Fevralın 2-i saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.
Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
Araşdırma aparılır.
Yuqoslaviyanın ilk boşnak müsəlman sədri 100 yaşında vəfat edib
Keçmiş Yuqoslaviya Sosialist Federativ Respublikasının (YSFR) Rəyasət Heyətinin 10-cu sədri Raif Dizdareviç 100 yaşında Sarayevoda vəfat edib. Elchi.az xəbər verir...





















Son şərhlər