"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Bakı və Kremlin gizli Qarabağ anlaşması: iki paytaxtın hərbi razılığı var – iddia

23 İyun 2016 - 10:02
in aktual-banner, Banner, MANŞET
FacebookVatsap

neva

Bunu da oxuyun

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

Neva danışıqlarının yeni detalları – “kartlar” payızda açılacaq; Azərbaycan prezidentinin Sankt-Peterburqdan inamlı qayıtmasının pərdəarxası və atəşkəslə bağlı İrəvanın əsas gözləntisinin fiasko olmasının səbəbi; işğalçının çəkindiyi mərhələli həllin startı verilib; Putinin müşaviri: “Daha 2-3 belə görüşdən sonra yekun müqavilə imzalanacaq…”

Rusiyanın şimal paytaxtında prezident Vladimir Putinin vasitəçiliyi ilə Dağlıq Qarabağa dair aparılmış danışıqlar analitiklərin diqqət mərkəzindədir. Əsas nəzərlər isə təbii ki, bu görüşlərdə hansısa anlaşmanın olub-olmaması, yeni müharibə ehtimalı ilə bağlı detallara yönəlib. Çünki rəsmi açıqlama və bəyanatlar, həmişəki kimi, ümumi və quru diplomatik ifadələrdən ibarətdir. 

Bəzi siyasi müşahidəçilərə görə, ola bilsin, proses təzə start götürdüyü və hələlik qapalı rejimdə getdiyi üçün hansısa nəticənin açıqlanması tez hesab edilir. Yəni danışıqların konfidensiallığı məsələsi. Bununla belə, təhlilçilərin, Kremlə yaxın və uzaq mənbələrin şərh və qiymətləndirmələri Peterburq danışıqlarının detallarına müəyyən qədər işıq salmağa imkan verir. Son rəsmi açıqlama və şərhlərə diqqət edək.

 

***

Rusiya İctimai Palatasının üzvü, Putinin müşaviri və politoloq Sergey Markova görə, Peterburq görüşü, sadəcə, görüş xətrinə keçirilən görüş olmayıb: “Görüşdə Qarabağ münaqişəsinin həlli istiqamətində çox ciddi irəliləyiş əldə olunub. Bu, yaxın gələcəkdə qəbul olunacaq qərarın verilməsi üçün keçirilməsi vacib görüşlərdən biri idi. Aprelin əvvəlindəki 4 günlük müharibə göstərdi ki, münaqişə mütləq həll edilməlidir. Bu məsələdə Moskva Bakının mövqeyini birmənalı bölüşür. Rusiya da artıq münaqişənin dondurulmuş vəziyyətdə qalmasının tərəfdarı deyil. Ona görə də Moskvanın son vaxtlar bu məsələdə aktivliyi nəzərəçarpandır. Əlbəttə ki, İrəvan münaqişənin dondurulmuş vəziyyətdə qalmasında maraqlıdır”.

sergey markovv 18 aprel

Politoloqun fikrincə, Sankt-Peterburqda prezidentlərin köməkçilərsiz müzakirələr aparması “danışıqların dərin məzmuna malik olduğunun və vacib qərarların qəbul edildiyinin” göstəricisidir. “Prezidentlər Kazan formulunu müzakirə ediblər. Dağlıq Qarabağ ətrafındakı əvvəlcə 5, daha sonra mərhələli şəkildə 2 rayonun, Ermənistana dəhliz saxlanılmaq şərtilə, Azərbaycana geri qaytarılması, o cümlədən Dağlıq Qarabağla ətraf rayonlar arasındakı bölgəyə sülhməramlıların yerləşdirilməsi müzakirə olunub. Bütün bunlardan sonra Qarabağın statusu ilə bağlı danışıqların aparılması təklifi müzakirə edilib” – Markov bildirib.

Markovun sözlərinə görə, görüşün detallarının bağlı qalması onu göstərir ki, üçtərəfli görüş həqiqətən real məzmuna malik olub. “Əgər nə zamansa bir vacib qərar qəbul olunursa, o zaman vasitəçilər bunu gizli saxlayırlar. Hesab edirəm ki, daha iki-üç belə görüş keçiriləcək və bundan sonra yekun müqavilə imzalanacaq. Hələlik görüşlər Kazan formulunun bəndlərindəki fikir ayrılıqlarını aradan qaldırmaq uğrunda gedir. Bu fikir ayrılıqları Ermənistana bir və ya iki dəhlizin verilməsi, ilkin mərhələdə 5-6 və ya 7 rayonun qaytarılması, gələcəkdə referendumun keçirilib-keçirilməməsi, yekun müqavilədə BMT qətnamələrinin qeyd olunub-olunmamasından ibarətdir. Fikrimcə, bu kimi mübahisəli məqamlar yaxın zamanlarda keçiriləcək görüşlərdə öz həllini tapacaq”.

***

Bu arada rəsmi Bakı ilk dəfə prezidentlərin Peterburq görüşündə Qarabağ probleminin həllində tərəflərin razılığa gəldiyi məqamları açıqlayıb. ANS TV-nin məlumatına görə, bu haqda Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov danışıb.

novruz

N.Məmmədovun sözlərinə görə, görüşdə münaqişənin mərhələli həlli ilə bağlı razılıq əldə olunub. “Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır.

Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər” – deyə administrasiya rəhbərinin müavini bildirib.

“Sankt-Peterburqda mərhələli hərbi həll planı üzərində gizli planların razılaşdırıldığına daha çox inanıram”. Bunu isə deputat  Zahid Oruc axar.az-a bildirib. O, Sankt-Peterburq görüşü ilə bağlı çox mühüm məxfi detallara toxunub: “Qarabağ danışıqları heç zaman region və kənar dövlətlər tərəfindən indiki qədər böyük diqqət və marağa səbəb olmamışdı. Moskva və Bakı öz aralarında hərbi-siyasi yaxınlaşmanı dərinləşdirməklə ”mərhələli hərbi həll” yolunu seçiblər. Bütün hallarda, Putin 5 apreldə müharibənin yeni dalğasını dayandırıb siyasi təşəbbüsü əbədi rəqiblərinə verə bilməzdi”.

Deputat aprel müharibəsindən sonra Qafqaz uğrunda gedən mürəkkəb diplomatik-siyasi davanın gücləndiyi qənaətindədir: “Hazırda Moskva və Bakı arasında tarixdə heç zaman olmayacaq qədər yaxşı münasibətlər hökm sürdüyündən və əksinə, ermənilər son yüz ildə ruslarla ən pis duruma gəlib çatdığından prezident İlham Əliyev danışıqların məhz belə bir müstəvidə Azərbaycana xeyir verəcəyini proqnozlaşdırır. Əslində hərbi status-kvo dəyişib və onu siyasi cəhətdən tamamlamaq lazımdır. Ona görə prezident Əliyev aprel savaşının nəticələrindən və danışıqların aparıldığı gün 25 minlik silahlı kontingentin təlimlərindən keçərək Peterburqa yola düşmüşdü. Sərkisyan isə ağır Peterburq danışıqlarına 5 generalın – Qarabağın ələ keçirilməsində iştirak edən və özlərini hakimiyyətdə olmağa haqlı sayanların başını vurmaqla, siyasi və hərbi qüvvələr arasında dərin münaqişə ilə getmişdi”.

zahid

Sankt-Peterburq görüşünün məxfi xarakterinə rəğmən, onu uğurlu bir prosesin mühüm həlqəsi sayan Zahid Orucun məhz Peterburqda mərhələli hərbi həll planı üzərində gizli planların razılaşdırıldığına daha çox inandığını vurğulayıb: “Bəli, söhbət mərhələli sülhdən getmir. Azərbaycan Rusiyanın fəallığı və bölgənin təhlükəsizliyi üçün dəyişikliklər etmək planlarına qarşı deyil. Ona görə prezidentin Piterdən inamlı qayıtdığını görməmək mümkün deyil. Unutmayaq ki, Qarabağ konflikti Rusiyanın təhlükəsizlik və iqtisadi maraqlarına da güclü zərbə vurur”.

***

Tanınmış rusiyalı politoloq Aleksandr Karavayev də Peterburq görüşünün nəticələrini pozitiv sayır. Onun sözlərinə görə, belə görüşlərdəki müzakirələrin əsas detallarının geniş ictimaiyyətə açıqlanmaması təbiidir: “Həm də ona görə ki, prezident Vladimir Putin artıq bilavasitə prosesə qoşulub”. 

“Bakıya imkan veriləcək ki, kəskin taktiki zərurət olduqda işğal altındakı ərazilərə nəzarəti genişləndirmək üçün apreldəki kimi daha bir əməliyyat həyata keçirə bilsin”

Politoloq Ermənistanın atəşkəsə yeni nəzarət mexanizmi ilə bağlı gözləntisinin iflas olduğu qənaətindədir:“Rəsmi bəyanata görə, təmas xəttində müşahidəçilərin sayı artırılacaq. Ancaq Vyana görüşündə anlaşma var idi ki, Minsk Qrupunun ofisi xüsusi texniki avadanlıqlarla gücləndiriləcək və bu da imkan verəcək ki, atəşkəs pozuntularına real qiymət verilsin. Görünür vəsait, pul çatmayıb. Əslində bu, təhlükəsizlik rejiminə necə münasibət bəslənilməsi baxımından Ermənistan üçün olduqca qəribə bir siqnaldır. Azərbaycan üçün isə onun əlamətidir ki, Bakıya imkan veriləcək ki, kəskin taktiki zərurət olduqda işğal altındakı ərazilərə nəzarəti genişləndirmək üçün apreldəki kimi daha bir əməliyyat həyata keçirə bilsin. Minsk Qrupunun nəzarət səlahiyyətlərinin yalnız müşahidəçilərin sayının artırılmasından ibarət olması onu sübut edir ki, texniki vasitələrin quraşdırılması təşəbbüsü öz-özünə gündəlikdən çıxıb”.

Rusiyalı ekspert hesab edir ki, yerdə qalan və razılaşdırılan bütün digər məsələlər hələlik açıqlanmır. “Yalnız bundan sonrakı strategiya ilə bağlı onu demək olar ki, Putinin bu görüşdə deməyə sözü olub. Əks halda, görüş olmazdı və yalnız telefon danışıqları ilə və ya Putinin Əliyev və Sərkisyanla ayrıca görüşləri ilə kifayətlənilərdi. Əgər o, prezidentləri bir yerə yığıbsa, demək, konstruktiv təkliflər olub. Diqqət edin, bu danışıqlardan sonra rəsmi Bakıdan hansısa narahatlıq və məyusluq siqnalları eşitmədik. Deməli, belə bir ehtiyatlı nəticə çıxarmaq mümkündür ki, nizamlama prosesi, hər halda, pərdə arxasında Moskva ilə İrəvan arasında bazarlıq xətti üzrə gedir. Bazarlaşma da onun ətrafında gedir ki, necə eləmək ki, ərazilərin hərbi əməliyyatlarla deyil, Rusiyanın səyləri ilə boşaldılması üçün zəmin yarandığı görünsün” – ekspert sonda əlavə edib.

Yeri gəlmişkən, Ermənistanda ən çox narahatlıq doğuran məqamlardan biri atəşkəsə yeni nəzarət mexanizmi ilə bağlı İrəvanın gözləntisinin fiasko olmasıdır. Çünki bu mexanizmlər işğal rejimini uzatmaqla Ermənistanın özünü daha rahat və cəzasız hiss etməsinə gətirəcək, paralel olaraq Azərbaycanın hərb variantından istifadədə əl-qolunu bağlayacaqdı. Görünür, o halda Rusiyanın da Ermənistana təsir imkanları azalacağından, Kreml yeni mexanizmə soyuq yanaşıb.

 

***

Peterburq görüşünün mümkün nəticələrini fərqli müstəvidə təhlil edənlər də var. Məsələn, digər nüfuzlu rusiyalı politoloq, Kremlə müxalif Andrey Piontkovski hesab edir ki, Moskva payızda Gürcüstanı hərbi fəaliyyət hədəfinə çevirəcək və Qarabağ ətrafında vəziyyəti kəskinləşdirəcək. Onun sözlərinə görə, oktyabrın əvvəllərində Gürcüstanda keçiriləcək seçkilərdə Putinin agenti İvanişvilinin qondarma koalisiyası uduza və Mixail Saakaşvilinin partiyası səslərin əksəriyyətini toplaya bilər ki, bu da Rusiya üçün tamamilə qəbuledilməz variantdır.

Politoloqun fikrincə, Putin mümkün olan hər şeyi edəcək ki, bu ssenarinin qarşısını alsın. O, Qarabağ ətrafında vəziyyətin kəskinləşməsini də bununla izah edir. “Moskvanın həm Bakıda, həm İrəvanda agenturası var. Kreml orada vəziyyəti asanlıqla mürəkkəbləşdirə bilər”-analitik bildirib. Onun əminliyinə görə, Putini Qarabağ münaqişəsinin nizamlanması deyil, Bakıya və İrəvana təsir göstərmək üçün münaqişənin idarə olunması maraqlandırır: “Hazırda Moskva Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələrinin yeridilməsi ideyasını yürüdür”.

Öz növbəsində tanınmış amerikalı ekspert Ariyel Koen ehtimal edir ki, Rusiya prezident Barak Obamanın hakimiyyətdən gedişi məqamından istifadə edərək yay-payız dövründə Gürcüstan və Qarabağ ətrafında durumu kəskinləşdirə bilər – birinci halda Gürcüstandakı seçkilərlə bağlı (Cənubi Osetiyanın Rusiyaya birləşdirilməsi üçün referendum da bu ərəfəyə düşəcək), ikinci halda isə Dağlıq Qarabağa Rusiya sülhməramlı qüvvələri yeritməyə zəmin hazırlamaqdan ötrü.

****

Beləcə, Neva sahillərindəki Qarabağ danışıqlarına dair kifayət qədər fərqli ekspert rəyləri mövcuddur. Onların hansının mötəbər olduğunu bilmək üçünsə yəqin ki, çox gözləmək lazım gəlməyəcək. Çünki Qarabağ konfliktinin həlli daha bir neçə il uzana bilməz, yeni situasiya bunu istisna, dönüş üçün real irəliləyiş tələb edir. Ən önəmlisi, müharibə ,faktiki, qapıdadır. 

Şərh və proqnozlara inansaq, üzü payıza bütün “sular durulacaq”.    

Previous Post

Bakı və Kremlin gizli Qarabağ anlaşması: iki paytaxtın hərbi razılığı var – iddia

Next Post

İki idmançımızın Olimpiya lisenziyası ləğv edildi

Bənzər yazılar

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28

Azərbaycan Ordusunun kapitanı, Vətən müharibəsi iştirakçısı Zahir Zakiroviç Fətəliyevin vəfatından bir il ötür. 1985-ci ildə Zığ qəsəbəsində anadan olan Zahir...

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16

Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə,mədəniyyətə, dil və mənəvi dəyərlərə, möhkəm birliyə,həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü...

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

ƏHD Partiyası Əbülfəz Elçibəyin məzarını ziyarət edib

22 Avqust 2026 - 10:34

Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının İdarə Heyətinin üzvləri milli-azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin məzarını vəfatının 26-cı ildönümü ilə bağlı...

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

Amerikanın nüfuzlu “Arxeologiya” jurnalında Cəlilabadda tapılan daş kürə barədə məqalə dərc olunub

21 Avqust 2026 - 23:36

Amerikanın Arxeologiya İnstitutunun nüfuzlu "Archaeology Magazine" elmi jurnalında Cəlilabad rayonunda tapılan daş kürə barədə məqalə dərc olunub. Bu barədə Elchi.az...

Next Post

İki idmançımızın Olimpiya lisenziyası ləğv edildi

İki idmançımızın Olimpiya lisenziyası ləğv edildi

Son xəbərlər

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

Vətən müharibəsi iştirakçısı kapitan Zahir Fətəliyevin vəfatından bir il ötür

23 Avqust 2026 - 00:28
Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

Astarada dənizdə batdığı deyilən kişinin xaricə getdiyi məlum oldu

22 Avqust 2026 - 15:57
Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

Azərbaycan-Özbəkistan: Yüksəksəviyyəli münasibətlərdəyeni mərhələ

22 Avqust 2026 - 15:16
“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

“Çelsi” Joao Pedro ilə müqaviləni uzatdı

22 Avqust 2026 - 15:01
İşlədikləri şirkəti soyanlar saxlanıldı

İşlədikləri şirkəti soyanlar saxlanıldı

22 Avqust 2026 - 14:38
Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

Xalq artisti Şükufə Yusupova ağır yol qəzasına düşüb, vəziyyəti açıqlandı

22 Avqust 2026 - 14:13
Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

Kəlbəcər–Laçın avtomobil yolunda işlərin 50 faizdən çoxu icra olunub

22 Avqust 2026 - 13:21
Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

Almaniya XİN rəhbəri Kiyevdə səfərdədir

22 Avqust 2026 - 13:00
ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

ABŞ Kanadadan 20 milyard dollarlıq məhsula 50% tarif tətbiq etdi

22 Avqust 2026 - 12:42
Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

Bazar günü bəzi yerlərdə 40 dərəcə isti olacaq

22 Avqust 2026 - 12:17
Kiyevdə dəmir yolu vuruldu: ölən var

Kiyevdə dəmir yolu vuruldu: ölən var

22 Avqust 2026 - 11:52
Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

Tayvanda 5,1 bal gücündə zəlzələ qeydə alındı

22 Avqust 2026 - 11:35
Əməkdar jurnalist Nurani vəfat etdi

Əməkdar jurnalist Nurani vəfat etdi

22 Avqust 2026 - 11:18
FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

FHN “Bilgəh Kardioloji Sanatoriyasın”da təlim keçirib – VİDEO

22 Avqust 2026 - 11:09
Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

Ölkədə hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

22 Avqust 2026 - 10:50
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.