Bakı şəhər sakinləri – 9 yaşlı Hüseyn Fikrət oğlu Fərziyev, 10 yaşlı Kamalə Qafil qızı Əliyeva, 9 yaşlı Elgün Qafil oğlu Əliyev və 6 yaşlı Fariz Qafil oğlu Əliyev dənizdə çimərkən boğularaq ölüblər.
Polisdən həmçinin bildirilib ki, ölən uşaqların 3-ü bir ailənin üzvüdür.
Faktla bağlı araşdırma aparılır.