"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Rəfsəncani niyə danışdı – İran elitasında sensasion gəlişmələr

15 Dekabr 2015 - 10:33
in DÜNYA
FacebookVatsap

Bunu da oxuyun

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

Azərbaycan BMT Günü münasibətilə Aşqabadda xüsusi stendlə təmsil olunub

 Rəfsəncani niyə danışdı -  İran elitasında sensasion gəlişmələrİranın ən yaşlı və təcrübəli siyasətçisinin birdən-birə “tabu” mövzulara girməsinin arxasındakı səbəblər; onu şiə olmamaqda və xarici güclərdən təlimat almaqda suçladılar

İranın keçmiş prezidenti, Mütəxəssislər Məclisinin (Şurayi Xubreqan) sədri Ayətullah Haşimi Rəfsəncani sükutu pozub. İki gün əvvəl yerli mediaya müsahibə verən nüfuzlu siyasətçi bir çox məsələlərdən, o cümlədən İran-ABŞ danışıqlarından, qarşıdakı seçkilərdən və gözlənilmədən İranda növbəti ali dini lider seçkilərindən danışıb. Bu isə gözlənilməz olub. Çünki bu kimi mövzular adətən İranda çox da müzakirə olunmur, daha doğrusu rəsmilər tərəfindən gündəmə gətirilmir. Çünki hazırkı ali dini lider bu vəzifəyə ömürlük seçilib, ondan sonrakı rəhbər barədə müzakirələr o qədər də xoş qarşılanmır və məlum olduğu kimi, daha çox gizlində müzakirə olunur.
İndi isə Rəfsəncani qəflətən belə bir müzakirələrin getdiyini açıqlayıb. Əlbəttə, burda bir sıra amillər var. Məsələn, Rəfsəncaninin oğlu barədə həbs qərarının verilməsi, iki aydan sonra keçiriləcək parlament və “Xubreqan” seçkiləri və sair.
Bir müddətdir susan Haşimi Rəfsəncaninin birdən-birə gündəmə gəlib xeyli dərəcədə açıq danışması dünya mediasının diqqətini çəkib. Uzun illərin təcrübəli siyasətçisi və hazırda çox ciddi post tutan Rəfsəncani deyib ki, “Xubreqan” üzvləri yeni liderin kimliyi mövzusunda müzakirələr aparır. Eyni zamanda bildirib ki, məclis üzvləri yeni liderin seçimi ilə bağlı şərait yetişəndə öz üzərlərinə düşəni edəcəklər. Hazırda namizədlərin araşdırıldığını deyən Rəfsəncani liderliyə namizədlərin də adlarının müəyyən olunması üçün qrup formalaşdırıldığını əlavə edib.
Bundan başqa Rəfsəncani müsahibəsində ilk dəfə olaraq İranın İraq və Əfqanıstanda ABŞ-la əməkdaşlıq etdiyini, hər iki ölkənin konstitusiyasının hazırlanmasında Tehran-Vaşinqton əməkdaşlığının olduğunu bildirib. Sitat: “Əfqanıstanda Taliban savaşından sonra yeni mövzular gündəmə gələndə biz ABŞ-la əməkdaşıq və danışıqlar apardıq. Hər iki yerdə danışıqlarımız faydalı oldu və hər iki ölkə üçün yaxşı bir konstitusiya hazırlaya bildik”.
Rəfsəncani hazırda başqa mövzularda Amerika ilə danışıqların davam etdiyini əlavə edib. Eyni zamanda deyib ki, İran və ABŞ arasında nüvə danışıqları Həsən Ruhani prezident seçilməmişdən öncə başladılıb və Ali dini liderin tövsiyəsi ilə həyata keçirilib. Bütün bu açıqlamalar birmənalı olaraq İran dövlətinin hazırkı rəhbərliyinin yürütdüyü siyasi xəttə ziddir, daha doğrusu onları zərbə altında qoyur.
Rəfsəncani təcrübəli siyasi xadimdir və uzun illər İranın rəhbərliyində təmsil olunub. Onun seçkilərə iki ay qalmış gündəmə gələrək İran və dünya üçün mühüm əhəmiyyət kəsb edən siyasi məsələlərə toxunması təbii ki, təsadüf deyil. Məlum olduğu kimi, Rəfsəncani və onunla eyni komanda da olan Ruhani fevraldakı seçkilərə ciddi şəkildə hazırlaşır. Məhz bu seçkilərdə onlar mühafizəkar qanadın parlamentdəki çoxluğunu sıxışdırmağa nail olacaqlarına ümid edirlər. Ruhani və komandası hazırda Amerika ilə nüvə anlaşması və onun ardınca sanksiyaların yumşaldılması ilə İran cəmiyyətində nüfuzunu artıra bilib. “İslahatçıların” əsas ümidləri də məhz sadə xalqın sanksiyaların ləğvinə görə, onları dəstəkləyəcəyinədir. Lakin eyni zamanda siyasi mübarizənin qaydalarına uyğun olaraq, rəqiblərə də ara-sıra zərbə vurmaq lazım gəlir.
Aydın məsələdir ki, mühafizəkar dairələr Ruhani və komandasının Qərblə daha da yaxınlaşmasından narazıdırlar. Bu, İranın anti-Qərb siyasi kursu, inqilab ideyaları üçün əks-təbliğat rolunu oynaya bilər. Bu səbəbdən də hazırkı hökumətin Qərblə yumşalma tərəfdarı addımları mühafizəkar siyasi cinahdan sərt tənqidə səbəb olur.
Bir qədər əvvəl İranda ən nüfuzlu yarı hərbi birləşmə olan “Bəsic” (inqilab könüllüləri) lideri, istefada olan general Məhəmməd Rza Nəqdi Rəfsəncanini sərt tənqid edib. Onu şiə olmamaqda, xarici ölkələrdən təlimat almaqda ittiham edib.
Görünür ki, digər rəsmilərdən fərqli olaraq dövlət postu tutmayan Nəqdi daha sərbəst olduğunu hiss etdiyi üçün Rəfsəncani barəsində bu şəkildə açıq işarələrlə danışmağa başlayıb. Rəfsəncani isə bu şəkildə rəqiblərinə danışmağa başlayacağı təqdirdə səs-küy yarada biləcəyi mesajı verir.
Qeyd edək ki, İranda parlament və “Xubreqan” seçkiləri gələn ilin fevralın sonlarında keçiriləcək. 26 fevralda keçiriləcək seçkilərdə həm ölkə parlamenti formalaşacaq, həm də 82 nəfərlik Mütəxəssislər Məclisi formalaşacaq. Qeyd edək ki, İran konstitusiyasına görə, ali dini lideri məhz Mütəxəssislər Məclisi (Xubreqan) seçir. Bu mənada gələn il fevralın 26-da keçiriləcək seçkilər İranın gələcək taleyində həlledici təsiri ola biləcək bir hadisə hesab olunur. Göründüyü kimi, hər iki tərəf seçkilər yaxınlaşdıqca daha açıq və sərt olmağa başlayıb. Ancaq İran siyasətində bir mühüm məqam nəzərdən qaçırılmamalıdır. O da ən üstün səlahiyyətləri olan ali dini liderdir. Hər nə qədər nüfuzlu siyasətçi olsa da, Rəfsəncani Ayətullah Xameneyinin indi İran dövləti üzərindəki gücünü bilir və buna görə də, ehtiyatlı davranır, yalnız hərdən özünün gücünü göstərməyə çalışır.
Görünən budur ki, seçkilər yaxınlaşdıqca tərəflərin hücumları daha da artacaq.
Previous Post

Rəfsəncani niyə danışdı – İran elitasında sensasion gəlişmələr

Next Post

Nazirlik və komitələrin ləğvi yenidən gündəmdə

Bənzər yazılar

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57

İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin iqtisadiyyatını və bank sektorunu sərt beynəlxalq sanksiyaların tətbiq edilməsi ehtimalına qarşı hazırlamağa çağırıb. Elchi.az...

Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

23 Oktyabr 2026 - 20:46

Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, ölkədə "Starlink" 161 km/saat sürətə çatdıqda əvvəlki kimi sönür. Elchi.az "RBK-Ukrayna"ya istinadən xəbər verir...

Azərbaycan BMT Günü münasibətilə Aşqabadda xüsusi stendlə təmsil olunub

Azərbaycan BMT Günü münasibətilə Aşqabadda xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 20:43

Aşqabad şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Türkmənistandakı Nümayəndəliyində BMT Günü münasibətilə tədbir keçirilib. Elci.az xəbər verir ki, tədbirdə Azərbaycan ölkənin...

Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb

Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb

23 Oktyabr 2026 - 20:34

Pakistanın Bəlucistan əyalətində mikroavtobusla sərnişin avtobusunun toqquşması nəticəsində azı 12 nəfər ölüb və təxminən 22 nəfər yaralanıb. Elchi.az "Dawn"a istinadən...

Next Post

Nazirlik və komitələrin ləğvi yenidən gündəmdə

Nazirlik və komitələrin ləğvi yenidən gündəmdə

Son xəbərlər

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

Netanyahu İsrail iqtisadiyyatını beynəlxalq sanksiyalara qarşı hazırlamağa çağırıb

23 Oktyabr 2026 - 20:57
Gəncədə beşaylıq körpə ölüb

Gəncədə beşaylıq körpə ölüb

23 Oktyabr 2026 - 20:55
Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

Türk İnvestisiya Fondunun Rəhbərlər Şurasına sədrlik Azərbaycana həvalə olunub

23 Oktyabr 2026 - 20:50
Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

Zelenski “Starlink”in fəaliyyətinə qoyulan məhdudiyyətlərin hələ də qüvvədə qaldığını bildirib

23 Oktyabr 2026 - 20:46
Azərbaycan BMT Günü münasibətilə Aşqabadda xüsusi stendlə təmsil olunub

Azərbaycan BMT Günü münasibətilə Aşqabadda xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 20:43
Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb

Pakistanda avtobusların toqquşması nəticəsində 12 nəfər ölüb

23 Oktyabr 2026 - 20:34
Tramp seçkilərdə qələbə qazanacaqları təqdirdə demokratlara qarşı veto tətbiq edəcəyini deyib

Tramp seçkilərdə qələbə qazanacaqları təqdirdə demokratlara qarşı veto tətbiq edəcəyini deyib

23 Oktyabr 2026 - 20:31
Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib

Koşta Qara dənizdə Aİ ölkələrinin sahillərində artan hücumları pisləyib

23 Oktyabr 2026 - 20:28
Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur

Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir, Penza üzərində dövrə vurur

23 Oktyabr 2026 - 19:24
XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

XİN: Rumıniya sahilləri yaxınlığında vurulan gəmidəki Azərbaycan vətəndaşlarının hamısı xilas edilib

23 Oktyabr 2026 - 19:08
Dörd rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

Dörd rayonda yaşıllıqların qanunsuz kəsilməsi faktları aşkar olundu

23 Oktyabr 2026 - 18:56
Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi

Premyer Liqa klubları “Qalatasaray”ın futbolçusu üçün hərəkətə keçdi

23 Oktyabr 2026 - 18:47
Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

23 Oktyabr 2026 - 18:34
Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

Türkmənistanda BMT Günü münasibətilə Azərbaycan xüsusi stendlə təmsil olunub

23 Oktyabr 2026 - 18:26
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb – YENİLƏNİB

23 Oktyabr 2026 - 18:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.