“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov rəhbərlik etdiyi qurumda yeni kadr dəyişikliyi edib.
AzNews.az-ın əldə etdiyi məlumata görə, Zaur Hüseynovun əmri ilə Metropolitenin baş mühəndisi Fuad Tağızadə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə metropolitendə uzun müddət xidmət rəisi vəzifəsində çalışan Əlixan Osmanov təyin olunub.
Zaur Hüseynovun digər əmrinə əsasən Fuad Tağızadə Metropolitenin yeni yaradılmış təlim-tədris mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, Fuad Tağızadə tutduğu vəzifədən azad olunaraq Zaur Hüseynovun təşəbbüsü ilə yaradılmış Təlim-Tədris Mərkəzinə rəhbər təyin edilib. fgbn.jpg)
Paşinyan və Makron Ermənistan-Azərbaycan sülh prosesini müzakirə ediblər
Ermənistanın Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub. Elchi.az xəbər verir ki, bu barədə Ermənistan...



















Son şərhlər