vətəndaşlara dəstək olardı”
“Manatın devalvasiyasından sonra banklardan xarici valyutada götürülən kreditlərin ödənilməsi sahəsində çətinliklərin yarandığı müşahidə olunmaqdadır. Çətinliklərin aradan qaldırılması istiqamətində banklar tərəfindən hələ ki konkret bir addım atılmayıb. Vətəndaşların üzərinə getmək, təzyiqləri artrmaq və ödəmə qabiliyyətini itirmiş müştəriyə gecikmiş kreditlərə görə əlavə faizlər hesablamaqla vəziyyəti stabilləşdirmək mümkün deyil”.
Bunu “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri, iqtisad elmləri doktoru, proofessor Fikrət Yusifov əhalinin dollarla banklardan götürdüyü kreditlərin ödənilməsində yaranmış problemlərdən danışarkən deyib. 
F.Yusifov qeyd edb ki, Mərkəzi Bankın rəhbərliyinin banklara verdiyi tövsiyyələrə əməl olunmur və banklar öz maraqlarını bu tövsiyyələrdən daha üstün hesab edirlər: “Bu tövsiyyələrdən sonra xarici valyutada (ABŞ dolları) götürülən kreditlərin ödəniş vaxtının uzadılması, həmin kreditlər üzrə faiz dərəcələrinin bir qədər aşağı salınması belə praktik olaraq baş vermədi. Sual olunur:  Nə üçün banklarımız öz müştəriləri ilə bu qaydada davranmalıdırlar? Bu, çox ciddi bir məsələdir. Bütün zamanlarda banklar dövlətin dəstəyini alıblar. Bunu son dövrlərdəki  çıxışlarında Prezident İlham Əliyev də bir neçə dəfə vurğulayıb. Bəs çətinliklərlə üzləşəndə dövlətin dəstəyindən bəhrələnən, dövlətin onlara əvəzsiz köməyini məmuniyyətlə qəbul edən banklar situasiyanı stabilləşdirmək, kreditlərə görə güzəştlər tətbiq etməkdən niyə qaçırlar? Nəyi və kimi gözləyirlər?  Nə üçün heç olmasa daha çətin durumda olan vətəndaşlara  kömək etmək istəmirlər? Axı bu vəziyyətin yaranmasında bank müştərilərinin günahı yoxdur. Yəqin gözləyirlər ki, yaranmış bu vəziyyətin nizama salınması üçün onlara yuxarı instansiyalrdan tövsiyyələr verilsin. Bu, sadəcə absurddur”. 
BİAB sədrinin sözlərinə görə, banklar kreditlərin ödənilməsi ilə bağlı yarana biləcək hər bir zərərin bağlanması üçün ehtiyatlar yaratmağa borcludurlar. Bunu Mərkəzi Bankın banklarda müvafiq ehtiyatların yaradılması ilə bağlı təsdiq etdiyi “Aktivlərin təsnifləşdirilməsi və mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılması Qaydaları” müəyyən edir: “ Bu ehtiyatlar mövcud olsa da banklar onlardan istifadə etmək istəmirlər. Digər ehtimal isə ondan ibarətdir ki, onlar  daha çox mənfəət əldə etmək xatirinə bu ehtiyatları ya yaratmırlar, ya da lazım olan həddə yaratmırlar  və bu vəziyyətdən “itkisiz” çıxmaq istəyirlər. Belə olmur. Banklar nə qədər desələr ki, onların fəaliyyəti az mənfəətlidir, bu,  inandırıcı deyil. Fəaliyyəti düzgün qurulmuş banklarda mənfəət digər başqa sahələrdə olduğundan qat-qat çoxdur. Bunun belə olduğunu bilmək üçün son illərdə bankların kredit portfelində xüsusi çəkisi daha çox olan istehlak kreditlərinin faiz dərəcələrinə nəzər salmaq kifayətdir. Hər kəs bilir ki bu rəqəm bəzi banklarda 25-27%-ə çatır və bəzən bundan da çox ola bilir. Hesab edirik ki, banklar bu gün valyutada götürülən kreditləri ödəmək imkanı olmayan və ya imkanları çox aşağı səviyyədə olan vətəndaşları müəyyən edib onlarla fərdi iş aparmalı və bu kateqoriyadan olan insanlara maksimum kömək göstərməlidirlər. Banklar üçün bu yol, həmin kreditləri sonda ümüdsüz kreditlərə çevirib zərər kimi silməkdən daha sərfəli yoldur”.
F.Yusifov analoji situasiyada Rusiya banklarının atdığı addımıara da diqqət yönəldib: “Rusiya bankları bu qəbildən olan məsələlərin həllində daha böyük çeviklik nümayiş etdirirlər.  Bu ölkənin bankları 2014-cü ildə götürülmüş 265 milyard rubl və  1 milyard dollar həcmində olan kreditləri siliblər. Qeyd etdiyim bu rəqədmlər 2013-cü illə müqaisədə 3-4 dəfə çoxdur. Deməli, Rusiya bankları vəziyyətdən çıxış yolunu daha düzgün müəyyən edə bildilər. Onlar rubulun dəyərdən düşməsi nəticəsində əhalinin həyat səviyyəsinin pisləşməsi səbəbindən vaxtıilə götürülmüş kreditlərin ödənilməsində yaranmış çətinlikləri real dəyərləndirib bu addımları atdılar.  Rusiya bankları  təkcə 2015-ci ilin yanvar ayında 19,0 milyard rubl ümüdsüz borcu siliblər.Hesab edirəm ki, Rusiya banklarının bu addımları bizim banklara da nümunə ola bilər. Ümumiyyətlə, belə təcrübə dünyanın çox ölkələrində mövcuddur. Sadəcə bizim banklar yalnız öz mənfəətlərini düşünmək steriotipindən əl çəkməyi bacarmalıdırlar.  Kreditlərə görə yüksək faizlər tətbiq edən Azərbaycan bankları ötən illər ərzində müştərilərin hesabına qazanılan mənfəətin az bir qismini yaranmış vəziyyətdə itirməyi faciə hesab etməməlidirlər”. 
Previous Post

“Banklar kredit ödənişlərinə görə müştərilərə güzəşt etməlidir” – Fikrət Yusifov

Next Post

Orqanizmlərin geni belə dəyişdirilir – VİDEO

Bənzər yazılar

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb

04 İyun 2026 - 16:56

Bakı Limanında bu ilin may ayında 812 min tondan çox yük aşırılıb. Elchi.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir...

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir

04 İyun 2026 - 16:40

Bu gün Bakıda “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin mərkəzi (milli) banklarının Şurası”nın növbəti toplantısı keçirilir. Elchi.az xəbər verir ki, bununla...

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

“Şahdəniz 2” ildə 17 milyard kubmetr qaz hasil edir

04 İyun 2026 - 16:17

“Şahdəniz 2” layihəsi çərçivəsində hazırda ildə 17 milyard kubmetr qaz hasil olunur. Bu barədə Elchi.az-a “BP Azerbaijan”dan məlumat verilib. Bildirilib...

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14

Azərbaycanda ət bazarında qiymətlərin sabitləşməsinin istehsalın artırılması və maya dəyərinin azaldılması hesabına təmin olunacağı gözlənilir. Elchi.az xəbər verir ki, bunu mətbuat...

Next Post

Orqanizmlərin geni belə dəyişdirilir - VİDEO

Orqanizmlərin geni belə dəyişdirilir - VİDEO

Son xəbərlər

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib

04 İyun 2026 - 19:25
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb

04 İyun 2026 - 19:18
Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

Tatarıstanda həkimlər üçün süni intellekt köməkçisi yaradılacaq

04 İyun 2026 - 19:11
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq – SİYAHI

04 İyun 2026 - 19:02
Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

Ceyhun Bayramov Braziliyanın yeni səfirinin etimadnaməsinin surətini qəbul edib

04 İyun 2026 - 18:56
Leonid Kuçma İlham Əliyevi təbrik etdi

Leonid Kuçma İlham Əliyevi təbrik etdi

04 İyun 2026 - 18:47
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanladı

04 İyun 2026 - 18:35
Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

Voleybol millimiz Avropa Liqası öncəsi məşqdə – FOTOLAR

04 İyun 2026 - 18:23
Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

Xorvatiyada təyyarə qəzaya uğrayıb: Həlak olanlar var

04 İyun 2026 - 18:14
“Qəbələ” kapitanı ilə yolları ayırdı

“Qəbələ” kapitanı ilə yolları ayırdı

04 İyun 2026 - 18:00
“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

“Karvan-Yevlax” legioneri ilə vidalaşdı

04 İyun 2026 - 17:49
Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

04 İyun 2026 - 17:35
İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

İran XİN: ABŞ-la razılaşma mətninin üzərində işlər hələ də davam edir

04 İyun 2026 - 17:28
Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

Ukraynada yenidən nüvə silahı iddiası: “Biz bunu edə bilərik”

04 İyun 2026 - 17:20
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb

04 İyun 2026 - 17:11
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.