"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

“Aztəminatlı ailələr güzəştli mənzil əldə edə bilməyəcək” – iddia

18 Noyabr 2016 - 10:24
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

“Aztəminatlı ailələr güzəştli mənzil əldə edə bilməyəcək” - iddiaRamil Osmanlı: “Bu layihənin adını “sosial ev” qoyublar, ancaq faktiki…”

İki gün öncə Mənzil İnşaatı Dövlət Agentliyinin “MİDA” Məhdud Məsuliyyətli Cəmiyyətinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi qaydası təsdiq edilib.
 “MİDA” MMC-nin mənzilləri ilə bağlı qaydalarda qeyd olunur ki, bu mənzillər “Azərbaycan İpoteka Fondu” ASC-nin vəsaiti hesabına verilən güzəştli ipoteka krediti və ya nağd qayda ilə satılacaq. Güzəştlə mənzil almaq üçün ASC-nin agent bankdan ipoteka krediti alınacaq.
Qeyd edilir ki, bu mənzillər bazar dəyərindən aşağı qiymətə satılacaq. Qaydalarda bildirilir ki, mənzil güzəştli qiymətlə ipoteka krediti hesabına və ya ərizəçinin öz vəsaiti, yaxud kredit təşkilatından cəlb etdiyi kredit hesabına əldə edilə bilər. Güzəştli qiyməti “MİDA” MMC-nin təklifləri əsasında onun Müşahidə Şurası mənzilin qiymətini orta bazar qiymətindən aşağı müəyyən edəcək. Mənzilləri güzəştlə əldə etmək hüququ gənc ailənin üzvü olan şəhid və milli qəhrəman ailəsi, ən azı 3 il dövlət qulluğunda qulluq edənlər, fəlsəfə doktoru elmi dərəcəsi olan şəxslər, ən azı 3 il hərbi xidmətdə olanlar, ən azı 3 il daxili işlər orqanlarında xidmət keçən xüsusi rütbəsi olan şəxslərə tanınır.
 
Bəs görəsən, aztəminatlı ailələr, mənzil almaq arzusu ilə yaşayan, lakin buna imkanı olmayan, minimum əmək haqqı ilə yaşayan şəxslər bu layihədən yararlana biləcəkmi? 
 
Image result for Ramil Osmanlı
 
“Yeni Müsavat”ın sualını cavablandıran daşınmaz əmlak məsələləri üzrə ekspert, Qiymətləndiricilər Cəmiyyətinin sədri Ramil Osmanlının sözlərinə görə, aztəminatlı ailələr bu imkandan faydalana bilməyəcəklər: “Çox təəssüflər olsun ki, indiki qaydaları nəzərə alsaq, aztəminatlı ailələr, hazırda kirayədə yaşayanlar, minimum əmək haqqına yaxın aylıq gəliri olanlar bu güzəştli mənzillərdən yararlana bilməyəcəklər. Faktiki olaraq, indiki sosial mənzil layihəsi ipoteka kreditləşməsinin alternatividir. Görünən odur ki,  şəhid ailələri, qaçqınlar, hərbi sahədə çalışan dövlət qulluqçuları, dövlət qulluğunda çalışan insanlar güzəştli mənzillərdən yararlana biləcəklər. Sadəcə, o kateqoriyaya müəllimləri əlavə ediblər. Müəllimlərlə bağlı qaydalar, onların əmək haqqının tənzimlənməsi,  bu layihədən yararlana bilmələr necə olacaq, bunu deyə bilmərəm. Amma faktiki olaraq, indiki qaydalara görə sizin dediyiniz qruplar təəssüflər olsun ki, layihədən yararlana bilməyəcəklər. Gələcəkdə qanunvericilikdə müəyyən dəyişikliklər etməklə, bu sahəyə cavabdeh olan ayrı-ayrı qurumların təkliflərini nəzərə almaqla yəqin ki, aztəminatlı ailələrin bu proqramdan yararlanmasına şərait yaradılacaq. Əks halda, bu layihənin sosiallığı sual altında qalır”.
Ekspertin sözlərinə görə, indiki halda  bu layihədən əsasən orta təbəqə yararlana biləcək: “Məsələn, polislər, müəllimlər, müxtəlif təyinatlı qruplar yararlana bilərlər. Yəqin ki, burada insanların əmək haqqı da nəzərə alınacaq. Çünki 10 faiz ilkin ödəniş nəzərdə tutulur. Bu isə ən yaxşı halda,  təxminən 50 min manat dəyərində bir mənzil üçün  5 min manat ilkin ödəniş deməkdir. Biz əvvəlcədən gözləyirdik ki, Azərbaycanda ”sosial  ev” layihəsinin müzakirəsi zamanı  səsləndirilən təkliflər, eyni zamanda beynəlxalq təcrübə nəzərə alınacaq, aylıq ödənişlər təxminən 100 manat ətrafında formalaşacaq. Ancaq təəssüflər olsun ki, bu belə olmadı. Hələlik müəyyən ümidlərlə gözləməyə məcburuq”.
Ramil Osmanlı onu da vurğuladı ki, bu, uzun illərdir müzakirə edilən “sosial ev” layihəsi deyil: “Bu layihənin adını ”sosial ev” qoyublar, ancaq faktiki olaraq o deyil. İndi qeyd olunan bu qaydalar əslində ipoteka kreditləşməsində var idi. Sadəcə, ipoteka kreditlərinin verilmə qaydalarının bir qədər sadələşdirilmiş formasıdır. Bunu həmin qurumun içində də etmək olardı. Xüsusi bir struktur vahidi yaradıb, orada 50-100 nəfər işçi saxlayıb, dövlət büdcəsindən əlavə saxlanma xərcləri ayırmağa ehtiyac yox idi. İpoteka Fondunun tərkibində 5-10 nəfərlik şöbə yaratmaqla da bu prosesi aparmaq olardı”.
Previous Post

“Aztəminatlı ailələr güzəştli mənzil əldə edə bilməyəcək” – iddia

Next Post

Cərimələr müəyyən edildi – Prezidentdən sərəncam

Bənzər yazılar

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12

İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib. Elchi.az  "Fars" agentliyinə istinadən xəbər verir ki, partlayışlar saat 21:45 (Bakı vaxtı...

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03

İranın əsas mallarının təminatında problem yoxdur. Elchi.az  ISNA-ya istinadən xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib....

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. AFFA-dan Elchi.az - a verilən məlumata görə,...

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

“Xatəm əl-Ənbiya”: İran ordusu Amerikanın bölgədəki bazalarını hədəf alacaq

08 Sentyabr 2026 - 22:58

İran ordusu Amerikanın Yaxın Şərqdəki hərbi bazalarını hədəf ala bilər. Elchi.az IRIB-yə istinadən xəbər verir ki, bu barədə İranın "Xatəm...

Next Post

Cərimələr müəyyən edildi - Prezidentdən sərəncam

Cərimələr müəyyən edildi - Prezidentdən sərəncam

Son xəbərlər

Sabah yağış yağacaq, şimşək çaxacaq – PROQNOZ

Sabah Bakıda yağış yağacaq

09 Sentyabr 2026 - 12:29
Afrika futbolunun əfsanəsi Yaya Ture tarixə düşdü

Afrika futbolunun əfsanəsi Yaya Ture tarixə düşdü

09 Sentyabr 2026 - 12:25
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib

09 Sentyabr 2026 - 12:16
Ceyhun Bayramov: Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək

Ceyhun Bayramov: Azərbaycan COP31-in təşkilində Türkiyəyə dəstəyini davam etdirəcək

09 Sentyabr 2026 - 12:10
Ceyhun Bayramov: Xəzərdə suyun səviyyəsinin azalması iqlim dəyişikliyinin bariz nümunəsidir

Ceyhun Bayramov: Xəzərdə suyun səviyyəsinin azalması iqlim dəyişikliyinin bariz nümunəsidir

09 Sentyabr 2026 - 12:02
Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir – FOTO

Bakıda Dördüncü İqlim Həftəsinin açılış mərasimi keçirilir – FOTO

09 Sentyabr 2026 - 11:53
Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb

Azərbaycanın strateji valyuta ehtiyatları 91 milyard dollara yaxınlaşıb

09 Sentyabr 2026 - 11:45
Dünya düşündüyümüzdən daha sürətlə istiləşir

Dünya düşündüyümüzdən daha sürətlə istiləşir

09 Sentyabr 2026 - 11:32
Xalq artisti Aleksandr Şarovski vəfat edib

Xalq artisti Aleksandr Şarovski İkinci Fəxri Xiyabanda dəfn ediləcək

09 Sentyabr 2026 - 11:23
Alimlər rekord temperaturda yeni buz növü yaratdı

Alimlər rekord temperaturda yeni buz növü yaratdı

09 Sentyabr 2026 - 11:16
Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

Tomat pastası beyin funksiyasına necə təsir edə bilər?

09 Sentyabr 2026 - 11:09
Bağçaya növbəyə yazılma prosesinə başlanılır

Bağçaya növbəyə yazılma prosesinə başlanılır

09 Sentyabr 2026 - 11:00
Böyük Britaniyada aviasiya böhranı: Təxminən min uçuş ləğv edildi

Böyük Britaniyada aviasiya böhranı: Təxminən min uçuş ləğv edildi

09 Sentyabr 2026 - 10:51
Çox isti içkilər xərçəng riskini artıra bilər

Çox isti içkilər xərçəng riskini artıra bilər

09 Sentyabr 2026 - 10:44
Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

Gəmilərdə yanğın təhlükəsizliyinə dair tədbir keçirilib – VİDEO

09 Sentyabr 2026 - 10:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.