"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib – MƏHKƏMƏ

28 Avqust 2025 - 21:56
in CƏMİYYƏT

sc

FacebookVatsap

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası avqustun 28-də davam etdirilib.

Bunu da oxuyun

Sabah bəzi yerlərdə külək güclənəcək

Ağdərədə işlə təmin edilmədiyini iddia edən şəxsin narazılıqlarına aydınlıq gətirilib

Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

Elchi.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesə ilk dəfə qatılan zərərçəkmiş şəxslərə məhkəmə heyətini, dövlət ittihamını müdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habelə onların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmə iclası təqsirləndirilən şəxs Arkadi Qukasyanın cinayət işi üzrə ibtidai istintaqa verdiyi ifadələr və ona aid digər sənədlərin elan olunması ilə davam etdirilib.

 
Təqsirləndirilən şəxs Arkadi Qukasyan ibtidai istintaq zamanı ifadəsində bildirib ki, qondarma rejimin “prezidenti” kimi istənilən “vəzifəyə təyinat”la bağlı qərar qəbul etmək səlahiyyətinə malik olub. Yalnız “müdafiə naziri” vəzifəsinə “təyinat” və “vəzifədən azad etmə” Ermənistanın Müdafiə Nazirliyi və Ermənistan prezidenti ilə razılaşdırıldıqdan sonra baş tutub.

Bölgəyə silah-sursatı yalnız Ermənistan Müdafiə Nazirliyinin göndərdiyini deyən A.Qukasyan ifadəsində vurğulayıb ki, qondarma rejimin “müdafiə nazirliyi” faktiki olaraq Ermənistanın Müdafiə Nazirliyinin tərkib hissəsi kimi çıxış edib.

Bildirilib ki, Ermənistandan silah-sursat və digər bütün təminatlar Gorus-Laçın-Xankəndi, Vardenis-Kəlbəcər-Ağdərə-Xankəndi avtomobil yollarından istifadə edilməklə bölgəyə gətirilib.

Təqsirləndirilən şəxs Arayik Harutyunyanın ibtidai istintaqdakı ifadəsində bildirilib ki, I Qarabağ müharibəsində və ondan sonrakı dövrdə Azərbaycanın həmin vaxt işğal altında olan ərazilərində hərbi qüvvələr Ermənistandan gətirilərək yerləşdirilib. Aprel döyüşləri zamanı da Azərbaycan Silahlı Qüvvələrinə qarşı döyüşən Ermənistana tabe olan, oradan maliyyələşən hərbi birləşmələr olub. Silah-sursat, hərbi texnika və canlı qüvvə dəstəyi də həmişəki kimi Ermənistandan təmin edilib.

A.Harutyunyan 2020-ci ildə 44 günlük müharibə zamanı əsgərlərə ruh yüksəkliyi vermək üçün hərbi kazarmalara və döyüş yerlərinə getdiyini, lakin bütün hərbi əmrləri, göstərişləri Ermənistanın Müdafiə Nazirliyinin və baş qərargah rəisinin verdiyini deyib. Bildirib ki, həmin vaxt baş qərargah rəisi Onik Qosparyan olub və 44 günlük müharibə zamanı bütün rəhbər göstərişlər, əmrlər, tapşırıqlar onun tərəfindən verilib.

“Toçka-U”, “Smerç”, “Skad” və digər bu tipli raket kompleksləri qondarma rejimin “müdafiə ordusunun” hərbi arsenalında olmayıb. 44 günlük müharibə zamanı iki “Smerç” raket kompleksi Ermənistandan gətirilərək Əsgəranda yerləşdirilib. Raket kompleksini idarə edənlər və şəxsi heyət də Ermənistan hərbi qüvvələrinə aid olub və oradan gətirilib.

Arayik Harutyunyan ibtidai istintaqa ifadəsində qeyd edib ki, Tərtər və Bərdə rayonlarında, Gəncə və Mingəçevir şəhərlərində, Goranboy, Beyləqan və digər rayonların ərazilərində yerləşən, mülki əhalinin sıx məskunlaşdığı ərazilərə, mülki obyektlərə, müdafiə olunmayan ərazilərə, hətta Bakı şəhərinin də yerləşdiyi Abşeron yarımadası istiqamətində ballistik raketlərin atılmasına dair əmrlər Ermənistandan verilib.

Bildirilib ki, 2020-ci il oktyabrın 4-də paylaşdığı “Mənim əmrimlə müdafiə ordusu bu gün Gəncə şəhərində yerləşən hərbi obyektləri məhv etmək üçün bir neçə raket zərbəsi endirib. İndidən mən dinc əhali arasında günahsız qurbanların olmaması üçün atəşkəs əmri vermişəm. Düşmən ondan nümunə götürmədiyi təqdirdə, düşmənin ordusunu parçalayaraq, sıradan çıxararaq bərabər və güclü zərbələr endirməkdə davam edəcəyik. Biz hərəkətlərimizdə sona qədər qərarlıyıq” kimi yazının mətni Ermənistan Respublikasının Müdafiə Nazirliyinin baş qərargah rəisi Onik Qasporyanın təklifi ilə hazırlanaraq ona verilib, o da həmin mətni öz mətbuat katibi Vahram Poqasyana təqdim edərək, onun səhifəsində yerləşdirməyi tapşırıb.

Qeyd edib ki, baş verən proseslərə artıq heç bir təsir imkanının qalmadığını gördüyü üçün 2023-cü il avqustun 31-də “istefa verərək” “prezidentlikdən” imtina edib.

Məhkəmə iclası təqsirləndirilən şəxs Arayik Harutyunyanın mətbuatda və sosial şəbəkələrdə paylaşdığı məlumatlar və ifadələrinin elanı ilə davam edib, fotogörüntülər təqdim olunub.

Sonra məhkəmə iclasında təqsirləndirilən şəxs Bako Sahakyanın ibtidai istintaqa verdiyi ifadəsi elan olunub.

İfadəsinə əsasən qeyd olunub ki, 1988-ci ildən “Azadlıq hərəkatı”nın öncüllərindən biri kimi tanınıb, 1990-cı ildə “özünümüdafiə qüvvələri”nə qoşulub, 1992-1993-cü illərdə qondarma rejimin “özünümüdafiə komitəsi”nin komandir müavini, 1993-1995-ci illərdə qondarma rejimin “müdafiə ordusu”nun “arxa qərargahının komandiri”, 1995-1996-cı illərdə “müdafiə ordusu komandirinin xarici əlaqələr üzrə müavini”, 1996-1997-ci illərdə 10-cu dağlıq piyada diviziyası komandirinin müavini, 1997-1999-cu illərdə Ermənistan Respublikasının daxili işlər və milli təhlükəsizlik nazirinin köməkçisi, 1999-2001-ci illərdə qondarma rejimin “daxili işlər naziri”, 2001-2007-ci illərdə “milli təhlükəsizlik xidmətinin direktoru” vəzifələrində çalışıb. 2007-2020-ci illərdə qondarma rejimin “prezidenti” olub, həmçinin “dövlət naziri vəzifəsi”ni icra edib.

Həmçinin ifadəsində qeyd edib ki, Birinci Qarabağ müharibəsi zamanı aparılan bütün hərbi əməliyyatlara “özünümüdafiə qüvvələri komitəsinin”, daha sonra “müdafiə ordusunun sədri” olan Serj Sarkisyan, Ermənistanın müdafiə nazirləri olmuş Vazgen Sarkisyan və Vazgen Manukyan rəhbərlik ediblər. Həmin dövrdə ümumi rəhbərliyi isə “Dövlət Müdafiə Komitəsi”nin sədri olmuş Robert Köçəryan və Ermənistanın ozamankı prezidenti Levon Ter-Petrosyan edib.

Məhkəmə prosesi avqustun 29-da davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

 
Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ Azərbaycana qarşı təcavüzkar müharibənin Ermənistan tərəfindən aparıldığı bir daha təsdiqlənib - MƏHKƏMƏ
Previous Post

Alimdən xəbərdarlıq: Nəsiminin gorunu açmaq…

Next Post

Ağ ev Trampın çıxışını elan etdi

Bənzər yazılar

Sabah küləyin sürəti 28.4 m/san-dək güclənəcək XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə külək güclənəcək

25 Avqust 2026 - 17:25

Milli Hidrometeorologiya Xidməti avqustun 26-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı...

Ağdərədə işlə təmin edilmədiyini iddia edən şəxsin narazılıqlarına aydınlıq gətirilib

Ağdərədə işlə təmin edilmədiyini iddia edən şəxsin narazılıqlarına aydınlıq gətirilib

25 Avqust 2026 - 16:42

"Ağdərə rayonunun Vəngli kənd sakini Fatimə Abbasova sosial şəbəkələrdə heç bir əsası olmayan video paylaşıb". Bu barədə Elchi.az-a Xankəndi şəhərində,...

Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

25 Avqust 2026 - 16:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün avqust ayının müavinət, təqaüd və ünvanlı...

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

25 Avqust 2026 - 15:28

Pakistanın İqra Universiteti 2026–2027-ci tədris ili üzrə Azərbaycan Respublikasının şəhid və qazi övladları üçün xüsusi təqaüd proqramı elan edib. “İlyas...

Next Post

Ağ ev Trampın çıxışını elan etdi

Zaxarova Fransanın verdiyi reaksiyanı lağa qoydu

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

Motosiklet qaçıran və oğurluq edən şəxslər saxlanılıblar

25 Avqust 2026 - 17:42
Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikinti xərcləri 30 milyon manata çatdı

Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının tikinti xərcləri 30 milyon manata çatdı

25 Avqust 2026 - 17:33
Sabah küləyin sürəti 28.4 m/san-dək güclənəcək XƏBƏRDARLIQ

Sabah bəzi yerlərdə külək güclənəcək

25 Avqust 2026 - 17:25
“Are Group” 20 min, direktoru 3 min manat cərimələndi

“Are Group” 20 min, direktoru 3 min manat cərimələndi

25 Avqust 2026 - 17:17
“Brent” markalı neftin qiyməti 17 avqustdan bəri ilk dəfə 89 dollardan aşağı düşdü YENİLƏNDİ

“Brent” markalı neftin qiyməti 17 avqustdan bəri ilk dəfə 89 dollardan aşağı düşdü YENİLƏNDİ

25 Avqust 2026 - 17:07
Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest verib

Baş Prokurorluq məhkəmə zalından azadlığa buraxılan Rasim Həsənovun hökmündən protest verib

25 Avqust 2026 - 16:58
İlham Əliyev istilik təchizatı ilə bağlı fərman imzaladı

Dövlət Bayrağı Meydanı və Dövlət Bayrağı Muzeyi Prezidentin İşlər İdarəsinin balansına verilir

25 Avqust 2026 - 16:50
Ağdərədə işlə təmin edilmədiyini iddia edən şəxsin narazılıqlarına aydınlıq gətirilib

Ağdərədə işlə təmin edilmədiyini iddia edən şəxsin narazılıqlarına aydınlıq gətirilib

25 Avqust 2026 - 16:42
Prezident: Qlobal səhnədə güclü əlaqələri ilə Azərbaycan mühüm iştirakçıya çevrilib

“Azəripək” “Azərxalça”ya birləşdirilir – FƏRMAN

25 Avqust 2026 - 16:38
ADSEA yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

ADSEA yeni rəqəmsal QR Bələdçi platformasını istifadəyə verib

25 Avqust 2026 - 16:34
“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

“Dənizkənarı Bulvar İdarəsi” QSC-yə çevriləcək

25 Avqust 2026 - 16:34
Prezident 2 fərman imzaladı

Formula 1-lə bağlı viza proseduru sadələşdirilir – SƏRƏNCAM

25 Avqust 2026 - 16:32
Pensiyalar bu tarixdə VERİLƏCƏK – RƏSMİ

Avqustun müavinət, təqaüd və ünvanlı sosial yardımları ödənilib

25 Avqust 2026 - 16:21
Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya dair mövqeyini yüksək qiymətləndirib

Zelenski Prezident İlham Əliyevə təşəkkür edib, Azərbaycanın Ukraynaya dair mövqeyini yüksək qiymətləndirib

25 Avqust 2026 - 16:05
Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

Şəhid və qazi övladlarına Pakistanda təqaüdlə təhsil imkanı yaradılır

25 Avqust 2026 - 15:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.