Azərbaycanın ən son hərbi texnikası üzə çıxır

181
SHARES
317
VIEWS

Bunu da oxuyun

Azərbaycanın ən son hərbi texnikası üzə çıxır

Azərbaycanın Müdafiə Sənayesi Nazirliyinin məhsulları Türkiyədə nümayiş etdiriləcək.

Elchi.az İstipress-ə istinadən xəbər verir ki, MSN-nin müəssisələrində yaradılan və istehsal olunan müdafiə təyinatlı məmulatlar mayın 9-dan 12-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək “İDEF-2017” XIII Beynəlxalq müdafiə sənayesi sərgisində sərgilənəcək.

Bunula bağlı müdafiə sənayesi naziri Yavər Camalovun başçılıq etdiyi geniş tərkibli nümayədə heyəti Türkiyədə səfərdə olacaq.

Dörd gün davam edəcək sərgidə MSN-in müəssisələrində yaradılan və istehsal olunan 260 adda müdafiə təyinatlı məmulat nümayiş etdiriləcək.

Sərgidə dünyanın 50 ölkəsindən 300-dək şirkətin iştirakı gözlənilir.

Səfər çərçivəsində Yavər Camalovun Türkiyənin dövlət və hökumət nümayəndələri, sərgiyə qatılan bir sıra ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.

Bənzər yazılar

Next Post

Son xəbərlər