“Fitç” (Fitch Ratings) beynəlxalq reytinq agentliyi Azərbaycanda 2023-cü ildə inflyasiyanın 10,1 %, 2024-cü ildə isə 6 % olacağını proqnozlaşdırır.
Elchi.az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Xatırladaq ki, qurum apreldə bu il qiymət artımının 10,3 %, gələn il isə 7,3 % olacağını bəyan etmişdi.
İnflyasiya proqnozunun azaldılmasına səbəb Azərbaycan manatının Türkiyə və Rusiya kimi əsas ticarət tərəfdaşlarının milli valyutalarına nisbətən nominal effektiv bahalaşması və dünyada ərzağın ucuzlaşması ilə bağlıdır.
“Fitç” hesab edir ki, bu ilin sonuna qədər illik inflyasiya Azərbaycan Mərkəzi Bankının hədəf diapazonunun tavanına (4±2%) yaxınlaşacaq.
ING Azərbaycanın suveren kredit reytinqinin yüksəldilməsi şərtlərini açıqlayıb
Azərbaycanın suveren reytinqinin daha da yüksəldilməsi institusional idarəetmə, iqtisadiyyatın şaxələndirilməsi və regional münasibətlərin nizamlanması sahəsindəki irəliləyişdən asılıdır. Bu barədə ING-nin...




















Son şərhlər