Bəzi AB ölkələri bu hüquqdan məhrum edilməsinə qarşı olacaq – Borrell

97

Borrell xarici siyasət məsələlərinin həllində Aİ ölkələrinin veto hüququnu ləğv etməyi təklif edib.
Elchi.az xəbər verir ki, Aİ Xarici İşlər Xidmətinin rəhbəri Josep Borrell Aİ-nin xarici siyasəti ilə bağlı qərarlarda veto mexanizmindən imtina etməyi və səs çoxluğu əsasında qərarların qəbuluna keçməyi təklif edib.
“Mən Avropa İttifaqının xarici siyasətində ixtisaslı səs çoxluğu ilə qərarların qəbul edilməsini dəstəkləyirəm. Lakin problem ondadır ki, konsensusla qərar qəbulunu ləğv etmək üçün konsensus lazımdır”, – Borrell Florensiyada Avropa İttifaqının vəziyyəti ilə bağlı ekspert konfransında bildirib.

Şayəstə Hüseynova