“Fitç” (Fitch Ratings) beynəlxalq reytinq agentliyi Azərbaycanda 2023-cü ildə inflyasiyanın 10,1 %, 2024-cü ildə isə 6 % olacağını proqnozlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Xatırladaq ki, qurum apreldə bu il qiymət artımının 10,3 %, gələn il isə 7,3 % olacağını bəyan etmişdi.
İnflyasiya proqnozunun azaldılmasına səbəb Azərbaycan manatının Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarının milli valyutalarına nisbətən nominal effektiv bahalaşması və dünyada ərzağın ucuzlaşması ilə bağlıdır.
“Fitç” hesab edir ki, bu ilin sonuna qədər illik inflyasiya Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun tavanına (4±2%) yaxınlaşacaq.
Azərbaycan neftinin qiyməti 122 dolları ötüb
Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,29 ABŞ...





















Son şərhlər