"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycan xalqına SƏSLƏNƏN GÖZÜYAŞLI ANA : “Ailəmizin Sevincini xilas edin!”

19 Oktyabr 2018 - 17:03
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Geomaqnit qasırğası olacaq

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Azərbaycan xalqına SƏSLƏNƏN GÖZÜYAŞLI ANA : “Ailəmizin Sevincini xilas edin!”
Hər ailənin bir dərdi, min-bir çətinliyi var. Biz də digər sadə ailələr kimi bir qarnımız ac, bir qarnımız tox dolanırdıq. Çətinliklərimiz olsa da, ailə səadətimiz, mehribanlığımız və xoşbəxtliyimiz var idi. Lakin 2015-ci ildə Səadətimizi göz yaşı ilə itirdik. Bu kabusdan oyanmamış, indi Sevincimizi də itirmək təhlükəsi ilə qarşı-qarşıyayıq.
Mən Əliyeva Raifə Ağaxan qızı 2001-ci ildə ailə həyatı qurduqdan sonra 2002-ci ildə iki əkiz balalarım – Sevinc və Səadət dünyaya göz açdılar. 2006-cı ildə isə oğlum Nəcmin dünyaya gəldi. Kasıblıqla yaşasaq da, övladlarımız bizi xoşbəxt edirdi. Bütün çətinliklərə baxmayaraq, qızlarım məktəbdə nümunəvi şagird olaraq, valideyn kimi başımızı uca ediblər. Oğlum da hələ kiçik sinifdə təhsil alır, o da xeyli çalışqandır. 2015-ci ildə kiçik, kasıb, lakin xoşbəxt ailəmizdə bədbəxtlik üz verdi. Qızlarımın hər ikisi ürək xəstəliyindən əziyyət çəkməyə başladılar. Ürəyin sol qulaqcığında olan genişlənmə diaqnozu ilə qızlarımızı xəstəxanaya  yatırtdıq. Balalarım xəstəliyin verdiyi ağrıdan çığırır, ağlayır, acılarına bir dərman tapmağımız üçün kömək istəyirdilər. Həkimlər isə qızlarımın ürək fraksiyalarının zəif olduğu üçün müalicənin müsbət nəticələnməyəcəyini, qızların öləcəyini demişdilər. Qızım Səadətin səsi hələ də qulağımda səslənir -“Ana, nə olar, kömək et, dözə bilmirəm, kömək edin. Ay ata, məni ölməyə qoymayın, çox ağrıyıram, kömək edin!”.
Yoldaşım Maqsud da mənim kimi çarəsiz idi, həkim-həkim gəzib, müalicə üsulu axtarırdı. Lakin bir nəticə əldə edə bilmirdik, həkimlər qızlarıma sadəcə 2 ay vaxt təyin etmişdilər. Biz buna inanmaq istəmirdik, axı qızlarım hələ körpə idilər, 14 yaşları vardı. Yuxusuz, göz yaşı ilə keçirdiyimiz gecələrin birində qızım Səadətinmüalicəyə baxmayaraq, xəstəliyin verdiyi ağrılar və digər orqanlara olan təsirləri nəticəsində ürək fraksiyası sürətlə azalmağa başladı və səhərə yaxın ailəmizdə günəş çıxmadı… Səadətimi göz yaşlarımla, ürəyim parçalanaraq itirdim. Ailəmizin Səadəti, canımın parçası məndən ayrıldı. O əzabı heç bir sözlə ifadə edə bilmirəm. Səadətimin itkisi məni intihar həddinə qədər dəli etsə də, mən Sevincin və Nəcminin də anası olduğumu xatırladım. Səadətimin acısını sadəcə hönkürtüylə, göz yaşıyla, bitmək-tükənmək bilməyən kabuslarla yaşadım. Ürəyimin yarısını basdırmışdılar qızımla birgə… Yaşamaqdırmı bu? Səadətimdən mənə qalan isə onun əkizi, evimizin Sevinci olmuşdu. İndi Sevinci də itirə bilərəmmi?
Sevinc həkimlərin qoyduğu müddətə baxmayaraq, müalicəyə müsbət cavab verdi. Biz Sevincimizə sığınaraq, Səadətimizin acısını ürəyimizdə çəkməyə başladıq. Sevinc təhsilini davam etdirərək, bu il kollecə qəbul olmuşdu. Təhsil almaq, savadlı kadr olub, ailəmizə, cəmiyyətə layiqli şəxs olmağı arzu edirdi. Lakin bu il qızım Sevincin ağrıları yenidən başladı və arzusu ürəyində qaldı. Xəstəliyi səbəbindən qrup yoldaşları ilə birgə dərslərə başlaya bilmədi. Biz üç il ərzində bu xəstəliyi araşdırmağa çalışmışdıq. Zaur Baxşəliyevin verilişində görmüşdük ki, ürək genişlənməsindən əziyyət çəkən neçə-neçə həmvətənimiz Belarusiyada əməliyyat edilərək, sağalıb. Biz təcili olaraq, Belarusiya Kardiologiya İnstitutu ilə əlaqə saxladıq, qızımın müayinə sənədlərini göndərdik. Sənədlərə baxış keçirdikdən sonra İnstitutun ürək cərrahiyyəsi üzrə ekspert həkimləri bildirdilər ki, Sevinc təcili əməliyyat olunmalıdır. Əməliyyat üçün 100 min ABŞ Dolları tələb olunur (170 min AZN). Pul toplanmadıqca və İnstitutun bank hesabına köçmədikcə Belarusiya Kardiologiya İnstitutu xəstəni müayinəyə belə qəbul edə bilmir.
Biz vəsaitin toplanması məqsədilə bank hesabı açdıq, sosial kampaniyalar yaratdıq. O cümlədən, ilk növbədə cənab Prezident İlham Əliyev və Vitse-Prezident Mehriban xanım Əliyeva olmaqla, bütün xeyirxah, yardımsevər insanlara, qurumlara, fondlara, təşkilat və şirkətlərə müraciətlər göndərdik. Lakin hazırda 20 gün keçsə də, müraciətlərimizə heç bir cavab almamışıq. “Bizimləsən” verilişində iştirak etmək üçün müraciətimiz qeydə alınsa da, hələ ki, verilişə dəvət olunmamışıq. Lakin əminik ki, Azərbaycanda yüzlərlə humanist, ürəyigeniş, yardımsevər insanlar var və onlar bizim səsimizi eşitsə, öz dəstəklərini əsirgəməyəcəklər.
Mən bu yazıda Azərbaycan xalqına, xalqımızın imkanlı şəxslərinə müraciət etmək istəyirəm:
 Mən bir qızını itirmiş, gözüyaşlı anayam. Allahdan arzum odur ki, heç bir insanı övlad əzabıyla sınamasın, heç bir valideyn övladını torpağa tapşırmaq acısını yaşamasın. Mən Səadətimin qoxusunu Sevincdən alıram, onun səsini, sevgisini Sevinc mənə verir. Sevinc mənim sadəcə qızım deyil, həm də Səadətimdən yadigarımdır. Biz Sevincimizi itirə bilmərik. Mən gözüyaşlı, ürəyi sınmış bir ana kimi bütün imkanlı analara səslənirəm – Sevincimi xilas edin, onun əməliyyatı üçün lazım olan vəsaitin hər hansı bir hissəsinin toplanmasında ailəmizə kömək edin. Biz 170 min manatın sadəcə 30 min manatını toplaya bilmişik. Vaxt isə getdikcə azalır, hər gün oyananda, Sevincimin yaşadığını görəndə Allaha şükr edirəm. Lakin əməliyyat tezliklə baş tutmasa, Sevinc bir daha oyana bilməyəcək, onunla birlikdə bizim sevincimiz də sönəcək. Ey insanlar, bizə kömək edin, Sevincin sevinci olun, Allah da Sizlərə Sevinc bəxş etsin.



Previous Post

Azərbaycan xalqına SƏSLƏNƏN GÖZÜYAŞLI ANA : “Ailəmizin Sevincini xilas edin!”

Next Post

Ədəbi dil normalarını pozan müğənnilərin adları AÇIQLANDI

Bənzər yazılar

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58

İyunun 4-də Günəş aktivliyi yüksək olacaq. Geomaqnit qasırğası olacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən xəbərə görə,...

İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00

Doktoranturaya qəbul olmaq istəyən namizədlər və doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə imtahana, həmçinin əcnəbilər üçün Azərbaycan dili imtahanına qeydiyyat...

Narkotikin təsiri altında olan sürücü həbs edilib

Narkotikin təsiri altında olan sürücü həbs edilib

03 İyun 2026 - 21:38

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü saxlanılıb. Elchi.az -ın məlumatına görə, müəyyən edilib ki, axtarışda...

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

Azərbaycandakı internet trafikində botların payı kəskin azalıb

03 İyun 2026 - 20:18

Bu ilin may ayında Azərbaycandakı internet trafikinin 92,14 %-i insanların payına düşüb. Elchi.az -ın "Statcounter" agentliyinin son hesabatına istinadən verdiyi məlumata görə,...

Next Post
Ədəbi dil normalarını pozan müğənnilərin adları AÇIQLANDI

Ədəbi dil normalarını pozan müğənnilərin adları AÇIQLANDI

Ədəbi dil normalarını pozan müğənnilərin adları AÇIQLANDI

Ədəbi dil normalarını pozan müğənnilərin adları AÇIQLANDI

Son xəbərlər

Geomaqnit qasırğası olacaq

Geomaqnit qasırğası olacaq

04 İyun 2026 - 10:58
ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

ABŞ: İsrail və Livan atəşkəs barədə razılığa gəldilər

04 İyun 2026 - 10:51
NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

NASA, MAVEN kosmik gəmisinin Mars missiyası başa çatdı

04 İyun 2026 - 10:43
İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

İran müharibəsi Yaponiyada plastik torba böhranına səbəb oldu

04 İyun 2026 - 10:36
Humanoid robot bazarında investisiya yarışı qızışır

Humanoid robot bazarında investisiya yarışı qızışır

04 İyun 2026 - 10:29
2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

2026 Dünya Kuboku heyətləri: Statistik təhlil: Ən yaşlı, ən gənc və ən Yaxşı liqalar

04 İyun 2026 - 10:17
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda, arpa və gübrə göndəriləcək

04 İyun 2026 - 10:08
İsrail Qəzzada əməliyyatların ikinci mərhələsinə başlayıb

Doktoranturaya xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının tarixləri müəyyənləşib

04 İyun 2026 - 10:00
“Brent” nefti 7%-dən çox bahalaşdı

Azərbaycan nefti bahalaşıb

04 İyun 2026 - 09:45
“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

“Çelsi”nin ikinci ən çox qol vuran futbolçusu vəfat edib

04 İyun 2026 - 09:33
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

04 İyun 2026 - 09:26
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüşün qiyməti artıb

04 İyun 2026 - 09:14
SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

SEPAH Küveyt aeroportunun ABŞ-nin “Patriot” HHM sistemi tərəfindən vurulduğunu iddia edir

03 İyun 2026 - 23:18
Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

Minifutbol üzrə Avropa çempionatında ilk finalçı bəlli olub

03 İyun 2026 - 23:11
ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

ABŞ və Çin 30 milyard dollar dəyərində mallara rüsumları qarşılıqlı ləğv edə bilər

03 İyun 2026 - 23:00
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.