"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Bakının TIXAC “dərdi”-Cəmaləddin Quliyev yazır

31 Dekabr 2022 - 00:35
in MÖVQE
FacebookVatsap

Nə edək bəlkə monqolları dəvət edək tıxac probleminin həlli üçün? Belə bir istehzaya rast gəldim. Xeyirxah niyyətlə deyilmiş fikir kontekstdən qoparılaraq yeni lağ-lağı trendinə çevrilib. İstehza Bakı nəqliyyatına məsul şəxslərə yönəlsə də, müqayisə üçün aşağılanan tərəf monqollardır. Əslində buna layiq deyillər.

Bunu da oxuyun

Netanyahuya xəbərdarlıq: Milli təhlükəsizliyi təhlükə altına atmayın

G7 liderləri Putin və Zelenski arasında görüş keçirilməsinə çağırır

Paşinyan Türkiyə ilə diplomatik əlaqələrin tezliklə qurulacağını bildirib

Monqolustanı öz ərazisi sayan (Птица не курица, а Монголия не заграница), iki vəhşi, nəhəng imperiya ilə sərhəddən başqa xaricə çıxışı olmayan bir ölkəni tapdaq altında qalmaqdan xilas etmək, dünyanın mədəni, sivil xalqlar ailəsinə üzv etmək üçün apardıqları mübarizədən, müasir seçkili demokratiyasından ibrət almaq lazımdır, ağız büzmək yox.
Yalnız əraziləri deyil, tarixləri, tarixi şəxsiyyətləri də hər iki imperiya tərəfindən oğurlanır, mənimsənilir, Çingiz Xanı gah slavyan, gah çinli elan edirlər, bizim qıpçaq və karluk qardaşlarımız da fürsət tapdıqca o tarixi öz qazanlarına çömçələyirlər. Ancaq izlədiyim qədər heç bir monqol siyasətçisi çıxıb demir ki, gəlin, Çingizilərdən imtina edək, onların qurduğu dövlətdə türk -uyğur dili hakim idi, bizə nə dəxli?

Heç bir monqol ziyalısı demir ki, Çingizi dövlətinin paytaxtları monqol irsi yaratmayıb-Qaraqorum türklərə; Xanbalıq isə türk, mancur və çinlilərə fayda verib, bizə yox. Demir ki, paytaxtı Xanbalıq(Pekin) olan imperiya tarixini öyrənmək monqol ruhuna xəyanətdir. Amma bizdə çox rahat şəkildə bu fikirləri Səfəvilər haqda deyib, o tarixi qonşu xalqlara peşkəş edə bilənlər saya-hesaba gəlməz.

Tıxac məsələsinə gəlincə… Çingizi imperiyasının ən ucqar nöqtələri arasında sistemli rabitənin təşkili üçün yamçı(sonrakı adı çapar) xidməti yaradılmışdı. Bir atın çapa bildiyi məsafədə mənzilbaşı edilir, bu məqsədlə xüsusi yamxanalar salınırdı. Xanbalıqdan indiki Lvova baratın çatma müddəti cəmi bir həftə çəkirdi. İndi ən müasir təchizatı, fil boyda büdcəsi olan Azərbaycan rabitəsi də mənim Bakıdan göndərdiyim baratımı Naxçıvana elə bu müddətə, bəzən də iki dəfə artıq vaxta çatdırır.

Yamxanalar imperiyanın həyatı üçün o qədər əhəmiyyətli idi ki, onlar ətrafında bəzən böyük yaşayış məntəqələri, inkişaf etmiş mahallar yaranırdı. Yeri gəlmişkən, Cənubi Azərbaycandakı dialektlərdən biri Yamxana dialekti adlanır, o dialektə xas feilin indiki zaman şəkilçisinin “r” ilə deyil, “y” ilə deyilməsini də bəzi tədqiqatçılar klassik uyğur dilinin təsiri hesab edirlər.

Bir problem çıxan kimi həmən varyaq, legioner çağırmaq da çıxış yolu deyil. Koreyalılar gəlmiş, Bakıda guya tıxac probleminə son qoyacaq intellektual nəqliyyat sistemi də qurmuşdular. İndi hər gün ömrümüzü tıxaclarda xərcləyəndə hamımız anlayırıq ki, bu layihə üçün illərlə ayrılan pullar əslində havaya sovrulub. Büdcəni növbəti dəfə belə yelə vermək , havaya sovurmaq kimə lazımdır axı? Bir səhvi dönə-dönə təkrarlamaq, öz ömrünü eksperimentlərə qurban vermək heç bir xalxa-monqolun ağlına gəlməz. Çingizilərinsə nəinki ağlına gəlməz, belə səhvə görə “Yasa”nın ən sərt cəzasını kəsməyə tərəddüd etməzdilər. Çıxış nə varyaq çağırmaqda, nə də köntöy görməmişi qlamur görməmişlə əvəz etməkdə deyil. Əgər doğrudan da, Bakıda nəqliyyat probleminə son qoymaq istəsəydik, indiyədək səslənən yüzlərlə ağıllı təklifi öyrənər, sistemləşdirər və tətbiq edərdik. Daha büdcəni heç bir faydası olmayacaq növbəti meqalayihələrlə yükləmək davasına qalxmazdıq.

Cəmaləddin Quliyev

Prezident Administrasiya İctimai-siyasi məsələlər şöbəsinin Mətbuat və informasiya orqanları ilə iş sektorunun sabiq müdiri 

Previous Post

Bakının TIXAC “dərdi”-Cəmaləddin Quliyev yazır

Next Post

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bənzər yazılar

Netanyahuya xəbərdarlıq: Milli təhlükəsizliyi təhlükə altına atmayın

Netanyahuya xəbərdarlıq: Milli təhlükəsizliyi təhlükə altına atmayın

12 Noyabr 2026 - 17:55

İsraildə müxalifət blokunun tərkib hissəsi olan "Yisrael Beytenu" ("İsrail – Bizim Evimiz") partiyasının lideri Aviqdor Liberman, Baş nazir Benyamin Netanyahunu...

G7 liderləri Putin və Zelenski arasında görüş keçirilməsinə çağırır

G7 liderləri Putin və Zelenski arasında görüş keçirilməsinə çağırır

11 Noyabr 2026 - 10:28

Xarici işlər naziri Sıbiha: G7 liderləri Putin və Zelenski arasındakı görüşü sülhə aparan əsas amil hesab edirlər. Elchi.az xəbər verir...

Paşinyan Türkiyə ilə diplomatik əlaqələrin tezliklə qurulacağını bildirib

Paşinyan Türkiyə ilə diplomatik əlaqələrin tezliklə qurulacağını bildirib

06 Noyabr 2026 - 12:15

Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistan və Türkiyənin yaxın gələcəkdə diplomatik münasibətlər quracağına əmin olduğunu bildirib. Elchi.az xəbər verir ki,...

Trampın sağ qolundan ciddi çağırış: İsraillə münasibətləri dəyişin

Trampın sağ qolundan ciddi çağırış: İsraillə münasibətləri dəyişin

05 Noyabr 2026 - 12:03

Seçkilərdəki ağır məğlubiyyətdən sonra ABŞ-ın vitse-prezidenti seçilmiş Cey Di Vens (JD Vance) Donald Trampa qarşı qəti bir çağırış etdi. Seçki...

Next Post
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür

Son xəbərlər

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

V Gəncə Kitab Sərgisinin açılış mərasimi baş tutub

15 Noyabr 2026 - 17:37
Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Allahşükür Paşazadə Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

15 Noyabr 2026 - 10:10
ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

ABŞ-də ölkə üzrə aviareyslərin dayanmasının detalları məlum olub

15 Noyabr 2026 - 10:08
Ebolaya yoluxanların sayı 11 mini keçdi

Ebolaya yoluxanların sayı 11 mini keçdi

14 Noyabr 2026 - 18:09
KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

KİV: Rusiya NATO-nun qüvvələrinin 1997-ci il mövqelərinə qaytarılmasını tələb edir

14 Noyabr 2026 - 18:05
İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

İran AEBA yoxlamalarının bərpası şərtlərini açıqladı

14 Noyabr 2026 - 17:13
Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

Kamran Əliyev argentinalı həmkarları ilə görüşlər keçirib

14 Noyabr 2026 - 17:02
Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

Bolqarıstan Ukraynaya hərbi yardımı dayandırıb

14 Noyabr 2026 - 15:40
Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

Hörmüz boğazında daha bir neft tankeri minaya düşərək yanıb

14 Noyabr 2026 - 15:14
Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlımünasibətlərdən strateji tərəfdaşlığa

14 Noyabr 2026 - 14:52
KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

KİV: Tramp Putin və Si Cinpinlə görüşdə Ukrayna məsələsini müzakirə etmək istəmir

14 Noyabr 2026 - 13:50
Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

Sözə sədaqətlə keçən ömür: Tapdıq Əlibəylinin 65 illik yubileyi qeyd olunub

14 Noyabr 2026 - 13:49
Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

Azərbaycanda gələn il 6 mln. tondan artıq neft məhsulları istehsal olunacaq

14 Noyabr 2026 - 13:34
Sabah Bakıda yağış yağacaq

Sabah Bakıda yağış yağacaq

14 Noyabr 2026 - 13:14
Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin 4 illik istehsal proqnozları müəyyənləşib

14 Noyabr 2026 - 13:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.