“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov rəhbərlik etdiyi qurumda yeni kadr dəyişikliyi edib.
AzNews.az-ın əldə etdiyi məlumata görə, Zaur Hüseynovun əmri ilə Metropolitenin baş mühəndisi Fuad Tağızadə tutduğu vəzifədən azad edilib. Onun yerinə isə metropolitendə uzun müddət xidmət rəisi vəzifəsində çalışan Əlixan Osmanov təyin olunub.
Zaur Hüseynovun digər əmrinə əsasən Fuad Tağızadə Metropolitenin yeni yaradılmış təlim-tədris mərkəzinin rəhbəri vəzifəsinə təyin edilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib. Bildirib ki, Fuad Tağızadə tutduğu vəzifədən azad olunaraq Zaur Hüseynovun təşəbbüsü ilə yaradılmış Təlim-Tədris Mərkəzinə rəhbər təyin edilib. fgbn.jpg)
Polşa və Ukrayna raket əleyhinə müdafiə sahəsində əməkdaşlığı müzakirə edib
Polşa və Ukrayna arasında raket əleyhinə müdafiə sahəsində əməkdaşlıq müzakirə edilib. Elchi.az xəbər verir ki, bu barədə Polşanın Baş naziri...



















Son şərhlər