Bakıda marketlərin birində silahlı atışma olub.
Elchi.az-ın əldə etdiyi məlumata görə, hücumun inkassatorun maşınına olduğu bildirilir.
Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib: “Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.