Bakının Xətai rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Məhəmməd Hadi küçəsində 1979-ci il təvəllüdlü Elmar Qasımov yaşadığı binanın qarşısında naməlum şəxs tərəfindən bıçaqlanıb.
Yaralı 3 saylı şəhər xəstəxansına çatdırılıb. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlum olub ki, Elmar Qasımov avtomobilə ilə həmin küçədə hərəkətdə olarkən qarşıdan gələn maşının sürücüsü ilə yol vermək üstündə mübahisə edib.
Mübahisəyə səbəb qarşıdan gələn avtomobil Elmar Qasımova hərəkət etmək üçün yol verməyib.
Bu səbəbdən onların arasında mübahisə yaranıb. Mübahisə zamanı həmin şəxs özündə olan bıçaqla Elmar Qasımova bir neçə xəsarət yetirib və hadisə yerindən qaçıb.
Hazırda 36-cı polis bölməsinin əməkdaşları tərəfindən Elmar Qasımovu bıçaqlayan şəxsin müəyyən edilərək tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.