Bakıda marketdə silahlı atışma: Ölən və yaralananlar var

51

Bakıda marketlərin birində silahlı atışma olub.

Elchi.az-ın əldə etdiyi məlumata görə, hücumun inkassatorun maşınına olduğu bildirilir.

Hadisə nəticəsində ölən və yaralananların olub-olmadığı dəqiqləşdirilir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

Daxili İşlər Nazirliyindən bildirilib ki, Xətai rayonunda baş verən hadisə ilə bağlı əməliyyat qrupu hadisə yerinə cəlb edilib: “Araşdırma aparılır. Əməli törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür. Əlavə məlumat veriləcəkdir”.