Rusiya ABŞ-da yerləşən SpaceX Starlink sisteminə alternativ olaraq yüzlərlə aşağı orbitli peykdən ibarət internet şəbəkəsi qurmaq üçün addımlar atır və Rassvet adlı sistemin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Elchi.az xəbər verir ki, Rusiyanın aerokosmik şirkəti Bureau 1440 iyul ayında Rassvet (Şəfəq) sistemi üçün ikinci kütləvi peyk buraxılışını həyata keçirib.
Şirkət son buraxılışda orbitə göndərilən peyklərin sayını açıqlamasa da, peyklərin daşıyıcı raketdən uğurla ayrıldığını və uçuş idarəetmə mərkəzinin nəzarəti altına keçdiyini bildirib.
Bureau 1440 mart ayının sonunda ilk seriyalı istehsal partiyasından 16 peyki orbitə göndərib və 2023 və 2024-cü illərdə həyata keçirilən eksperimental missiyalarla peyk rabitəsi, peyklərarası əlaqə və yerüstü sistemlərlə bağlı texnologiyaları sınaqdan keçirib.
Rassvet layihəsi 2027-ci ildə kommersiya internet xidmətini istifadəyə verməyi hədəfləyir və şirkət donanmasının ölçüsünü tədricən artırmağı planlaşdırır. Hazırkı planlara görə, 2030-cu ilə qədər ehtiyat peyklər də daxil olmaqla, cəmi 292 peykin orbitə yerləşdirilməsi gözlənilir, şirkət isə əvvəllər məlumat trafikinə tələbatın artacağı təqdirdə sistemin tutumunun 924 peykə qədər artırıla biləcəyini bildirmişdi.
Şayəstə





















