"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Bakının mərkəzində erməni agenturası – (Sensasion fakt)

26 Sentyabr 2014 - 15:06
in Kateqoriyasız
FacebookVatsap

Eynulla Fətullayev

Bunu da oxuyun

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

65063_res_01Mənzil-qərargahı ABŞ-da yerləşən və Azərbaycanda uzun illər ərzində fəaliyyət göstərən bir neçə iri beynəlxalq təşkilatın ölkəmizdə kütləvi iğtişaşların təşkilini maliyyələşdirməsi artıq ifşa olunub.

Milli Demokratiya İnstitutu ilə bağlı tarixçə bu baxımdan ibrət dərsi alınmalı olan əhvalatdır. İREX-in fəaliyyətində isə hətta aşkar erməni izləri də tapılmışdı.

Amma sən demə, təkcə bunlar da deyilmiş. Azərbaycanda “World Vision İnternational” təşkilatının çətiri altında daha bir şaxələnmiş ermənipərəst şəbəkə fəaliyyət göstərirmiş. Özü də bu təşkilat Bakının düz mərkəzində – Nizami (“Torqovı”) küçəsi, 92 ünvanında məskən salıbmış…

1950-ci ildə ABŞ-da yaradılan “World Vision İnternational” yevangelist xristian kilsəsinin dini və qeyri-kommersiya təşkilatıdır. Bu qurum zahirən humanitar yardım göstərmək məsələləri ilə məşğuldur.

İlk baxışdan xoş məramdır. Elə Britaniyanın Oxfam burjuy təşkilatının məramı da ilk baxışdan belə gözəgəlimli, dilə və ürəyəyatımlı görünürdü. Sonradan isə məlum oldu ki, Oxfam aclıq çəkənlərə və ehtiyacı olanlara yardım göstərmək əvəzinə Azərbaycan müxalifətinin radikal cinahını maliyyələşdirir.

Məlumat üçün deyək ki, “World Vision İnternational” Oxfam təşkilatından qat-qat güclü və qüdrətlidir. Təkcə buna diqqət edin ki, “World Vision İnternational”ın illik büdcəsi 3 milyard dollara yaxındır! Bu isə az qala müstəqil bir dövlətin büdcəsinə bərabərdir.

“World Vision İnternational” Azərbaycana 90-cı illərdə ayaq açıb. Bu təşkilat o zamankı hüquqi nihilizmdən və ideoloji boşluqdan sui-istifadə edərək 1994-cü il, avqustun 19-da dövlət qeydiyyatından da keçib. Onun Azərbaycandakı nümayəndəliyinin ilk rəhbəri Gürcüstan vətəndaşı Georgi Devidze idi.

Təşkilatın Azərbaycan nümayəndəliyi 2004-2014-cü illər ərzində 6 qrant sazişi əsasında 1,8 milyon manat vəsait alıb. Həmin pulların çoxu məhz son illər – 2012-2014-cü illərdə daxil olub. Burada bir məqama diqqət edin ki, Qərb fondlarının əksəriyyəti Azərbaycan hakimiyyətinin rəqiblərini məhz bu dövrdə fəal şəkildə maliyyələşdirməyə başlayıb (bu haqda əvvəlki yazılarımzda geniş məlumat vermişik).

“World Vision İnternational”ın Azərbaycan nümayəndəliyi yuxarıda göstərilən qrantlardan başqa bir ildə – 2011-2012-ci illərdə daha 2,4 milyon dollar və 140 min manat vəsait alıb. Bu tranşlar isə qrant deyil. Həmin pullar ianə pərdəsi altında birbaşa verilib.

Çox maraqlıdır ki, “World Vision İnternational”ın Azərbaycan nümayəndəliyinin donorlarının siyahısında ABŞ Dövlət Departamentinin, “ВР-Exploration” şirkətinin (bu şirkət “Şahdəniz” layihəsində də tərəfdaşdır), həmçinin Qərb hökumətlərinə yaxın təşkilatların və biznes qurumlarının adı var.

“World Vision İnternational”ın Azərbaycan nümayəndəliyi birbaşa təşkilatın Tiflisdə yerləşən Qafqaz ofisinə tabedir, ora hesabat verir. Ən maraqlı detal da elə buradadır: Qafqaz ofisinin işçi heyəti praktiki olaraq yalnız İrəvan ofisinin əməkdaşlarından təşkil olunub! Onların hamısı ermənilərdir, Ermənistan vətəndaşlarıdır və Ermənistanda da yaşayırlar!

Sübut üçün ofisin ştat cədvəlinə baxaq:

Ofisin strateji planlaşdırma şöbəsinin müdiri Liana Poqosyandır.

Mətbuat xidmətinin rəhbəri Narine Ohanyandır.

Maliyyə direktoru Narine Matevosyandır.

Kadrlar şöbəsinin müdiri Aida Arakelyandır. Və s.

Kim istəsə, işçilərin siyahısını götürüb baxa bilər. Hamısı ermənilərdir!

“World Vision İnternational”ın Bakı ofisinin bütün hesabatları Qafqaz, daha dəqiq desək, İrəvan ofisinə göndərilir. Həmin sənədlərdə demək olar ki, müfəssəl agentura məlumatları yer alır – Azərbaycan əhalisinin tərkibi necədir, aztəminatlı təbəqədən olanların sosial təminat səviyyəsi nə yerdədir, Azərbaycanın bölgələrində vəziyyət necədir, rayonlarda əhalinin milli və dini tərkibi necədir və s.

“World Vision İnternational”ın Qafqaz ofisində toplanan bu agentura məlumatlarının sonradan hara, kimlərə ötürüldüyünü təsəvvür etmək əsla çətin deyil.

Təşkilatın həyata keçirdiyi layihələrə gəlincə isə bu layihələr çərçivəsində müsəlman əhalinin öz dinindən uzaqlaşdırılaraq onların xristianlığı qəbul etməsi, xristianlığın aztəminatlı əhali, ölkənin az inkişaf etmiş bölgələrində təbliğinin gücləndirilməsi sahəsində fəal iş aparılıb.

Nəhayət, sonuncu detal. “World Vision İnternational”ın Bakı ofisinin əməkdaşları Qafqaz (oxu: İrəvan!) ofisinin əməkdaşları ilə birgə tezliklə Qarabağda da ayrıca nümayəndəlik açmağı planlaşdırırdılar! Niyə də olmasın?!

Bütün deyilənləri təhlil edəndə Azərbaycanın hüquq-mühafizə orqanlarına ünvanlanmalı olan təbii suallar meydana çıxır. Milli Təhlükəsizlik və Daxili İşlər nazirlikləri, habelə digər operativ xidmətlər bütöv bir agentura şəbəkəsini niyə diqqətdən kənar saxlayıblar? Axı bu şəbəkə təkcə ardıcıl və məqsədyönlü şəkildə informasiya toplamaqla kifayətlənməyib. Paralel olaraq həm də ölkə əhalisinin dini tərkibinin dəyişdirilməsi istiqamətində məqsədyönlü, ölçülü-biçili fəaliyyətlə məşğul olub! Bu, bizim milli təhlükəsizliyimizi bəyəm təhdid etmirmi?

Amerika təşkilatının Bakı şöbəsi milyonlarla dolları hansı məqsədlə, niyə alır və bu nəhəng pulları hara xərcləyirdi? Dövlət Departamenti və BP neft şirkəti özünün bütün gücünü azərbaycanlıların milli-mənəvi və tarixi-dini dəyərlərinə qarşı səfərbər etmiş bir təşkilatı maliyyələşdirməkdə hansı məqsədləri güdürdü?

Azərbaycanın regionlarında hansı informasiyalar toplanırdı? Bu informasiya nəyə görə sırf ermənilərdən ibarət ofisin sərəncamına verilirdi?

“World Vision İnternational”ın Qafqaz ofisi erməni xüsusi xidmət orqanları ilə nə dərəcədə bağlı ola bilər?

Bu çoxşaxəli və erməni qoxulu şəbəkə nəyə görə məhz bütün dünyada məşhur olan ABŞ təşkilatının çətiri altında fəaliyyət göstərir?

Bu suallara mütləq cavab tapılmalıdır…

Previous Post

Bakının mərkəzində erməni agenturası – (Sensasion fakt)

Next Post

Görkəmli dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubileyi qeyd olunub – FOTO

Bənzər yazılar

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

23 İyul 2026 - 21:09

Respublika Perinatal Mərkəzində körpələrin ölümü ilə nəticələnən yanğın hadisəsi ilə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən mərkəzin sabiq direktoru Mehriban...

Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

23 İyul 2026 - 21:03

Dünya Bankı iyunun 24-də Venesuelada baş vermiş zəlzələlərdən dəyən zərəri 19,6 milyard ABŞ dolları məbləğində qiymətləndirib. Elchi.az  Dünya Bankının ilkin...

ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

23 İyul 2026 - 21:00

ABŞ Beynəlxalq Qızıl Xaç Komitəsi (ICRC) və Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası (IFRC) üçün humanitar yardım və...

Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

23 İyul 2026 - 20:58

Avropa İttifaqı (Aİ) 21-ci sanksiyalar paketi çərçivəsində Azərbaycana məxsus "Yelo Bank" ASC-ni Rusiyaya qarşı sanksiyalar siyahısından çıxarıb. Elchi.az -ın məlumatına...

Next Post

Görkəmli dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubileyi qeyd olunub - FOTO

Görkəmli dövlət xadimi Sadıq Rəhimovun 100 illik yubileyi qeyd olunub - FOTO

Son xəbərlər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

Perinatal Mərkəzdə körpələrin öldüyü yanğınla bağlı təqsirləndirilənlər apellyasiya şikayəti veriblər

23 İyul 2026 - 21:09
Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

Dünya Bankı Venesuelada zəlzələdən dəyən zərəri təxminən 20 milyard dollar qiymətləndirib

23 İyul 2026 - 21:03
ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

ABŞ ICRC və IFRC-ə 200 milyon dollardan çox humanitar yardım ayırdığını elan edib

23 İyul 2026 - 21:00
Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

Aİ “Yelo Bank”a qarşı sanksiyaları ləğv edib

23 İyul 2026 - 20:58
Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

Cəzaçəkmə müəssisəsinə diş məcununun içərisində narkotik keçirilməsinin qarşısı alınıb

23 İyul 2026 - 20:56
Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

Ceyhun Bayramov Rusiya Prezidentinin köməkçisi ilə görüşüb

23 İyul 2026 - 19:30
Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

Avropa Liqası: “Qarabağ” – ÇSKA matçının start heyətləri bəlli oldu

23 İyul 2026 - 19:21
Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

Azərbaycanla sıx əlaqələrimiz var – Kobaxidze

23 İyul 2026 - 19:11
Bu gün Şirvan və Sabirabadın bəzi ərazilərində qaz kəsiləcək

Bakının iki rayonunda qaz kəsiləcək

23 İyul 2026 - 18:57
Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

Bu avtobus marşrutları müsabiqəyə çıxarılır

23 İyul 2026 - 18:46
Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

Lökbatan hövzəsi üzrə gətirici kanalizasiya kollektoru və tullantı sutəmizləyici qurğu tikilir

23 İyul 2026 - 18:34
ADY sərnişin daşınmasını 18% artırdı

ADY: Altı ayda sərnişin qatarlarına 21 dəfə daş atılıb

23 İyul 2026 - 18:24
Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

Bakıda 23 istiqamətdə sıxlıq var – FOTO

23 İyul 2026 - 18:09
İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

İlon Mask: Süni intellekt beş ilə bütün bəşəriyyətin zəkasını üstələyə bilər

23 İyul 2026 - 17:59
Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

Azərbaycan və Çin su ehtiyatlarının idarə olunmasını müzakirə edib

23 İyul 2026 - 17:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.