Bəşəriyyət onurğalıların məhvini 35 dəfə sürətləndirib-ARAŞDIRMA

🗓 21.09.2023 20:51 ✍️ "Elçi" qəzeti
Bəşəriyyət onurğalıların məhvini 35 dəfə sürətləndirib-ARAŞDIRMA
Stenford Universiteti (ABŞ) və Meksika Milli Muxtar Universitetinin zooloqlar qrupu belə qənaətə gəliblər ki, 1500-cü ildən bəri kənd təsərrüfatı, meşələrin qırılması və urbanizasiya nəticəsində quruda onurğalıların 73 nəsli, o cümlədən 44 quş, 21 növ məməlilər nəsli kəsilib. Elchi.az bu barədə Ria.ru-ya istinadən xəbər verir. Alimlərin bildirdiyinə görə, onurğalıların nəsli 1500-cü ildən əvvəlki milyon illə eyni sürətlə getsəydi, yarım minillikdə nəsillərin sayı cəmi iki nəfər azalardı. Beləliklə, onurğalılar 35 dəfə tez ölməyə başlayıblar. Zooloqlar bildiriblər ki, bütün nəslin yox olması ayrı-ayrı növlərin yox olmasından daha çox ekologiyaya təsir edir.
Yeganə

Bənzər yazılar