"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

“Azercell” 25 ilə ölkə iqtisadiyyatına 1,7 mlrd. dollardan çox sərmayə qoyub

11 Mart 2022 - 18:00
in İQTİSADİYYAT
FacebookVatsap

“Azercell” 2021-ci ildəki fəaliyyəti ilə bağlı hesabatını açıqlayıb

Bunu da oxuyun

Azərbaycanda problemli kreditlərin məbləği artıb

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub

Azərbaycanda ən son texnoloji trendləri tətbiq edərək rəqəmsallaşmanı hər bir istifadəçisinin gündəlik həyat tərzinə çevirməyə can atan “Azercell Telekom” MMC 2021-ci ildə 25 yaşını qeyd edib.

Azərbaycan vətəndaşlarının ən çox üstünlük verdiyi və 5 milyon abunəçini ətrafına toplayan Azercell-in yenilənmiş strategiyası şirkəti “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik!” məqsədinə doğru aparır. Məhz bu məqsədə əsaslanan Azercell öz abunəçilərinin daim artan ehtiyaclarını qarşılamaq və onların gözləntilərini aşmaq üçün istifadədə rahat və qabaqcıl rəqəmsal həlləri ölkədə təqdim edəcək. Şirkət brendinin yeni şüarı – Sənə yaxın gələcək” innovativ rəqəmsal həllər vasitəsilə insanların həyat keyfiyyətini yaxşılaşdırmaq, təhlükəsizliyi artırmaq və dünyaya inteqrasiya olunmaq kimi ideyaları özündə əks etdirir. Strateji fəaliyyətinin yeni dövrünü elan etmiş lider mobil operator 2021-ci ili məhsuldar və gərgin fəaliyyət, yeni təşəbbüslər və əlamətdar yeniliklərlə başa vurdu.

Uzun sürən pandemiyanın səbəb olduğu qlobal iqtisadi resessiyaya baxmayaraq “Azercell Telekom” ötən ili ciddi nailiyyətlərlə başa vurmağı bacardı. 2021-ci ildə ölkənin mobil kommunikasiya bazarında 51.8% faiz pay sahibi olan Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicilərindən biri olaraq 2021-ci ildə dövlət büdcəsinə 122.7 milyon AZN, 25 il ərzində isə ümumilikdə 2.1 milyard AZN-dən çox vergi ödəyib. Mobil operator Azərbaycanda telekommunikasiyanın inkişafına 2021-ci ildə 44.7 milyon ABŞ dolları, 1996-2021-ci illər ərzində isə 1.7 milyard ABŞ dollarından artıq həcmdə sərmayə yatırıb.

Hələ müharibə dövründə bütün cəbhə boyu ordumuzun ardınca irəliləyən Azercell-in texniki komandası azad edilmiş tarixi torpaqlarımızda, eləcə də qədim Şuşa şəhərində 4G şəbəkəsini işə salmışdı. Bu fəaliyyət 2021-ci il ərzində də davam etdirilərək artıq işğaldan azad olunmuş torpaqlarımızda Azercell şirkətinə məxsus 70-dən artıq radio baza stansiyasının 2G/3G/4G standartları ilə işləməsi ilə nəticələndi. İndi Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər rayonları, İstisu, Hadrut, Suqovuşan qəsəbələri, Xocavənd və Laçın rayonlarına aid bir çox kənd və ətraf ərazilər Azercell-in mobil şəbəkəsi ilə əhatə olunub.

Hazırda şirkətin coğrafi əhatə dairəsi ölkəmizin işğaldan azad olunmuş əraziləri də daxil olmaqla 94.15% əhali əhatəsi isə 98.70% təşkil edir. Keyfiyyətli və sürətli mobil internet xidmətləri ilə daim öndə olan “Azercell Telekom” il ərzində ölkəmizdə 4G şəbəkəsinin təkmilləşdirilməsi layihəsini uğurla davam etdirib. Ötən il boyu Azercell-in 4G şəbəkəsinin əhali üzrə əhatəsi dairəsi 85,8%-ə, coğrafi əhatəsi isə 74,5%-ə qədər yüksəlib ki, bu da 2020-ci ilin analoji göstəricilərindən 2% artıqdır. 2021-ci ilin yekunlarına əsasən Azercell-in 4G şəbəkəsi üzərində çalışan stansiyaların ümumi sayı 3000-ə çatdırılıb. Azercell 4G şəbəkəsi üzərindən ötürülən məlumatın həcminin və internet sürətinin 24% yüksəlməsinə nail olub. Belə ki, 2021-ci ilin göstəricilərinə görə Bakı və Abşeron yarımadası üzrə ortalama sürət 51 Mbit/s qədər yüksəlib.

Azercell Bakı metropolitenində rahat və kəsintisiz bağlantı istiqamətdə apardığı işləri yekunlaşdıraraq iki il davam edən layihə nəticəsində metropolitenin bütün 24 stansiyası və tunellərini 4G şəbəkəsi ilə əhatə edib. Beləliklə, Azercell abunəçiləri, hətta, qatarın hərəkətdə olduğu zaman da dayanmadan mobil internet xidmətlərindən yararlanaraq dostları ilə yazışa, videolar izləyə və musiqi dinləyə bilərlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin azad edilmiş ərazilərdə “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyalarının tətbiqinin sürətləndirilməsinə dair sərəncamına uyğun olaraq Azercell şirkəti bu konsepsiyaların nəzərdə tutduğu qabaqcıl texnologiyaların öz mobil şəbəkəsi üzərindən işə salınması istiqamətində nailiyyətlər əldə etdi. Belə ki, operatror işğaldan azad olunmuş torpaqlarda öz 4G şəbəkəsini sürətlə genişləndirməklə yanaşı, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üçün əşyaların interneti (IoT) texnologiyasına əsaslanmış, daha az enerji sərfiyyatlı şəbəkə infrastrukturunun sınaqlarını uğurla həyata keçirən ilk operator olub.

İşğaldan azad edilən ərazilərdə aparılan quruculuq işlərinə dəstək məqsədilə Azercell şirkəti öz abunəçilərinə “Kabinetim” tətbiqi üzərindən Qarabağ Dirçəliş Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanı yaradıb. Bundan əlavə, həmin ərazilərdə abunəçilərə ilk müştəri xidmətləri göstərən də məhz Azercell olub. Şirkətin Mobil Müştəri Xidmətləri komandasının Şuşaya səfəri zamanı 200-ə yaxın abunəçiyə yerində xidmət göstərilib, 50-dən çox müxtəlif müştəri əməliyyatı həyata keçirilib.

2021-ci ildə davam edən sosial təcrid şəraitinə baxmayaraq, Azercell-in müxtəlif xidmət kanalları hər zaman olduğu kimi müştəri müraciətlərini daha intensiv və operativ cavablama sistemini tətbiq edərək bu sahədə yüksək göstəricilərə nail oldu. Beləliklə, 2021-ci ildə Azercell-in Telefon Mərkəzinə ümumilikdə təxminən 3 milyondan çox zəng daxil olub, bunlardan 97.5%-i cavablandırılıb, onlayn müştəri xidmətləri üzərindən 818,136 sayda sorğu daxil olub və bunların 96%-i cavablandırılıb. Azercell şirkətinin il ərzində rəsmi Facebook, Instagram, Twitter, Youtube və Linkedin səhifələrindən toplam 479 mindən çox müraciət daxil olaraq əməkdaşlar tərəfindən cavablandırılıb. Bundan əlavə, 2021-ci il ərzində şirkətin Ön Masa, Azercell Ekspres, Azercell Eksklüziv ofislərində, eləcə də Mobil Müştəri Xidmətləri vasitəsilə təxminən 800 mindən çox abunəçiyə üz-üzə xidmət göstərilib.

Ötən il istifadəçilərin uzun müddət səbirsizliklə gözlədiyi yeni “Qaliblərin seçimi – 010 prefiksli nömrələr” də Azərbaycanın mobil rabitə bazarına çıxarılıb. Vətən müharibəsindəki şanlı qələbəni bizə yaşadanlara sonsuz hörmətin təcəssümü kimi müharibə veteranı statusuna malik olan bütün vətəndaşlara Azercell-dən yeni “Veteran Tarifi” təqdim olunub.

Yeni rəqəmsal siyasətini həm istehlakçılar, həm də müxtəlif ölçülü biznes müştəriləri üçün gerçəkləşdirən Azercell 2021-ci ildə korporativ abunəçiləri üçün bir sıra yeniliklər həyata keçirib. Belə ki, şirkət ölkənin mobil rabitə bazarında ilk dəfə olaraq Əşyaların İnterneti (IoT) texnologiyasına əsaslanan “Biznesim Nəqliyyat” həllini təqdim edib . Eyni zamanda, “Biznesim Loyallıq” proqram çərçivəsində Azercell-in korporativ müştəriləri arasında populyarlıq qazanan “Biznesim Klubu” istifadəyə verilib. Klub üzvlərinə rabitə xərclərinə endirimlər, hədiyyə cihazlar, Azercell Akademiyasında unikal təlimlər, korporativ tədbirlərə dəvət və digər eksklüziv təkliflər edilib. Bundan əlavə, korporativ müştərilər üçün “Liderlik” və “Müştəriyə yönəlik xidmət mədəniyyəti” mövzularına həsr edilmiş vebinarlar təşkil olunub. “Biznesim Veb” həlli, eləcə də sürətli internetdən faydalanmaq imkanı verən “GigaMax” limitsiz internet paketləri istifadəyə verilib.

2021-ci ilə Azercell öz istifadəçilərin gündəlik iş proseslərini daha rahat və sürətli etmək məqsədilə “BirBank” mobil tətbiqin daxilində “Mobil nömrənin balansının avtomatik artırılması” xidmətini istifadəyə verib. iPhone 13, iPhone 13 Pro və iPhone 13 Mini smartfonları, son model Wi-Fi cihazı əldə edən müştərilərə hədiyyə internet paketləri təqdim olunub.

Previous Post

“Azercell” 25 ilə ölkə iqtisadiyyatına 1,7 mlrd. dollardan çox sərmayə qoyub

Next Post

“Bakcell”in yeni konsept mağazası Bərdədə

Bənzər yazılar

Azərbaycanda problemli kreditlərin məbləği artıb

Azərbaycanda problemli kreditlərin məbləği artıb

17 Sentyabr 2026 - 14:42

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, 2026-cı il avqust ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli əvvəlki...

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb

17 Sentyabr 2026 - 11:47

“Məhsul şəhadətnaməsi haqqında” qanun layihəsi hazırlanıb. Elchi.az-ın xəbərinə görə, qanun layihəsi Milli Məclisin Aqrar siyasət komitəsinin sentyabrın 18-də keçiriləcək iclasında...

Azərbaycan ötən ay gündəlik 453 min barel neft hasil edib

Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub

17 Sentyabr 2026 - 09:42

Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub. Elchi.az xəbər verir ki, “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 5,88 ABŞ...

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

Azərbaycan mədəniyyət xərclərini 2 % artırır

16 Sentyabr 2026 - 22:31

2027-ci ildə Azərbaycanda mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinin 645,2 milyon manat olması nəzərdə...

Next Post
“Bakcell”in yeni konsept mağazası Bərdədə

“Bakcell”in yeni konsept mağazası Bərdədə

“Bakcell”in yeni konsept mağazası Bərdədə

“Bakcell”in yeni konsept mağazası Bərdədə

Son xəbərlər

Lavrov ABŞ-ı təriflədi

Lavrov ABŞ-ı təriflədi

17 Sentyabr 2026 - 16:00
Xəzər dənizində partlayışlar gözlənilir

Xəzər dənizində partlayışlar gözlənilir

17 Sentyabr 2026 - 15:51
Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

Milli Məclisdə vərəmlə bağlı ictimai dinləmə keçiriləcək

17 Sentyabr 2026 - 15:42
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

Türk Dünyası Bəstəkarlar Birliyi yaradılır

17 Sentyabr 2026 - 15:30
Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

Prezident: Azərbaycanda mənəvi dəyərlərə, ənənələrə, həyat tərzimizə sadiqlik başlıca tendensiyadır

17 Sentyabr 2026 - 15:16
İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

İlham Əliyev: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

17 Sentyabr 2026 - 15:08
“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

“Ukrayna münaqişəsi tezliklə bitəcək” – Tramp

17 Sentyabr 2026 - 15:00
Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

Şamaxıda “Pirqulu Park” hotelinin açılışı olub

17 Sentyabr 2026 - 14:48
FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib – VİDEO

FHN-də “Fövqəladə hallar könüllüləri” proqramı çərçivəsində növbəti təltifetmə mərasimi keçirilib – VİDEO

17 Sentyabr 2026 - 14:45
Azərbaycanda problemli kreditlərin məbləği artıb

Azərbaycanda problemli kreditlərin məbləği artıb

17 Sentyabr 2026 - 14:42
Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir – İlham Əliyev

Enerji təhlükəsizliyi ilə bağlı məsələlər bugünkü şəraitdə mühüm əhəmiyyət kəsb edir – İlham Əliyev

17 Sentyabr 2026 - 14:30
Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

Prezidentlə xanımı “Nəsimi Bağları” kompleksi ilə tanış olub

17 Sentyabr 2026 - 14:28
Prezident: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

Prezident: TDT-yə üzv ölkələrin potensialı kifayət qədər böyükdür

17 Sentyabr 2026 - 14:21
İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıda hotel açılışında iştirak ediblər

17 Sentyabr 2026 - 14:19
FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib

FHN-in Şimal Regional Mərkəzi mülki müdafiə kursları keçirib

17 Sentyabr 2026 - 14:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.