"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Bakının yeni müharibə taktikası – hibrid savaş

19 İyun 2017 - 09:32
in aktual-banner, Banner, Cebhe-banner
FacebookVatsap

Həmsədrlərin gəlişi öncəsi təcavüzkara sürpriz cəza; Düşmənin atəşkəs itkiləri sürətlə artır; Azərbaycanın intensivləşən hərbi təlimlərində əsas hədəf bəllidir; qardaş Türkiyə ilə birgə təlimlərdən dərhal sonra silahlı qüvvələrimiz bu gün növbəti genişmiqyaslı manevrlərə başlayır; erməni şərhçi: “Bakı Ermənistanı taqətdən salma strategiyası yürüdür…” 

Bunu da oxuyun

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Ötən həftəsonu Ermənistan üçün “qara təqvim” kimi yadda qalacaq: ikicə gündə işğalçı 6 hərbçisini itirdi. Bu, sübhəsiz ki, son aylarda düşmənin verdiyi növbəti ciddi itkidir. Bundan az öncə – mayın 16-da Azərbaycan Ordusu düşmənə məxsus “OSA” zenit-raket kompleksini şəxsi heyəti ilə birlikdə məhv eləmişdi.

Göründüyü kimi, düşmənin artan təxribatlarının altını elə onun özü çəkir, canlı itkiləri durmadan artır. Bu isə həm Ermənistanda kriminal Sərkisyan rejimindən narazılığın artması, həm də erməni toplumunda və ələlxüsus da işğal altındakı Dağlıq Qarabağ əhalisində panik ovqatın güclənəcəyi deməkdir. Erməni mediasında bu, artıq sezilməkdədir.

Son insident həmçinin, işğalçının guya ötən bir ildə ön xətti xeyli gücləndirdiyi haqda iddiaları puç edir. Məlum olur ki, Azərbaycan yenə də və istənilən an bu xətti yarıb keçə, düşmənə yuvasındaca zərbə endirib onu ağır itkilərə məruz qoya bilər.

*****

1037380564.JPG (830 KB)

Aydındır ki, işğalçı qüvvələr Azərbaycanın qanuni və əzəli torpaqlarında qaldıqca vaxtaşırı böyük itkilərə də hazır olmalıdır. Düşmən yad ərazilərdə heç vaxt atəşkəsə arxayın olub özünü rahat, komfortda hiss etməyəcək, Azərbaycan Ordusu buna imkan verməyəcək, işğalçı dinc buraxılmayacaq – necə ki, buraxılmır.

Azərbaycanın siyasi və hərbi rəhbərliyi, prezident İlham Əliyev, müdafiə naziri Zakir Həsənov işğalçıya bunu dəfələrlə bəyan ediblər ki, ermənilər öz gənclərini itirmək istəmirsə, o zaman çıxıb getsinlər ərazilərimizdən. Getmək istəmirlərsə, o zaman bədəlini ödəməyə də hazır olmalıdırlar.

*****

osa-1.jpg (1.12 MB)

“Yeni Müsavat” qeyd edir ki, hələlik Azərbaycan obyektiv şərtləri nəzərə alıb böyük müharibəyə yox, hibrid savaşa (yəni savaş həm var, həm də yoxdur) üstünlük verir, mini-müharibə, lokal müharibə taktikası yürüdür. Elə bunun özü də düşmənə baha başa gəlir. İşğalçıları 3-3, 5-5 məhv edib daim qorxu altında saxlamaq əslində heç də müharibədən az effektli yol deyil. Bununla bir daha Ermənistan özünün gücsüzlüyünü anlamış olur, böyük müharibədə nəticənin onun xeyrinə olmayacağını göz önünə gətirir.

Bu mənada Dağlıq Qarabağ məsələsində real irəliləyiş olmayınca düşmənə qarşı mini və ya lokal müharibə taktikası gündəmdə qalmalı, Ermənistana, separatçı qüvvələrə qarşı hər an daha geniş miqyaslı cəza əməliyyatı başlana biləcəyinin anonsu verilməli, ona aman tanınmamalıdır.

Əksər xarici siyasi təhlilçilər və hərbi ekspertlər də o qənaətdədir ki, öz hərbi qüdrətini ilbəil artıran Azərbaycan böyük müharibə üçün əlverişli zaman yetişənədək məhz lokal müharibə taktikasına üstünlük verəcək ki, bu da ən düzgün yoldur. Çünki o halda dinc əhali arasında itkilər, böyük dağıntılar olmadığı üçün beynəlxalq birliyin narahatlığına da səbəb olmayacaq. Belə bir taktika artıq uğurla həyata keçirilməkdədir.

*****

f24f137ab35be1fa5a269807ea0de239.jpg (1.51 MB)

Ötən həftə işğalçının növbəti sürpriz itkisi ilə yadda qalan insident ATƏT-in Minsk Qrupu həmsədrlərinin bu gün – iyunun 19-da Bakıya başlayacaq səfəri öncəsinə təsadüf eləməsi ilə ikiqat önəm kəsb edir. Görək, bu dəfə həmsədrlər hadisəyə hansı reaksiyanı verəcək, nəhayət ki, bölgədə sabitliyə ən böyük təhlükənin işğalçı qüvvələrdən gəldiyini etiraf edəcəklərmi?

Vasitəçilərin gəlişi günü Azərbaycan həm də növbəti genişmiqyaslı hərbi təlimlərə başlayır. Azərbaycan prezidentinin təsdiq etdiyi plana əsasən, iyunun 19-dan döyüş şəraitinə uyğunlaşdırılmış vəziyyətdə qoşunların döyüşə hazırolma qabiliyyəti, qüvvə və vasitələrin idarə olunmasının təşkili, onların qarşılıqlı fəaliyyətinin yoxlanılması məqsədilə 5 günlük genişmiqyaslı əməliyyat-taktiki təlimləri keçiriləcək.
Müdafiə Nazirliyinin məlumatına görə, təlimlərə 23 min nəfərədək şəxsi heyət, 120-dək tank və zirehli texnika, 180-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatan, 30-dək müxtəlif təyinatlı döyüş aviasiyası, eləcə də yeni növ radioelektron kəşfiyyat vasitələri və pilotsuz uçuş aparatları cəlb olunacaq.

Yada salaq ki, Naxçıvanda Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə taktiki təlimləri cəmi bir neçə gündür ki, başa çatıb. Ondan bir qədər öncə isə Gürcüstanda üç ölkənin – Azərbaycan, Türkiyə və Gürcüstanın, daha öncə – may ayında isə yenə Azərbaycanla Türkiyə Silahlı Qüvvələrinin ortaq hərbi təlimləri keçirilib. Həmçinin, NATO proqramı çərçivəsində Azərbaycan ayrıca tabor təlimləri keçirib. Bu təlimlərin hamısı yalnız son iki ayda, qısa zaman fasilələri ilə reallaşıb.

*****

Azərbaycanın hərbi təlimlərin həm keyfiyyət, həm də kəmiyyət baxımından intensivləşdirməsi, ən ümdəsi, bu təlimlərin maksimum müharibə şəraitinə yaxınlaşdırması, sözsüz ki, ən əvvəl təcavüzkar Ermənistanı qorxu altında saxlamağa yönəlib və ona aydın bir mesajdır ki, nəhayət, daşı ətəyindən töküb konstruktiv mövqeyə gəlsin. Əks təqdirdə torpaqlarımız işğalçılara məzar olacaq – üç-üç, beş-beş…

Düşmən ölkə gərək unutmasın ki, Azərbaycan milyardlarla dollar xərcləyib aldığı bahalı silah-sursatı, döyüş sistemlərini heç də vitrinə qoymaq niyyətində deyil. Söz düşmüşkən, rusiyalı analitiklərə görə, Azərbaycan hərbi təlimlər adı ilə əslində cəbhə xəttinə ordu yerləşdirməklə məşğuldur. Proses artıq başlayıb. Yəni böyük müharibə hazırlıqları.

1463904160_copia-di-10-0617-u1080328396434oyd-u1080328396434egb-832x556lastampa.it.jpg (1.57 MB)

Niyə də olmasın. Ərazisinin 20%-i işğala məruz qalan Azərbaycan öz qanuni sərhədlərimiz tarixində istənilən hərbi xarakterli hərəkəti edə bilər. Bu xüsusda daha bir maraqlı detal: erməni mediası ötən ilin aprel döyüşləri ərəfəsində də Azərbaycanın genişmiqyaslı hərbi təlimlərə baş vurduğunu yada salıb. Düşmənin artan təlaşı boşuna deyil.

Bu təlaş həmçinin belə bir dərkdən qaynaqlanır ki, Azərbaycan özünün sürətli ordu quruculuğu, intensiv hərbi təlimləri ilə həm də işğalçı Ermənistanı taqətdən salmaq strategiyası aparır. “Yeni Müsavat” xəbər verir ki, bununla ilgili 1 in.am saytının şərhçisi Sarkis Arsruninin qeydləri diqqət çəkir. Sitat: “Ermənistan heç bir halda genişmiqyaslı müharibəyə cəlb olunmamalıdır. Bu, bizim ölkə üçün, ilk növbədə də onun demoqrafiyası üçün faciəvi olacaq. Bu müharibəyə bizim iqtisadiyyatımız da dözməyəcək – hansı ki, indi cəmi 11 milyard dollar təşkil edir və əgər hökumət 5 faizlik iqtisadi artımı təmin edə bilsə, 5 il sonra cəmi 13 milyard dollar olacaq. Azərbaycanın üzücü müharibə strategiyasına qarşı biz yalnız yeni, müasir və güclü dövlət modelini qoya bilərik. Yalnız belə bir Ermənistan Azərbaycandan keyfiyyətcə fərqlənə və Qarabağ nizamlanması prosesində beynəlxalq birliyi dilemma qarşısında qoya bilər. Və yalnız belə bir Ermənistan Azərbaycanla uzunmüddətli resurs mübarizəsində duruş gətirə bilər”.

Elə sual da budur ki, Rusiyanın vassalı ola-ola Ermənistan buna necə və hansı resurslarla nail olacaq? Sual ritorikdir.

Previous Post

Bakının yeni müharibə taktikası – hibrid savaş

Next Post

İki avtomobil toqquşdu – Yaralanan var

Bənzər yazılar

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

Odessa yaxınlığında dronla vurulan gəmidən xilas edilən azərbaycanlılar Vətənə yola salınıb

15 İyul 2026 - 23:26

Odessa şəhəri yaxınlığında dron hücumuna məruz qalan gəmidən xilas edilən 10 Azərbaycan vətəndaşı bu gün Ukraynadan Vətənə yola salınıb. Elchi.az...

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

İran ABŞ-la razılaşmaya əməl etmək üçün əsas görmür

15 İyul 2026 - 23:22

ABŞ-la qarşılıqlı anlaşma memorandumu onun müddəalarına əməl edildiyi zaman məna daşıyır, əks halda İranın ona riayət etməsi üçün heç bir...

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

DSX: Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

14 İyun 2026 - 15:30

Dövlət Sərhəd Xidmətinin (DSX) birləşmə və hərbi hissələrində gənc əsgərlərin andiçmə mərasimi keçirilib. Bu barədə Elchi.az - a DSX-dən məlumat...

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

Zelenski: Rusiya Ukraynanın siyasi və hərbi mərkəzlərinə zərbələr endirməyə hazırlaşır

15 May 2026 - 20:32

Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi Rusiya Silahlı Qüvvələrinin Ukraynaya, xüsusilə "qərar qəbuletmə mərkəzləri"nə yeni raket-dron zərbələri endirməyə hazırlaşması barədə...

Next Post

İki avtomobil toqquşdu - Yaralanan var

ÖVLİYA  MİRMÖVSÜM  AĞA OCAĞINDAN  ƏLİL  DİLƏYİ

Son xəbərlər

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

Fransada yanğın törədən 400-dən çox şəxs saxlanılıb

04 Avqust 2026 - 23:48
Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

Netanyahu Trampın çağırışına baxmayaraq, Qəzzaya zərbələri dayandırmaqdan imtina edib

04 Avqust 2026 - 23:47
Al Tani Trampla ABŞ və İran arasında gərginliyin azaldılmasını müzakirə edib

Al Tani Trampla ABŞ və İran arasında gərginliyin azaldılmasını müzakirə edib

04 Avqust 2026 - 23:44
“Politico”: ABŞ Kubadakı kəşfiyyat qüvvələrinin sayını artırır

“Politico”: ABŞ Kubadakı kəşfiyyat qüvvələrinin sayını artırır

04 Avqust 2026 - 22:45
Nyu-York metrosunda yanğın olub, 14 nəfər xəsarət alıb

Nyu-York metrosunda yanğın olub, 14 nəfər xəsarət alıb

04 Avqust 2026 - 20:44
“Air India” təyyarəsi burulğana düşüb, 17 nəfər xəsarət alıb

“Air India” təyyarəsi burulğana düşüb, 17 nəfər xəsarət alıb

04 Avqust 2026 - 20:42
Sabah İordaniyada Qüds məsələsi müzakirə olunacaq

Sabah İordaniyada Qüds məsələsi müzakirə olunacaq

04 Avqust 2026 - 20:40
Hindistan gəmisi Yəmən sahillərində, Qırmızı dənizdə hücumdan sonra batıb

Hindistan gəmisi Yəmən sahillərində, Qırmızı dənizdə hücumdan sonra batıb

04 Avqust 2026 - 20:38
Seutada qanunsuz miqrantların sayı 2 minə qədər azalıb

Seutada qanunsuz miqrantların sayı 2 minə qədər azalıb

04 Avqust 2026 - 19:39
Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

Messi İspaniyadakı meşə yanğınlarından zərər çəkən bölgəyə 80 min avro ianə edib

04 Avqust 2026 - 19:36
AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

AQTA: İstehlakçıların seçiminə təsir edən yalnış reklam və etiketləmə halları aşkar edilib

04 Avqust 2026 - 19:35
Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

Məhkumluğu olan miqrantlara Rusiya vətəndaşlığı verilməyəcək

04 Avqust 2026 - 19:33
Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

Peşə təhsilindən karyeraya: 11 gənc ADY ailəsinə qoşuldu

04 Avqust 2026 - 19:28
İcbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub

İcbari sığorta ilə bağlı yeni Qaydalar təsdiq olunub

04 Avqust 2026 - 19:17
Palata Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin azalmasının səbəbini açıqladı

Palata Azərbaycanın neft və qazın tranzitindən əldə etdiyi gəlirlərin azalmasının səbəbini açıqladı

04 Avqust 2026 - 19:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.