Fevralın 2-i saat 01 radələrində Sabunçu rayonu, Maştağa qəsəbəsində 1991-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı 2009-cü il təvəllüdlü Günay Şadatovanın kəsilmiş-deşilmiş xəsarətlər alması ilə bağlı polisə məlumat daxil olub.
Bu barədə Elchi.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən Ə.Şadatovanın qeyri-rəsmi münasibətdə olduğu 1981-ci il təvəllüdlü Zaur Babayev müəyyən olunaraq saxlanılıb.
Tibbi müdaxilələrə baxmayaraq, G.Şadatova ölüb.
Araşdırma aparılır.
Avtobuslar bu videokameralarla təchiz ediləcək
Azərbaycanda şəhərdaxili və şəhərlərarası sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələri bütün salonu əhatə edən, daxili və dörd tərəfdən xarici nəzarətə...