"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azərbaycanın kəndlərində biznes inkubatorları yaradılır

19 Sentyabr 2018 - 15:46
in İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

Mikayıl Cabbarov: Cənubi Qafqaz ilk dəfə müharibə və ərazi münaqişələrindən azad regiona çevrilib

Frederick Starr: Regionu bütövlükdə təmsil edən vahid struktur hələ formalaşmayıb

 Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti kəndlərdə əhalinin məşğulluq səviyyəsini artırmaq və aqrar bizneslərin sayını artırmaq üçün innovativ layihəyə başlayıb.

“Report” xəbər verir ki, Dünya Bankı ilə birgə həyata keçirilən Kənd İnvestisiya Layihəsi çərçivəsində qadınların aqrar bizneslərinin formalaşdırılmasına dəstək veriləcək.

“Kəndlərdə yaşayan əhalinin yarıdan çoxunu qadınlar təşkil edir. Bu həssas qrupun məşğulluğu ailələrin rifahı üçün böyük əhəmiyyət daşıyır. Buna görə də bizim əsas hədəflərimizdən biri qadınların kənd iqtisadiyyatında fəallığını təmin etməkdir” – deyə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev yeni layihəni şərh edib.

Layihə çərçivəsində yaradılmış yeni model kənd qadınlarının iqtisadi imkanlara çıxışını məhdudlaşdıran sosial-iqtisadi maneələri aradan qaldırmaqla onların təşkilatlanmasına kömək edir. Modelə əsasən, eyni məhəllədə yaşayan və qarşılıqlı olaraq bir-birinə dəstək olan 15-20 qadın bir araya gəlib qrup yaradır və öz biznes təşkilatlarını formalaşdırır. Qrupun fəaliyyəti bacarıqların artırılması, maliyyə savadlılığı, həyat bacarıqları, biznesin inkişafı və idarə edilməsi, sağlamlıq və qidalanma kimi mövzuları əhatə edir. Modelə yeni əlavə olunmuş elementlər ağıllı kənd bizneslərinin yaradılmasında texnologiyalardan istifadə, dəyər zəncirlərinə qoşulmaq, dövlət və özəl mənbələrdən olan qarışıq maliyyə vəsaitlərinə çıxış əldə etməkdən ibarətdir.

Kənd İnvestisiya Layihəsi çərçivəsində, pilot olaraq, 5 rayonda – Masallı, Ağdam, Lənkəran, İsmayıllı və Balakən rayonlarında 100-ə yaxın qadından ibarət 6 Qadın İnkişaf Qrupu təsis edilib. Qadın bizneslərinə dəstək vermək üçün qadın qrupları yaradılan rayonlarda gənclərdən ibarət İcma Biznes Təbliğatçıları qrupları da yaradılıb. “Layihəyə qatılan gənclər ilkin biznesin inkişafı və idarə edilməsi proqramı üzrə təlim alıblar. Onlar Azərbaycan Kənd İnvestisiya Layihəsinin əməkdaşları ilə birgə öz rayonlarında biznes inkubatorları yaradacaqlar. Bu inkubatorlar Qadın İnkişaf Qruplarına kəndlərdə biznesin qurulması, inkişafı, idarə edilməsi və genişləndirilməsi xidmətləri göstərəcək. Onlar qadın qruplarına gəlir gətirə bilən təkliflər hazırlamaqda kömək edəcək və onları maliyyə mənbələri və bazarlarla əlaqələndirəcəklər” – deyə M.Əliyev bildirib.

Qeyd edək ki, yeni yaradılan model beynəlxalq təcrübəyə əsaslanır və ilk növbədə, biznes fəaliyyətinə başlayan kəndli qadınların maliyyəyə çıxışını asanlaşdırmaq məqsədi daşıyır.

Previous Post

Azərbaycanın kəndlərində biznes inkubatorları yaradılır

Next Post

Bakıda 30 və 49 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdi

Bənzər yazılar

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

01 Oktyabr 2026 - 10:52

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron qeydiyyat portalı vasitəsilə daha iki beynəlxalq rəqəmsal xidmət təchizatçısı vergi uçotuna alınıb. Dövlət...

Mikayıl Cabbarov: Cənubi Qafqaz ilk dəfə müharibə və ərazi münaqişələrindən azad regiona çevrilib

Mikayıl Cabbarov: Cənubi Qafqaz ilk dəfə müharibə və ərazi münaqişələrindən azad regiona çevrilib

01 Oktyabr 2026 - 10:19

Yaxın günlərdə Mərkəzi Asiya ölkələri və Azərbaycan liderlərinin iştirakı ilə dövlət başçıları səviyyəsində görüş keçiriləcək. Elchi.az xəbər verir ki, bunu...

Frederick Starr: Regionu bütövlükdə təmsil edən vahid struktur hələ formalaşmayıb

Frederick Starr: Regionu bütövlükdə təmsil edən vahid struktur hələ formalaşmayıb

01 Oktyabr 2026 - 09:48

Mərkəzi Asiya və Qafqazı bütövlükdə təmsil edən vahid regional struktur hələ formalaşmayıb. Elchi.az xəbər verir ki, bunu Mərkəzi Asiya-Qafqaz İnstitutunun...

Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

01 Oktyabr 2026 - 09:15

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 1,16% azalaraq 1...

Next Post
Bakıda 30 və 49 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdi

Bakıda 30 və 49 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdi

Bakıda 30 və 49 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdi

Bakıda 30 və 49 nömrəli marşrutun hərəkət istiqaməti dəyişdi

Son xəbərlər

Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

Makrondan Böyük Britaniyaya çağırış: Aİ-yə qayıdın

01 Oktyabr 2026 - 11:46
Yaponiya yaşayış icazəsi rüsumlarını təxminən 20 dəfə artırıb

Yaponiya yaşayış icazəsi rüsumlarını təxminən 20 dəfə artırıb

01 Oktyabr 2026 - 11:38
Tramp: İraqdan şərəf və ləyaqətlə ayrıldıq

Tramp: İraqdan şərəf və ləyaqətlə ayrıldıq

01 Oktyabr 2026 - 11:30
Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

Rusiya-Ukrayna müharibəsi hələ bitməyib: Moskva təzyiqi artırır

01 Oktyabr 2026 - 11:23
Apple yeni məhsulla “ağıllı ev” bazarına daxil olur

Apple yeni məhsulla “ağıllı ev” bazarına daxil olur

01 Oktyabr 2026 - 11:12
89 yaşlı qadının evi niyə qəzalı vəziyyətə düşüb? – Rəsmi AÇIQLAMA

89 yaşlı qadının evi niyə qəzalı vəziyyətə düşüb? – Rəsmi AÇIQLAMA

01 Oktyabr 2026 - 11:12
UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

UEFA Millətlər Liqası: Azərbaycan yığması bu gün Lixtenşteynlə qarşılaşacaq

01 Oktyabr 2026 - 11:04
“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

“Spotify” və “TikTok” Azərbaycanda vergi uçotuna alınıb

01 Oktyabr 2026 - 10:52
Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

Prezident: Rəqəmsal əsrdə yayılan istənilən məlumat dövlətlərarası münasibətlərə təsir göstərmək potensialına malikdir

01 Oktyabr 2026 - 10:41
Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

Dövlət başçısı: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib

01 Oktyabr 2026 - 10:33
Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

Prezident AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb – YENİLƏNİB

01 Oktyabr 2026 - 10:25
Mikayıl Cabbarov: Cənubi Qafqaz ilk dəfə müharibə və ərazi münaqişələrindən azad regiona çevrilib

Mikayıl Cabbarov: Cənubi Qafqaz ilk dəfə müharibə və ərazi münaqişələrindən azad regiona çevrilib

01 Oktyabr 2026 - 10:19
Bakıda AQEM Media Forumu keçirilir

Bakıda AQEM Media Forumu keçirilir

01 Oktyabr 2026 - 10:10
Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

Gürcüstan müdafiə naziri Azərbaycana səfər edib

01 Oktyabr 2026 - 10:02
FHN elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciət edib

FHN elektrik doldurma qurğularının təhlükəsiz istismarına dair əhaliyə müraciət edib

01 Oktyabr 2026 - 09:54
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.