"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

Bəxtiyar Hacıyev: “Amerika 90-cı ildən bəri qadın prezidentə hazır idi” – fərqli baxış

22 İyun 2016 - 22:50
in MÖVQE, SİYASƏT
FacebookVatsap
Bəxtiyar Hacıyev: “Amerika 90-cı ildən bəri qadın prezidentə hazır idi”  - fərqli baxış

Gənc politoloq: “Hillari Klinton az fərqlə də olsa, noyabrda qalib gələcək”; “tək Azərbaycana yox, ABŞ prezidentinin kim olması bütün dünyaya təsir edə bilər”

Bunu da oxuyun

Rusiya İngiltərənin hərbi obyektlərini vurmaqla hədələdi

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

Hazırda dünyanın diqqəti Amerikada Birləşmiş Ştatlarında keçiriləcək prezident seçkilərinə yönəlib. Əsas namizədlərin bir-birilə gərgin mübarizəsi, verdikləri açıqlamalar və onun təsiri ilə dəyişən qüvvələr nisbəti Azərbaycan daxil olmaqla, bütün ölkələrin siyasi gündəmində mühüm yer tutur. 
Musavat.com mövzu ilə bağlı ABŞ siyasətinə bələd olan, Hillari Klintonla şəxsən görüşmüş gənc fəal Bəxtiyar Hacıyevlə söhbətləşib. B.Hacıyevin baxışı ilə ABŞ seçkilərini, ordakı vəziyyəti, namizədlərin şanslarını qiymətləndirdik.
– Bəxtiyar bəy, dünyanın gözü ABŞ-dakı seçkilərdədir. Və seçkilərdə qüvvələr nisbəti, ayrı-ayrı namizədlərlə bağlı üstünlüklər tez-tez dəyişir. Bu, təkcə ölkədəki demokratik ab-havanın nəticəsidir, yoxsa dünyada seçki dönəminin uzun olması ilə bağlıdır? 
-Birincisi, ABŞ-dakı seçkilər prosesi çox uzun və müəyyən qədər yorucu, bəzi tərəflərinə görə isə ədalətli sayılmaya biləcək bir prosesdir. Təsəvvür edin ki, 4 illik prezidentlik müddəti üçün 2 ilə yaxın seçki kampaniyası aparılır. Əvvəlcə ilkin seçkilər, sonra isə əsas seçkilər keçirilir. Bu zaman hər iki partiyanın ilkin seçki qaydalarına görə, bəzən milyonlarla seçicinin səsindən yüzlərlə supernümayəndənin səsi daha həlledici ola bilir. Bu, məsələnin birinci tərəfidir. Hər seçkidə ABŞ ictimaiyyətini narahat edən müəyyən məsələlər (məsələn, səhiyyə sığortası, silah alışı üçün icazənin verilib-verilməməsi, terrorizmlə mübarizənin necə aparılması və s.) namizədlər arasında kontrast yaratmağa, onlardan bəzilərini önə çıxarıb, bəzilərinə olan dəstəyin azalmasına səbəb ola bilir. Bəzən də seçkidə ən çox müzakirə olunan və namizədləri önə, yaxud arxaya aparan mövzular Azərbaycan cəmiyyəti üçün təəccüblü mövzular ola bilər. Məsələn, gey və lesbiyanlara evlənmək hüququ verilməlidirmi, aborta münasibət necə olmalıdır və s. Bu məsələlər ABŞ seçkilərində həlledici ola bilir. Son zamanlar isə terrorla mübarizə, seçki sisteminin maliyyənləşdirilməsi, silah satışı ilə bağlı namizədlərin fərqli mövqeləri onlara olan dəstəyə təsir edir.
– Donald Tramp namizədliyini elan edən vaxt başda ABŞ cəmiyyəti olmaqla, bir çox ölkələrdə onun şansı cüzi qiymətləndirilirdi. Adətən tanınmış siyasətçilər, Konqresdə olan simaların prezident seçilmək şansı daha çox olur. Tramp Konqresdə də təmsil olunmur. Sadəcə, böyük varidatı olan mediatik bir insan kimi tanınırdı. Nə baş verdi ki, ABŞ cəmiyyəti onunla bağlı fərqli mövqe ortaya qoydu? 
 
-ABŞ-da son bir neçə prezident seçkilərində bir tendensiya müşahidə edilir. Seçicilər uzun illər Vaşinqtonda çalışmış, siyasi isteblişment üzvü kimi tanınan siyasətçilərdən daha çox siyasi sistemdən kənarda sayılan şəxslərə dəstək verməyi üstün tuturlar. Məsələn, 2008-ci ildəki seçkilərdə demokratlardan Co Bayden, Con Edvards, Hillari Klinton, respublikaçılardan Con Makkeyn kimi təcrübəli şəxslər iştirak etsələr də, ən populyar namizəd cəmi 2 illik senatorluq təcrübəsi olan Barak Obama oldu. “Dəyişiklik” mesajı ilə seçkiyə qatılan Barak Obama qalib və ABŞ prezidenti oldu. 2016-cı il seçkilərində də demokratlar arasında dəyişikliyə, inqilaba çağıran Berni Sanders böyük bir dəstək qazandı, milyonlarla insanın səsini topladı, heç kimin gözləmədiyi qədər donorların kiçik ianələri ilə çox uğurlu kampaniya apardı. Eləcə də, Respublikaçılar partiyasından daha təcrübəli, tanınmış siyasətçilər seçkidə iştirak etsə də, sistemdən kənar, özünü xalqın adamı, sadə insan kimi təqdim etməyi bacarmış Donald Tramp partiyanın namizədi oldu. Bu, birinci növbədə onu göstərir ki, ABŞ seçiciləri indiki ABŞ isteblişmentindən daha çox, kənardan sistemi dəyişməyə çalışanlara dəstək verməkdə maraqlıdırlar. İkincisi, ABŞ seçkilərində qorxu və nifrət, qəzəb çox önəmli rol oynayır. Tramp qeyri-leqal immiqrantlara, müxtəlif dini qruplara hücum etməklə bu qorxu, qəzəbi daha da alovlandırdı və özünə dəstək qazandı.
– Bəli, elə bundan danışaq. Onun bu mövqeyi xeyli tənqid də alıb. Amma qısa müddət öncə bir əfqanın “gey klub”da törətdiyi qətliam sanki onun bu mövzudakı mövqeyini cəmiyyətə təsdiqlədi və nüfuzunu artırdı… Siz necə düşünürsüz?
-Seçki ilində 11 sentyabr hadisələrindən sonra ən böyük silahlı qətliam, terrorun baş verməsi seçkiyə birbaşa təsir etməli idi. Ancaq sonda bu təsirin kimin xeyrinə, kimin əleyhinə çevriləcəyini demək çətindir. Hər iki partiyanın namizədləri bu hadisədən öz mövqelərini gücləndirmək üçün istifadə etməyə çalışırlar. Hillari Klinton silahların asanlıqla satılmasının əleyhinədir, Tramp isə lehinə. Klinton müsəlmanlara qarşı yumşaq, qucaqlayıcı mövqe tutur, Tramp isə əksinə. Qətliamdan dərhal sonra Tramp özünün haqlı olduğunu bildirən mesajlar yayımlamağa başladı. Klinton isə hər hansı bir şəxs asanlıqla silah əldə edə bilərsə, belə hadisələrin təkrarlana biləcəyini vurğuladı, silah satışının əleyhinə olmasını bu hadisə ilə yenidən gündəmə gətirib, haqlı olmasını göstərməyə çalışdı. Çoxları müzakirələrin  dayanacağını gözləsə də, Tramp başqa bir arqumentlə seçki kampaniyasına davam etməyə başladı. O bildirdi ki, əgər silah satışı daha da asan olsaydı, həmin “gey klub”da kimsə öz üzərindəki silahı çıxarıb terrorçunu zərərsizləşdirə bilərdi. Görünən odur ki, bu hadisədə buna bənzər arqumentlər hər iki qərargah tərəfindən düşünülüb, özlərinin haqlı olmasını əsaslandırmağa çalışacaqlar. Ancaq ilkin mərhələdə bu hadisə ilə Tramp müsəlmanlara, radikal dini qruplara qarşı öz qəzəbli auditoriyasının və silah lobbisinin dəstəyini daha da möhkəmləndirmiş oldu.
– İllər öncədən ABŞ siyasətini təhlil edənlər deyirdilər ki, ABŞ qadın prezidentə və qaradərili prezidentə hazır deyil. Sonuncu Obamanın timsalında baş verdi. Hillari Klintonun timsalında ABŞ-ın qadın prezidenti ola bilərmi,sizcə? Onun şansını nə qədər qiymətləndirirsiz? 
-Zənnimcə, ABŞ cəmiyyəti hətta 90-cı illərin əvvəllərindən buna hazır idi. Sadəcə olaraq qaradərili və ya qadın namizədlərdən uyğun və uğurlusu ortaya çıxmamışdı. 2007-ci ildə ABŞ-da təhsil almağa gedəndə öz müşahidələrimdən deyə bilərəm ki, 2008-ci ildə ABŞ cəmiyyəti həm qaradərili, həm də qadın prezidentə hazır idi. Ancaq Obamanın uğurlu kampaniyası, onun sistemdən kənar namizəd olması, dəyişiklik mesajı ilə seçkiyə getməsi onun xeyrinə işlədi və o əvvəlcə Klintona, sonra isə Makkeynə qalib gələrək prezident oldu. Klintonu isə məğlub edən səbəblərdən biri onun prezident xanımı olması idi. Bir çox seçicilər “Ata Buş, sonra ər Klinton, sonra oğul Buş, sonra xanım Klinton olmaqla ard-arda iki ailə tərəfindən idarə edilmək istəmirik” deyirdilər. Yəni, Klintonun qarşısında duran maneə onun qadın olması yox, daha çox keçmiş birinci xanım olması idi.
 
– Yəni, doğrudanmı ABŞ çəmiyyəti kişini qoyub bir qadına səs verə bilər?
– Zənnimcə, Amerika cəmiyyəti bu mərhələni çoxdan keçib. Hətta qadınlar belə səslərini Klintona, yaxud digər qadın namizədə sırf qadın olduqları üçün yox, namizədin keçmişinə, keçmiş fəaliyyətinə və bu gün səsləndirdiyi seçki mesajlarına, verdiyi vədlərə görə verirlər. Noyabrda keçiriləcək əsas seçkilərdə də böyük əksəriyyət namizədlərə səslərini onların cinslərinə görə yox, təcrübələri, xarakterləri və verdikləri seçki mesajlarına görə verəcəklər.
– Yaxşı, məsələni başqa cür qoyaq. Qadın prezident, xüsusən də bu, Hillari Klintondursa, Amerikanın həyatını necə dəyişə bilər? 
-İndiki mərhələdə namizədlər arasındakı fərqi, kontrastı onların cinsi ilə yox, təcrübələri ilə dəyərləndirmək lazımdır. Məncə, həm demokratlardan, həm müstəqillərdən, həm də respublikaçılardan bir çox insan Hillari Klintonun senator, birinci xanım, dövlət katibi kimi təcrübəsi ilə, Trampın iş adamı kimi təcrübəsini, dövlət adamı kimi isə təcrübəsizliyini görürlər. Klintonun müxtəlif dünya liderləri ilə ən ağır məsələlərdə apardıqları danışıqları da xatırlayırlar, Trampın ziddiyyətli mesajlarını da. Onlar Klintonun miqrantlara, müxtəlif dini azlıqlarla olan münasibətinin də Amerikaya nə verəcəyini bilirlər, Trampın qəzəb püskürməsinin nə ilə nəticələnə biləcəyini də. Düşünürəm ki, seçicilər bunlara əsasən səs verəcəklər və yenidən hər hansı bir böyük hadisə, sürpriz məsələ olmasa, Klinton az fərqlə də olsa, noyabrda qalib gələcək. Klinton hələ birinci xanım olduğu dövrdə həyat yoldaşı Bill Klintonun apardığı iqtisadi islahatları da, dövlət katibi işlədiyi zaman apardığı xarici siyasəti də, Obama administrasiyasında çalışdığı zaman Obamanın başlatdığı bir çox işləri, o cümlədən səhiyyə sektorundakı islahatları da davam etdirəcək. ABŞ prezidenti olmaq iş təcrübəsi keçmək üçün bir yer deyil, andiçmədən dərhal sonra oval ofisdə mühim qərarlar verəcək qədər təcrübə olmalıdır və bu təcrübə iki namizəddən yalnız Klintonda var. Çoxları onu sevə, başqaları sevməyə bilərlər, ancaq hazırda qalan namizədlər arasında oval ofisdə oturub ilk gündən doğru qərarlar verə biləcək tək namizəd Hillari Klintondur.
– Bəs bu seçkilərin nəticələri Azərbaycana nə vəd edir? Prezidentin kimliyi ölkəmizin gələcəyinə hansı formada təsir edə bilər? 
– Tək Azərbaycanla bağlı yox, ABŞ prezidentinin kim olması bütün dünyaya təsir edə bilər. Məsələn, prezident öz vitse-prezidentini, dövlət katibini, bir çox başqa postlarda olan şəxsləri müəyyənləşdirir. Onlar isə ABŞ-ın xarici siyasətində necə davranılacağını müəyyənləşdirirlər. Əgər C.Buş dönəmində sərt gücə üstünlük verilirdisə, müharibə qərarları rahatlıqla alınırdısa, Obama dönəmində yumşaq gücə, əməkdaşlığa, dialoqa, sülhə meyillər hiss olunurdu. Obama dönəmində İran və Kuba kimi ölkələrlə diplomatik münasibətlər quruldu. ABŞ-ın növbəti prezidentinin kim olması da onun administrasiyasının xarici siyasətini müəyyənləşdirəcək. Ancaq düşünmürəm ki, məhz Azərbaycanla bağlı hansısa fərqli bir siyasət formalaşacaq, yaxud hansısa namizəd region ölkələrinə bir münasibət, Azərbaycana isə müstəsna başqa siyasət tətbiq edəcək. Azərbaycan kiçik ölkədir və ABŞ-ın növbəti prezidentinin regionumuzla bağlı verəcəyi qərarlar Azərbaycana təsir edəcək. Məsələn, ayrıca Qarabağ münaqişəsinin həllində fərqli mövqe yox, post-sovet məkanındakı bənzər ərazi münaqişələrində ümumi bir siyasət gözləyə bilərik və bu siyasət Azərbaycana təsir edə bilər. Donald Tramp prezident seçilərsə, bu siyasətin necə olacağını indidən demək çətindir. Ancaq Klinton təcrübəli, dialoqa, sülhə, əməkdaşlığa meyilli siyasətçidir və dövlət katibi olduğu müddətdəki fəaliyyətindən də müşahidə edib deyə bilərik ki, onun prezidentliyi dövründə post-sovet məkanında ərazi münaqişələrinin həllində yeni bir mərhələ gözləyə bilərik.

Previous Post

Bəxtiyar Hacıyev: “Amerika 90-cı ildən bəri qadın prezidentə hazır idi” – fərqli baxış

Next Post

Güzəştli ipoteka kreditinin həcmi açıqlanıb

Bənzər yazılar

Zaxarova Zelenskinin yalanlarından danışdı

Rusiya İngiltərənin hərbi obyektlərini vurmaqla hədələdi

28 Avqust 2026 - 10:20

Rusiya, Britaniyanın Ukraynaya dəstəyi səbəbindən Britaniya hərbi hədəflərinə zərbə endirə biləcəyi barədə xəbərdarlıq edib. Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin...

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

Pezeşkian: İran və Qətər əməkdaşlığı bərpa edə bilər

27 Avqust 2026 - 19:56

İran xalqının bütün qanuni hüquqları rəsmən tanınmalıdır. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Qətər Dövlətinin...

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək

27 Avqust 2026 - 16:31

Balıq ovunda qadağan olunmuş ov alətlərinin siyahısı müəyyənləşdiriləcək. Elchi.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı...

XİN Rusiyada Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib, Moskvaya çağırış edib

XİN Rusiyada Azərbaycan səfirliyinin qonaq evi qarşısındakı təxribatı pisləyib, Moskvaya çağırış edib

27 Avqust 2026 - 16:11

27 avqust tarixində günorta radələrində Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin qonaq evi qarşısında naməlum şəxslər tərəfindən ölkəmiz əleyhinə təxribat xarakterli...

Next Post

Güzəştli ipoteka kreditinin həcmi açıqlanıb

Güzəştli ipoteka kreditinin həcmi açıqlanıb

Son xəbərlər

Kolumbiya meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan etdi

Kolumbiya meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan etdi

28 Avqust 2026 - 11:16
Nepalda baş verən daşqınlarda ölənlərin sayı 469-a çatıb

Nepalda baş verən daşqınlarda ölənlərin sayı 469-a çatıb

28 Avqust 2026 - 11:08
Tramp: İran çökməkdə olan bir ölkədir

Tramp: İran çökməkdə olan bir ölkədir

28 Avqust 2026 - 10:42
UEFA-dan Infantinoya qarşı ciddi hüquqi addım

UEFA-dan Infantinoya qarşı ciddi hüquqi addım

28 Avqust 2026 - 10:37
DİM: Xarici dil serifikatlarının verilməsində qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

28 Avqust 2026 - 10:28
Zaxarova Zelenskinin yalanlarından danışdı

Rusiya İngiltərənin hərbi obyektlərini vurmaqla hədələdi

28 Avqust 2026 - 10:20
Hava ilə bağlı xəbərdarlıq: Yağış yağacaq

Bəzi rayonlarda leysan olub, Bakıda külək əsir – FAKTİKİ HAVA

28 Avqust 2026 - 10:12
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb

28 Avqust 2026 - 10:04
Bu məlumatları heç kimlə paylaşmayın! – DİN

DİN saxta kirayə mənzil təklifləri ilə bağlı tələbələrə müraciət edib

28 Avqust 2026 - 09:51
Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

Küləkli hava ilə bağlı iki nəfər xəsarət alıb

28 Avqust 2026 - 09:46
Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

28 Avqust 2026 - 09:32
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

28 Avqust 2026 - 09:25
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

28 Avqust 2026 - 09:14
Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14
UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

27 Avqust 2026 - 23:12
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.