"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Baloğlan Əşrəfov: “Toya 10-15 minə gedirik dedilər, indi nazirliklə problemləri var”

15 Dekabr 2015 - 10:30
in MƏDƏNİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

Baloğlan Əşrəfov: “Toya 10-15 minə gedirik dedilər, indi nazirliklə problemləri var
Əməkdar artist Baloğlan Əşrəfov yeni yaradıcılıq işlərindən danışıb. Musavat.com saytının suallarını cavablandıran əməkdar artist  bildirib ki, yeni mahnılar üzərində çalışır:
“Ötən gün yanımdakı dostlarımdan hansı mahnımı bəyəndiklərini soruşdum. 6 nəfərin hər biri müxtəlif mahnımın adını çəkdi. Bu müğənninin uğurudur ki, dinləyicilər fərqli mahnılarını sevirlər. Sənət fəaliyyətimi heç vaxt dayandırmıram. Çalışıram ki, tamaşaçıların qarşısına yeni mahnılarla çıxım, həmişə  yeni sözlər, şeirlər axtarıram. 2016-cı ildə 3 mahnı lentə aldıracam. Musiqisi Sevda Məmmədli, sözləri Ağa Zahidin “Qədrini bilmədim, bilmədim sənin” mahnısını aranjeman etdirirəm.  Vaxtilə populyar olub, indi musiqi təlabatını ödəməyən bir neçə mahnı var ki, onları yeni aranjemanda dinləyicilərə təqdim edəcəm”.
– Əvvəllər tez-tez konsertlər verirdiniz. İki-üç ildir ki, bu ənənənizi davam etdirmirsiniz. Sevənlərinizi önümüzdəki il konsert gözləyir?
– 2015-ci ildə tamaşaçılarıma böyük konsert proqramı vəd etdim, amma başım televiziya çəkilişlərinə, tədbirlərə qarışdı. Müğənni özünə və tamaşaçılara hörmət etməlidir. Hər dəfə eyni mahnılarla tamaşaçının qarşısına çıxmaq olmaz. İki-üç ildir ki, konsert vermirəm.  Gələn il konsert verəcəyəm, ayını isə hələ ki, açıqlamıram. Çünki tarix deyirəm, sonra  işlər çıxır, konsert təxirə düşür.
–  Son zamanlar gənc müğənnilər tez-tez tənqid olunur,  onların köhnə mahnıları gözdən saldığı bildirilir. 
– Bu fikirlərlə razı deyiləm. Əlbəttə, gənclər köhnə mahnıları oxumalıdırlar. Lakin bunun bir qaydası var. Böyük sənətkarlarımız, xalq artistlərimizin oxuduğu mahnılar o dövrün tələbatına uyğun olub, musiqi çoxşaxəli olmayıb. İndi bəstəkarlarımız, aranjemançılarımız var. O dövrdə ifa olunan mahnıya indi bəstəkar öz  dəst-xətti ilə yanaşır. O qədər gözəl mahnılarımız var ki, onu indiki dövrdə yeni aranjemanla oxumaq lazımdır. “Araz axar” xalq mahnısını aranjeman etdirib oxumuşdum. Sonra araşdırıb gördüm ki, mahnının sözlərində fərq var. Mənanı aydınlaşdırandan sonra səhv oxuduğumu anladım və o mahnını oxumağa utandım. İndi bütün müğənnilər  mahnını səhvlə oxuyurlar.
Araz axar qıyqacı,
Budur gəlir cüt bacı
Biri mənim öz yarım, 
Biri başımın tacı
Hamı mahnını bu cür oxuyur. Sonra araşdırdım ki, sözlər fərqlidir. Əslində isə mahnı belədir:
Araz axar qıyqacı
Budur gəlir cüt bacı
Biri mənim öz yarım, 
Biri onun dilmancı
Bir müğənni səhv edəndə digərləri onu təkrarlayır. Ona görə mahnıları araşdırmaq, düzgün oxumaq lazımdır. “Bağa girdim üzümə” xalq mahnısının da sözlərini səhv oxuyuruq.
 
Bağa girdim üzümə,
Tikan batdı dizimə.
Əyildim çıxartmağa
Yar sataşdı gözümə.
Əslində mahnınını sözləri fərqlidir. Bu bayatıda səhvə yol verilib.
Bağa girdim üzümə,
Yar sataşdı gözümə.
Əyildim ki, gizlənim,
Tikan batdı dizimə.
 Yarı görən aşiq gizlənir. Yar bağda uzanmayıb ki, aşiq əyiləndə onu görsün.  “Araz axar” və “Bağa girdim üzümə” mahnılarını aranjeman etdirsəm də, indi oxumuram. Televiziyada, radioda bütün müğənnilər o mahnıları bərbad gündə oxuyurlar. Mən səhv  oxumağı özümə yaraşdırmıram. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini oxumuşam. Bədii ədəbiyyata uşaq vaxtımdan marağım olub. Araşdırıb tapmağı çox sevirəm. Ona görə də xalq mahnılarını oxumamışdan öncə araşdırıram.
– Hazırda müğənnilərə “Bozbaş müğənni”, “ara müğənnisi”, “toy müğənnisi”  kimi adlar qoyulur.  Bu adlara münasibətiniz necədir?
– Heç vaxt kiminsə xətrinə dəymək istəməmişəm.  “Bozbaş müğənni” ifadəsini ermənilərdən götürüb bizə sırıyıblar. Ermənilər bizim ən gözəl yeməyimiz bozbaşı lağa qoyurlar, bizimkilər də müğənniyə bu adı qoyublar.  Müğənnini ya yaxşı, ya pis olaraq kateqoriyalara bölmək olar. “Ara müğənnisi” ifadəsini qəbul etmirəm. Müğənni konsertdə,  toyda oxuyur. Bu ad sovet  dövründən qalıb.  O zaman hansı gözəl müğənni  kənd təsərrüfatı zəhmətkeşləri, qəhrəmanlar, çobanlar, tanınmışlar haqda oxumayanda  “ara müğənnisi” adlandırılırdı. Bizə erməni-müsəlman dostluğundan oxutdurmaq istəyirdilər. Biz isə anadan, sevgidən oxuyurduq. Bu mövzuda oxuyan müğənnilər rəğbətlə qarşılanırdı. Amma bizə “ara müğənnisi” adı qoyulurdu, çünki onların istədiklərini oxumurduq.  Şükür Allaha ki, müstəqillik qazandıq və istədiyimiz mahnıları oxuyuruq.
Mahnıda söz mənalı olmalıdır. İndi müğənnilər həm şeir yazırlar, həm musiqi bəstələyirlər. Mahnıda əsas sözdür. Söz pis olandan sonra ulu bəstəkarlarımızı qəbirdən çıxartsan da, o sözlərə mahnı yazmazlar. Çünki onlar şeiriyyatı gözəl bilirdilər, savadlı idilər. Ramiz Mirişli, Emin Sabitoğlu əvvəl sözə baxırdılar.  Əvvəllər bədii şura vardı, mahnıya baxıb qiymət verərdilər. Biz 5 mahnı verirdik, onun ikisi seçiləndə sevinərdik. İndi elə şey yoxdur. Mən 35 ildir ki, “Uçan quşlar” mahnısını  oxuyuram. Çünki tamaşaçılar tələb edir. “Ara müğənnisi” ifadəsini Məmmədbağır Bağırzadə, Ağadadaş Ağayev, mənim üçün də işlədirdilər.
– Gənc müğənnilərdən kimləri dinləyirsiniz? Onlara hər hansı tövsiyəniz varmı?
– Gənc müğənnilər içərisində səsi çox güclü ifaçılar var. Allah onların səsini qorusun. Amma mahnı seçə bilmirlər. Muğam ifaçılarına 50 il öncə oxunan qəzəli öyrədirlər. Bəzi müğənnilər isə  ağzına gələni oxuyur.  Müğənnilərimizin səsinin, istedadının olmadığını desəm, insafsızlıq etmiş olaram. Çalışsınlar düzgün mahnı seçsinlər.
– Baloğlan bəy, illərdir ki, səhnədəsiniz, xalq sizi sevir. Sizə niyə xalq artisti adı vermirlər?
– Inşallah, verərlər. Bu haqda danışmağım yersizdir.
– Maddi durumunuz necədir? Çətinliyiniz yoxdur?
– Orta səviyyədə yaşayırıq. Müğənnilərimizin hamısı orta  səviyyədə yaşayır. Bəziləri özləri-özlərinə şər atdılar, bildirdilər ki, toya 10-15 minə gedirlər. Onlar səhvə yol verdikləri üçün hazırda Vergilər Nazirliyi ilə problemləri yaranıb. Toya 10 musiqiçi, bir səs rejissoru, aparaturanın daşıyanları, bir qız ifaçı aparıram. 13-14 nəfərlə məclisə gedən müğənni güclü pul qazanmır.  Özlərini yüksək tutmaq üçün böyük məbləğlər dedilər, amma bilmədilər ki, gün gələcək, sıxışdırılacaqlar.  Super yaşayanlar da var, amma onlar haqda heç nə deyə bilmərəm.
– Haqqınızda tez-tez ölüm xəbərləri yayılır. Bu sizə necə təsir edir? 
– Allah ölüm xəbərimi yayanlara insaf versin. Onların ya əxlaqı yerində deyil, ya ailə tərkibində qüsur var. Qastrola gedən, bir ay ev ilə əlaqəsi olmayan, xalq tərəfindən sevilən sənətkar haqda yalan məlumat yaymaq düzgün deyil.  Ailə sevgisi görən şəxs ölüm xəbəri yaymaz. Heç kim ölüm-itimdən sığortalanmayıb.  Amma gərək məlumatı dəqiqləşdirəsən.  Bəzən mənə deyirlər ki, məhkəməyə ver. Fikirləşirəm ki,  xalq tərəfindən sevilən biriyəm, o adamı məhkəməyə verməyim düzgün deyil, mənə ayıbdır.  Allah o şəxsə ağıl versin. Mənim başımdan bir tük əskik olsa, televiziyalarda xəbərlər yayımlanar.
– Hazırda səhhətiniz necədir?
– Səhhətim əladır. Tibb elminin inkişafına kömək edənlərə Allah can sağlığı versin. Hər şey qaydasındadır.
– Ölüm hissini dadmış insansınız. Xəstəlikdən sonra həyata baxışınız dəyişdimi?
– Ölüm hissini Türkiyədə qaraciyərimdən əməliyyat olunanda yaşamışam. Allah insana ölüm hissini yaşatmadan bu dünyadan aparsın. Ölüm hissi ilə yaşamaq çətindir, heç kim öləcəyini bilmək istəmir. Öz həyatını düzgün yaşayan insan ölümü düşünməyə vaxt tapmaz. Ölüm gülməli şey deyil, onunla zarafat etmək olmaz. İnsana 1 həftəyə öləcəyini desələr, 10 ilə ağarmayacaq saçı ağarar. 45 ildir oxuyuram, bu sevgini qram-qram qazanmışam. Amma  45 ilin hörmətini bir saatda itirmək asandır. Ona görə həyatı şərəfli yaşamaq lazımdır ki, ölüm anı gələndə təəssüflənməyəsən.
Previous Post

Baloğlan Əşrəfov: “Toya 10-15 minə gedirik dedilər, indi nazirliklə problemləri var”

Next Post

Rəfsəncani niyə danışdı – İran elitasında sensasion gəlişmələr

Bənzər yazılar

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

Lusern sarayında Azərbaycan musiqiləri səsləndirildi – FOTO

02 İyun 2026 - 16:12

Çexiyanın paytaxtı Praqanın mərkəzində yerləşən Lusern sarayında (Palac Lucerna) 28 May – Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunan konsert keçirilib....

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

Akademik Musiqili Teatrda “Balaca şahzadə” tamaşası nümayiş olundu

02 İyun 2026 - 12:05

Həm neft-qaz sektorunda, həm də bərpa olunan enerji sahəsində artıq asan əldə edilən imkanların böyük hissəsi istifadə olunub. Bu sahələrdə...

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

“4-cü Bakı Müasir Musiqi Günləri” Festivalı keçiriləcək

16 May 2026 - 00:31

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilatçılığı ilə 18-24 may...

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

Kinematoqrafçılar İttifaqına sədr seçilməsi üçün qurultayın tarixi məlum olub

08 May 2026 - 16:55

Azərbaycan Kinematoqrafçılar İttifaqına yeni sədr seçilməsi üçün qurultayın keçiriləcəyi tarix məlum olub. Elchi.az xəbər verir ki, idarə heyətinin bugünkü iclasında qurultayın mayın 26-da...

Next Post

Rəfsəncani niyə danışdı - İran elitasında sensasion gəlişmələr

Rəfsəncani niyə danışdı - İran elitasında sensasion gəlişmələr

Son xəbərlər

Ali Məhkəmə müsabiqə elan edir

Ali Məhkəmə: Qanunsuz məqsədlə verilən pul geri qaytarılmır

04 İyun 2026 - 12:27
Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

Nazir müavini: Ət qiymətləri istehsalın artması və maya dəyərinin azalması hesabına sabitləşə bilər

04 İyun 2026 - 12:14
ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

ADSEA: Xankəndidə sakinlər fasiləsiz içməli su ilə təmin olunur

04 İyun 2026 - 12:06
Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

Nazir müavini: Fermerlər üçün modul elektron rəqəmsal platforma istifadəyə veriləcək

04 İyun 2026 - 11:57
Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

Xankəndidə yağış sularının yığılması üçün kollektor tikiləcək

04 İyun 2026 - 11:50
Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

Bir ayda sərhəddə 5.6 milyon manatlıq qaçaqmal tutulub

04 İyun 2026 - 11:42
Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

04 İyun 2026 - 11:30
Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

Tramp etiraf edir: Netanyahunun iddiaları bu sözlərlə təsdiqləndi

04 İyun 2026 - 11:27
Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

Mülki PUA-lara nəzarət olacaq, yoxlamalar aparılacaq

04 İyun 2026 - 11:24
ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

ÜST ölümcül Ebola virusu barədə xəbərdarlıq edir!

04 İyun 2026 - 11:15
Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

Tramp: İranla razılaşma bu həftəsonu əldə edilə bilər

04 İyun 2026 - 11:04
Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.