Bakıda Ümumdünya Turizm Günü qeyd olunub

🗓 27.09.2014 18:55 ✍️ "Elçi" qəzeti

Sentyabrın 27-də Bakıda Ümumdünya Turizm Gününə həsr olunmuş bir sıra tədbirlər keçirilib.images AzərTAc xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Qız qalasının yanında “Cəngi” caz qrupunun konserti olub. Kollektivin bədii rəhbəri Əməkdar Artist Mircavad Cəfərovdur. Qrupun ifasında Q.Qarayev, A.Məlikov, V.Motsart, F.Şopen, D.Gillespi və başqa bəstəkarların əsərləri səsləndirilib. Fəvvarələr meydanında və Filarmoniya bağında da müxtəlif estrada ifaçılarının konsertləri olub. Artistlərin çıxışları bakılılar və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.

Bənzər yazılar