Bakıda keçiriləcək cüdo üzrə “Böyük Dəbilqə” turnirinin yekun siyahısı müəyyənləşib.
Bu barədə Beynəlxalq Cüdo Federasiyası məlumat yayıb.
Qeydiyyatın son günündə yalnız Azərbaycanın heyətində dəyişiklik olub. Kişilərdən ibarət millimiz daha 5 cüdoçunu sifariş edib. Bununla da 31 ölkənin 208 idmançısı “Böyük Dəbilqə”də qüvvəsini sınayacaq. Onlardan 137-si kişi, 71-i qadındır.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə 20 kişi, 8 qadın cüdoçu ilə təmsil olunacaq. Yarış noyabrın 5-7-də keçiriləcək.