Quba rayonu Pirvahid kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 5 nəfər (2 kişi, 2 qadın, 1 azyaşlı) 6 avqust tarixində saat 09:50 radələrində Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Bu barədə APA-nın şimal bürosuna TƏBİB-dən bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin travmaları, qabırğa sınıqları, baş beyin silkələnməsi, açıq kəllə-beyin travması və komatoz vəziyyət diaqnozları təyin edilib.
1973-cü il təvəllüdlü (kişi) və 2021-ci il təvəllüdlü azyaşlının müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Onların vəziyyəti ağır qiymətləndirilir.
Digər 3 nəfərin müalicəsi isə Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri orta ağır qiymətləndirilir.
***
10.23
Quba rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Qəza Bakı–Quba avtomobil yolunda, Quba rayonunun Pirvahid kəndindən keçən hissədə qeydə alınıb.
İlkin məlumata əsasən, “Shacman” markalı yük avtomobili, “Kia” və “Toyota Prius” markalı minik avtomobilləri toqquşub. Zəncirvari yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Onların sayı və vəziyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.

























