"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azay Quliyev: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə başlamağa hazırdır”

25 Yanvar 2022 - 14:33
in SİYASƏT
FacebookVatsap

Yanvarın 24-də ATƏT PA-nın video formatda keçirilən Büro iclasında Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev iştirak edib.

Bunu da oxuyun

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Elchi.az-ın məlumatına görə, Büro iclasında ATƏT PA-nın 2022-ci ilin 23-25 fevralında Vyanada planlaşdırılan qış sessiyasının keçirilmə qaydası müzakirə edilib və sessiyanın hibrid formatında, yəni nümayəndə heyəti rəhbərlərinin və büro üzvlərinin canlı, digər heyət üzvlərinin isə onlayn iştirakı barədə razılıq əldə olunub. Bundan başqa, Büro üzvləri cari ilin aprelin 3-də Macarıstan və Serbiyada keçiriləcək Parlament seçkilərinə beynəlxalq müşahidə missiyasının göndərilməsi haqqında qərar qəbul ediblər.

ATƏT PA-nın büro iclasında beynəlxalq təhlükəsizliyin hazırkı durumu geniş müzakirə edilib. Büro üzvləri son günlər Qazaxıstanda, o cümlədən Ukrayna ilə bağlı Şərqi Avropada yaranmış vəziyyətlə əlaqədar fikirlərini bildiriblər.

ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev büro iclasında mövzu ətrafında çıxış edərək bir neçə vacib məsələyə toxunub. Deputat bildirib ki, Ukrayna ətrafında yaranmış təhlükəsizlik böhranın həlli ilə bağlı aparılan danışıqlar hələ ki, müsbət nəticə verməyib və tərəflər arasında olan mövcud fikir ayrılığı çox təhlükəli nəticələrə gətirib çıxara bilər. Belə vəziyyətin qarşısının alınmasında ATƏT-in bütün üzv ölkələrin fəal iştirakının vacibliyinə diqqəti çəkən Azay Quliyev təklif edib ki, fevral ayında keçirilən qış sessiyası çərçivəsində ATƏT PA-nın çətiri altında ABŞ və Rusiya nümayəndə heyətlərinin, daha sonra isə Normand qrupuna daxil olan dörd ölkənin nümayəndə heyətlərinin görüş-dialoqu təşkil olunsun və mövcud böhranın danışıqlar yolu ilə həllinə parlamentarilərin mümkün töhfəsi müzakirə edilsin. Bundan başqa Azay Quliyev Türkiyə Prezidenti cənab Ərdoğanın gərginliyi azaltmaq üçün Rusiya və Ukrayna prezidentlərinin Ankarada görüşünün təşkili haqqında təşəbbüsünü xatırladıb və bildirib ki, bu kimi təkliflər münaqişə tərəfləri və ATƏT tərəfindən dəstəklənərsə müsbət nəticə verə bilər.

Daha sonra Azay Quliyev ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun hazırkı sədri kimi Azərbaycanın prioritetləri haqqında Büro üzvlərinə və qonaqlara məlumat verib: “Heç bir hərbi bloka qoşulmayan Azərbaycan hər zaman ATƏT-i Avropa təhlükəsizlik arxitekturasının əsas sütunu hesab edib və ayırıcı xətlərin və təsir zonalarının yaranmaması istiqamətində qurumun səylərini yüksək dəyərləndirib. Bu vizyondan çıxış edən Azərbaycan ATƏT-in Təhlükəsizlik Forumuna sədrliyi dövründə dörd mövzuda – 1)Beynəlxalq humanitar hüquqa əməl edilməsi və mülki əhalinin qorunması, 2)Terrorizmin bütün forma və təzahürləri ilə mübarizə, 3) Silahlara nəzarət və etimad quruculuğu tədbirləri və 4) Post-münaqişə dövründə reabilitasiya məsələləri mövzularında Təhlükəsizlik Dialoqlarının təşkilini planlaşdırır”.

Deputat çıxışı zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində son vaxtlar atılan addımlar haqqında da məlumat verib: “Keçən ayın, yəni, dekabrın 14-də Brüsseldə Avropa İttifaqının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə Azərbaycanın Prezidenti cənab İlham Əliyevlə Ermənistanın Baş naziri Paşinyan arasında keçirilən Üçtərəfli görüşdə post-münaqişə məsələləri ətraflı müzakirə edilib. Brüssel görüşündə Ermənistan nəqliyyat kommunikasiyalarının, xüsusilə Zəngəzur dəhlizinin açılması və dövlət sərhədlərinin delimitasiyasına başlanılması haqqındakı əvvəlki öhdəliyini yeniləyib. Avropa İttifaqı da öz növbəsində bu məqsədlə investisiya layihələrini maliyyələşdirməyə razılıq verib. Azərbaycan vaxt itirmədən hər iki ölkənin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə başlamağa hazırdır”.
ATƏT PA-nın vitse-prezidenti 44 günlük İkinci Qarabağ müharibəsinin geosiyasi nəticələrindən biri kimi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə hər iki tərəfdən xüsusi nümayəndənin təyin olunmasını və onların ilk görüşünün yanvarın 14-də Moskvada keçirilməsini mühüm yenilik adlandırıb: “Gələn həftədən etibarən razılaşmaya əsasən Türkiyə və Ermənistan qarşılıqlı olaraq təyyarə resylərinin açılması haqqında qərar qəbul ediblər. Ümid edək ki, bu cür addımlar regionda qalıcı sülhün və barışın bərqərar olmasına ciddi töhfə verəcək”.
Sonda Azay Quliyev Qazaxıstandakı hadisələr zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verdiyini bildirib, konstitusiya quruluşunun bərpasına yönəlik fəaliyyətində Qazaxıstan xalqına və hökumətinə uğurlar arzulayıb.

Previous Post

Azay Quliyev: “Azərbaycan Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə başlamağa hazırdır”

Next Post

YAP Sədrinin müavini: “Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlayacaq”

Bənzər yazılar

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05

BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ABŞ konqresmeni Co Vilsonla görüşüb və Azərbaycan-ABŞ münasibətləri...

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33

Ermənistanda hakimiyyət uğrunda mübarizə fonunda Rusiya ilə bağlı yeni iddialar gündəmə gəlib. “Respublika” partiyasının sədri Aram Sərkisyan Moskvanın Nikol Paşinyan...

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29

Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir. Elchi.az xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Çin Xalq Respublikasının...

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Serbiyanın xarici işlər naziri Marko Curiçlə görüşüb. Elchi.az xəbər...

Next Post
YAP Sədrinin müavini: “Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlayacaq”

YAP Sədrinin müavini: "Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlayacaq"

YAP Sədrinin müavini: “Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlayacaq”

YAP Sədrinin müavini: "Yaxın zamanlarda Qarabağa Böyük Qayıdış başlayacaq"

Son xəbərlər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

Ceyhun Bayramov və Co Vilson Azərbaycan-ABŞ münasibətlərini müzakirə ediblər

23 Sentyabr 2026 - 22:05
Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

Özbəkistanda Azərbaycan dili kursları fəaliyyətə başlayacaq

23 Sentyabr 2026 - 22:04
Qazaxda açıq ərazidə yanğın baş verib

Qazaxda açıq ərazidə yanğın baş verib

23 Sentyabr 2026 - 22:03
Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

Rusiyadan Ermənistana yeni təzyiq kartı – miqrantların geri qaytarılması ehtimalı…

23 Sentyabr 2026 - 20:33
Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

Şahin Mustafayev: Azərbaycan-Çin münasibətləri yüksək dinamika ilə inkişaf edir

23 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

Ceyhun Bayramov Serbiyanın xarici işlər naziri ilə görüşüb

23 Sentyabr 2026 - 19:23
Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

Səfir: Azərbaycanla Çin günəş və külək enerjisi sahəsində bir sıra layihələr üzrə əməkdaşlıq edir

23 Sentyabr 2026 - 19:15
Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

Mikayıl Cabbarov Osman Murat Karadenizlə əməkdaşlıq perspektivlərini müzakirə edib

23 Sentyabr 2026 - 19:05
Azərbaycan domenlərinə qarşı hücumlar oldu

Azərbaycan domenlərinə qarşı hücumlar oldu

23 Sentyabr 2026 - 18:57
Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

Pezeşkian: İran nüvə enerjisi inkişaf etdirmək niyyətindədir

23 Sentyabr 2026 - 18:50
Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

Türkiyənin Koç Universitetinin professoru BDU-da məruzə edib

23 Sentyabr 2026 - 18:38
Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

Qyökereş “Arsenal”dan ayrılmaq istəyir

23 Sentyabr 2026 - 18:25
Fransa Martin Ryanın əfv edilməsini alqışlayır

Fransa Martin Ryanın əfv edilməsini alqışlayır

23 Sentyabr 2026 - 18:11
Lavrov və Rubio Nyu-Yorkda qapalı görüş keçirir

Lavrov və Rubio Nyu-Yorkda qapalı görüş keçirir

23 Sentyabr 2026 - 18:04
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradılıb

23 Sentyabr 2026 - 17:59
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.