Azərbaycan idmançısı bilyard üzrə Avropa çempionu olub.
Bu barədə Elchi.az-a Azərbaycan Bilyard Federasiyasından məlumat verilib.
Moldovanın Kişinyov şəhərində keçirilən bilyardın piramida növü üzrə Avropa çempionatında həmyerlimiz Tofiq Quliyev yeddi ölkədən 70 rəqibinə qalib gələrək çempion olub.
2-ci yeri ukraynalı Dmitro Pokotilski tutub. Digər təmsilçimiz Niyazi Xələfov isə 3-cü yerlə kifayətlənib.