"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Banner

Bakıda toplaşan Nobel mükafatçıları dünyanın üzləşdiyi problemlər və çıxış yolları barədə danışıblar

02 Oktyabr 2014 - 16:56
in Banner, MANŞET, MƏDƏNİYYƏT
FacebookVatsap
Fizika üzrə Nobel mükafatı laureatı Teodor Volfqanq Henş: “Azərbaycanda qara qızılın insan qızılına Dr. Francis Crick's Nobel Prize Medal on Heritage Auctionsçevrilməsinin mühüm istiqamət kimi götürülməsi sevindiricidir”

 

Bunu da oxuyun

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Bu gün IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycan Milli Elmlər Akahemiyasının prezidenti Akif Əlizadənin sədrliyi ilə panel keçirilib.

 

APA – nın məlumata görə, Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Ervin Neher çıxışı zamanı deyib ki, beyinlə bağlı olan bir çox xəstəliklərin müalicəsi mümkündür.

 

E. Neher bildirib ki, insan beynində siqnallar bir hüceyrədən digərinə ötürülür. Onun sözlərinə görə, bu gün aparılan tədqiqatlar insanların ömrünün və sağlam həyat tərzi yaşamasında mühüm rol oynayacaq.

 

Kimya üzrə Nobel mükafatı laureatı Rudolf Artur Markus isə 20 il əvvvəl dünyanın əsas diqqətini bir molekulun araşdırılmasına yönəldiyini xatırladıb: “Bu gün iqtisadi depressiyalar, epidemiyalar yaranır. Ortaya ziddiyyət çıxır. Bəlkə bir yeni texnologiyaların tətbiqi, Günəş enerjisindən istifadə ilə bağlı yeni texnologiyalar təqdim edə bilərik. Biz dünyanın problemlərini anlamasaq, onların həllinə nail ola bilmərik”.

 

Öz növbəsində kimya üzrə Nobel mükafatı laureatı Keri Benks Mullis bəzi problemlərin insanın mahiyyətinə xas olduğunu və yüz illərdir ki, həllini tapmadığını vurğulayıb: “Bu problemlərin səbəbini anlayırıq. Ancaq dairə getdikcə genişlənir, nəsillər dəyişir, nifrət itmir. Qətllər, zorakılıq baş verirsə, biz o insanlara ikrahla baxırıq. Ancaq onlar hansı səbəbdən bu vəziyyətə düşüblər, niyə insanlara nifrət edirlər? Bizdə bu gün bir-birimizə hörmətlə yanaşmaq prinsipi mövcud deyil. İnsan kimi bu keyfiyyətə malik ola bilərik. İnsan elə məxluqdur ki, müxtəlif şəraitdə müxtəlif cür ola bilər. Ona görə də şəraiti müsbət mənada dəyişməliyik”.

 

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Rudolf Martin Tsinkernagel isə bu gün infeksiya xarakterli xəstəliklərin yayıldığını xatırladıb: “Bu gün qarşımıza məqsəd qoysaq, qələbə çalmalıyıq. Ancaq söyləmək yetmir, biz insan biologiyasını anlamalıyıq. Son 20 ildə yeni nəsil yaratmışıq. Peyvəndlər, vaksinlər özləri də dəyişib. 20-30 yaşından sonra baş verən bədxassəli şiş və digər xəstəliklər biologiya ilə bağlı deyil. Çünki onların insan nəslinin qorunub saxlanılmasına təsiri yoxdur. Biz əla keyfiyyətli ibtidai təhsili təmin etməli, gənc müəllimlər və əsl təhsil mühiti formalaşdırmalıyıq. Bu, bütövlükdə Yer kürəsində insan həyatının qorunması üçün vacibdir”.

 

Fizika üzrə Nobel mükafatı laureatı Robert Betts Laflin isə İnternet və telefon barədə danışıb. O qeyd edib ki, televizor və radio yaranması ilə dünya dəyişib: “İndi isə kompüterlər insanlar əvəzinə qərar qəbul etmək imkanına malikdir. Yəni kompüter insandan min dəfələrlə sürətlə hesablamalar aparır. Proseslər sürətlənib. Hətta mağazada hansı məhsulun harada olmasını da kompüterdən öyrənirik. İnqilab başa çatıb, qərarların qəbul edilməsi o qədər sürətlə gedir ki, uşaqlarımız valideynlərdən xeyli irəlidədir. Bunu da bizə fizika verib. Kompüterin səhv etmək ehtimalı da sıfıra bərabərdir. Biz elə şeylərdən xəbərdarıq ki, əvvəlki nəsillər bu barədə bilmirdilər. Texnologiyanın sonu yoxdur”.

 

Enerji texnologiyalarından söz açan Robert Betts Laflin hələ də 19-cu əsrdəki kimi enerjinin neft-qaz kimi yanacaqdan almağa davam etdiyimizi xatırladıb. O, bir çox ölkələrin internetə qoşulduğunu söyləyib: “Çünki İnternet informasiya mübadiləsi, əyləncə funksiyasını yerinə yetirir. Bəzi ölkələr interneti özləri üçün həssas məsələ sayır, anonimliyi aradan qaldırdığını bildirir. Mən bir alim kimi hesab edirəm ki, sürətin bu dərəcədə artması artıq bir inqilab deyil, sürətlə irəli getməkdir”.

 

Kimya üzrə Nobel mükafatı laureatı Kurt Vütrix bildirib ki, araşdırmalar daim davam edəcək: “Bu gün dünyada proses adi araşdırmadan çoxtərəfli araşdırmalara doğru gedir. Proqnozlar söyləmək çətindir. Hələ də 1946-cı ildə kəşf edilən maqnit rezonansının effekti biznes fəaliyyətinə çevrilib. Bu gün hər bir xəstəxana xəstəliklərin diaqnozunun qoyulmasında maqnit rezonansından istifadə etməyə çalışır. Bəs necə oldu ki, maqnit rezonansı indi tibb sahəsində geniş istifadə edilməyə başlandı? Çünki bu üsulun əvvəllər hansı imkanları yaradacağını bilmirdik”.

 

İqtisadiyyat üzrə Nobel mükafatı laureat Fin Kidland bir çox ölkələrin iqtisadi böhranın təsirinin qurtulmağa başladığını söyləyib: “Bəs böhran bitibsə, iqtisadiyyatın bərpası niyə sürətlə getmir? Bu, gələcək fiksal siyasətlə bağlıdır və bu gün istehlak gözlənildiyindən çox aşağı düşdü. İkincisi, Avrozonada problemlər Yunanıstanla başladı. İtaliya, İspaniya, Portuqaliya   və İrlandliyada da bu problem gözlənilir. Bu üç ölkədə problem Avropa Birliyinə üzvlüklə bağlıdır. İtaliya, İspaniya və Portuqaliyada 1990-cı ildəki pik artım aşağı düşdü. Çünki dövlətlər davamlı iqtisadi artımla yaşaya bilməzlər, istehlak məsələsi var. İrlandiya isə eksprementdən uzaq oldu. 1990-xı ildə bu ölkənin vergi siyasəti dumanlı idi. Avropa Birliyi vergi ilə bağlı məsləhət verdi, nəticədə bu ölkənin bankları çox ağır duruma düşdü. Gələcək üçün konkret siyasətimiz olmalıdır, 2008-ci il böhranı bizə dərs verdi. Hökumətlər proqnozlarında obyektiv olmalıdır”.

 

Fizika üzrə Nobel mükafatı laureatı Deyvid Conatan Qross problemlərin cəmiyyətin təbiətdən qaynaqlandığını diqqətə çatdırıb: “Düzgün, sağlam rəqabət olmalı, bir cəmiyyət digərindən yaxşı nümunələr götürməlidir. Eynşteyn nüvə silahının təhlükəsi barədə danışanda deyirdi ki, bəşəriyyət bu təhlükədən qorxmalıdır. Son nəticədə daha qorxulu problemlərin olduğu üzə çıxdı. Məsələn, bu gün bəşəriyyətə təhlükə yaradan iqlim dəyişikliyi davam edir. Ona görə də xalqlar öz səylərini birləşdirməlidir, dünya hökuməti qaçılmazdır, münaqişələri bomba ilə həll etməməliyik. Min il sonra bizi nə gözlədiyini bilməliyik. Biz son illər millətçiliyin, dini fanatikliyin, zorakılığın baş qaldırılmasının şahidi olduq. Biz elmdə çətin və mümkün olmayan xəyalı, arzunu reallığa çevirmək üçün gücümüzə inanmalı, birgə çıxış etməliyik”.

 

Fizika üzrə Nobel mükafatı laureatı Teodor Volfqanq Henş isə Azərbaycanda humanitar dəyərlərə böyük dəyər verilməsini məmnuniyyətlə qeyd edib:  “Azərbaycanda qara qızılın insan qızılına çevrilməsinin mühüm istiqamət kimi götürülməsi sevindiricidir. Bu, çox mühüm seçimdir. Gələcəyimizə qoyulan sərmayə ən yaxşı sərmayədir”.

 

Sonra fizika üzrə Nobel mükafatı laureat Corc Ficerald Smutt, kimya üzrə Nobel mükafatı laureatı Ada Yonat, iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Piter Artur Daymond,  fiziologiya və tibb üzrə Nobel mükafatı laureatı Tomas Kristian Züdhof və kimya üzrə Nobel mükafatı laureatı Ariye Varşel çıxış edib. Onlar dünyanın üzləşdiyi qlobal iqlim dəyişikliyi, iqtisadi böhranlar, münaqişələr və digər problemlər və onlardan çıxış yolları barədə danışıblar.

 

Previous Post

Bakıda toplaşan Nobel mükafatçıları dünyanın üzləşdiyi problemlər və çıxış yolları barədə danışıblar

Next Post

Bu qatili ömürlük həbs gözləyir

Bənzər yazılar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə mərkəzin "X" sosial şəbəkə...

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

Tramp: “İsraili potensial məhv olmaqdan xilas etdim”

03 İyun 2026 - 16:18

ABŞ prezidenti Donald Tramp iddia edib ki, İrana qarşı hərbi əməliyyata başlamaq qərarı İsraili potensial məhv olmaqdan xilas edib. Elchi.az...

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

Ağır atletika həqiqətən ömrü uzada bilərmi?

03 İyun 2026 - 10:16

Yeni tədqiqatlar göstərir ki, həftədə 90-120 dəqiqə ağırlıq qaldırma məşqləri etmək vaxtından əvvəl ölüm riskini əhəmiyyətli dərəcədə azalda bilər. Elchi.az...

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

Kanada və Azərbaycanın XİN rəhbərləri Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər

02 İyun 2026 - 19:41

Kanada–Azərbaycan münasibətlərinin möhkəmləndirilməsi , ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Elchi.az xəbər verir ki, müzakirələr Kanadanın xarici işlər...

Next Post

Bu qatili ömürlük həbs gözləyir

Bu qatili ömürlük həbs gözləyir

Son xəbərlər

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

Qırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib

03 İyun 2026 - 21:40
Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat edib

03 İyun 2026 - 21:37
Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

Pezeşkian: Dünya bazarında səmərəli iştirakı gücləndirmək lazımdır

03 İyun 2026 - 21:36
Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

Rubio: TRIPP Azərbaycan və Ermənistan üçün əhəmiyyətli imkanlar yaradacaq

03 İyun 2026 - 21:34
Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18
Zelenski Ankarada NATO sammitində iştirak edəcək

Zelenski Ankarada NATO sammitində iştirak edəcək

03 İyun 2026 - 20:15
“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

“Apple” bir ayda Azərbaycanın mobil cihaz bazarındakı payının təqribən 19 %-ni itirib

03 İyun 2026 - 20:12
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026 - 20:08
MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

MDB Dövlət Xəbər Agentlikləri Rəhbərləri Şurasının növbəti iclası keçirilib

03 İyun 2026 - 20:07
Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

Əməyin mühafizəsi sahəsində beynəlxalq təcrübə müzakirə olundu

03 İyun 2026 - 19:28
İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

İmişlidə güclü yanğın: iki rayondan dəstək gəldi

03 İyun 2026 - 19:18
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.