"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Azərbaycandan hansı meyvə-tərəvəz məhsulları hara ixrac olunur?

18 Yanvar 2018 - 11:58
in İQTİSADİYYAT
FacebookVatsap

Bunu da oxuyun

Nyu-York birjasında təbii qaz bahalaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Azərbaycandan meyvə-tərəvəz məhsullarının ixracı 35 faizə yaxın artıb

Bunu Trend-ə və “Aznews” qəzetinə açıqlamasında iqtisadiyyat nazirinin müavini Sahil Babayev deyib.
Nazir müavini bildirib ki, 2016-cı ildə Azərbaycandan meyvə-tərəvəz məhsullarının ixracının həcmi 372,8 milyon ABŞ dolları, 2017-ci ilin 11 ayında isə 452,7 milyon dollar olub: “Meyvə-tərəvəz məhsulları əsasən Rusiya, İtaliya, Almaniya, Ukrayna, Qazaxıstan, Polşa, Gürcüstan və digər ölkələrə ixrac edilir. Ümumilikdə 2017-ci ilin 11 ayı ərzində 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ölkənin qeyri-neft ixracı 24,1 faiz artaraq 1,39 milyard dollar təşkil edib. Bundan əlavə, sənaye məhsullarının ixracı 20,5 faiz artaraq 729,8 milyon dollar, kənd təsərrüfatı və emalı məhsulları isə 28,3 faiz artaraq 656,9 milyon dollar olub. Həmin dövr ərzində 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə meyvə-tərəvəz məhsullarının ixracı 34,6 faiz artıb və 452,7 milyon dollar olub”.
S.Babayev Azərbaycandan ixrac edilən əsas meyvə-tərəvəz məhsullarına qabığı təmizlənmiş meşə fındığı, pomidor, xurma, alma, albalı, gilas, kartof, xiyar, soğan, şaftalı, nar, təzə üzüm və s. misal göstərib. O əlavə edib ki, ixrac olunan məhsulların çeşidinin artırılması istiqamətində mütəmadi olaraq işlər aparılır: “Məlum olduğu kimi, ölkəmizin, demək olar, bütün rayonlarında iqlim şəraitindən asılı olaraq geniş çeşiddə meyvə-tərəvəz məhsulları yetişdirilir. Yetişdirilən bu məhsulların bir hissəsi daxili bazarda istehlak edilir. Bütün regionlarımızda yetişdirilən bu məhsulların qalan hissəsi müxtəlif xarici ölkələrə ixrac edilir. Belə ki, tərəvəzlər əsasən Şəmkir, Xaçmaz, Lənkəran, Biləsuvar, Masallı, Abşeron, meyvələr isə Quba, Xaçmaz, Göyçay, Astara, Zaqatala və digər rayonlarda yetişdirilir”.
Meyvə-tərəvəz ixracının çoxalması üçün ölkədə görülən tədbirlərə gəlincə, nazir müavini qeyd edib ki, Azərbaycanın qeyri-neft məhsulları üzrə ixrac imkanlarının genişləndirilməsi, yeni ixrac bazarlarının müəyyənləşdirilməsi daim diqqət mərkəzindədir:
“Azərbaycan Prezidentinin müvafiq fərman və sərəncamlarına uyğun olaraq bir sıra kənd təsərrüfatı və emal məhsullarının (bal, xurma, nar, qovrulmuş fındıq kimi kənd təsərrüfatı məhsulları, qurudulmuş meyvələr, konservləşdirilmiş meyvə-tərəvəz, mürəbbə və cemlər, turşular, spirtli içkilər və şərab, mineral sular və şirələr, unlu qənnadı məmulatları, habelə dəri məmulatları, pambıq parçalar və xalçalar kimi digər məhsullar) ixracatçılarına dövlət büdcəsi hesabına 3-6 faiz həcmində ixrac təşviqi ödənilir. Həmçinin “Made in Azerbaijan” brendinin təşviqi məqsədilə beynəlxalq təcrübədə istifadə olunan ixracın stimullaşdırılması ilə bağlı müxtəlif mexanizmlər tətbiq edilir. Belə ki, dövlət büdcəsi vəsaiti hesabına 2017-ci ildə Almaniya, Əfqanıstan, Pakistan, Qətər, Qazaxıstan, Macarıstan, Çin, Rusiya, BƏƏ və Səudiyyə Ərəbistanına 10 ixrac missiyası həyata keçirilib, missiyalar çərçivəsində bir sıra məhsulların, о cümlədən meyvə-tərəvəz, şərab, meyvə şirələri, konservləşdirilmiş məhsullar, tikinti materialları, mebel və digər məhsulların ixracına dair ilkin razılaşmalar əldə olunub və müqavilələr bağlanılıb. Bundan əlavə, “Gulfood 2017” beynəlxalq ərzaq sərgisində, “Prowein 2017” beynəlxafq şərab sərgisində, “Worldfood Moscow” Beynəlxalq ərzaq sərgisində, “ANUGA” beynəlxalq ərzaq sərgisində və “Hong Kong International Wine & Spirits Fair” beynəlxalq şərab sərgisində yerli şirkətlərin vahid ölkə stendi altında iştirakı temin edilib. Sözügedən sərgilərdə BƏƏ, Səudiyyə Ərəbistanı, İspaniya, Misir, Əfqanıstan, Rusiya, Belarus, Litva və digər ölkələrə meyvə-tərəvəz, nar şirəsi, şərab məhsulları, fındıq, çay, bal və quru süd, vanil və qabartma tozu, qənnadı məhsulları, diri qoyun və ət məhsulları, eləcə də digər məhsulların ixracına dair müqavilələr imzalanıb, razılaşmalar əldə edilib. Həmçinin xarici ölkələrin ictimai yerlərində və xarici KİV-lərdə “Made in Azerbaijan” brendinin təbliği və digər dəstək tədbirləri təşkil olunur”.
S.Babayevin sözlərinə görə, eyni zamanda, ölkədə istehsal olunan meyvə-tərəvəz məhsullarının xarici bazarlara ixracının asanlaşdırılması və idxal ölkəsinə güzəştli şərtlərlə daxil olmasını təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir: “Belə ki, 2017-ci ildə əldə edilmiş razılaşmaya əsasən Naxçıvan MR-də istehsal olunan məhsulların (əsasən kənd təsərrüfatı) ixracının asanlaşdırılması məqsədilə Türkiyə tərəfindən müvafıq qərar qəbul edilib və bir sıra məhsulların Türkiyəyə ixracı idxal gömrük rüsumundan azad edilib. Bununla yanaşı, Azərbaycanda istehsal olunan bir sıra kənd təsərrüfatı (əsasən meyvə-tərəvəz) məhsullarının Türkiyəyə güzəştli şərtlərlə ixracına imkan verən preferensial ticarət sazişi üzrə danışıqlar aparılır. Bu saziş imzalandıqdan və qüvvəyə mindikdən sonra bəzi meyvə-tərəvəz məhsulları Türkiyəyə güzəştli şərtlərlə ixrac olunacaq”.
Previous Post

Azərbaycandan hansı meyvə-tərəvəz məhsulları hara ixrac olunur?

Next Post

Moskvada İlham Rəhimovun bazarı yandı – Video

Bənzər yazılar

Nyu-York birjasında təbii qaz bahalaşıb

Nyu-York birjasında təbii qaz bahalaşıb

03 Oktyabr 2026 - 10:26

Nyu-Yorkun "NYMEX" əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. Elchi.az xəbər verir ki, 2026-cı ilin noyabr ayında çatdırmaq...

Dünya bazarlarında neft ucuzlaşıb

Dünya bazarlarında neft ucuzlaşıb

03 Oktyabr 2026 - 10:00

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 0,06% azalaraq 1...

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07

Dünya Bankı M3 magistral avtomobil yolunun Biləsuvar–Astara hissəsinin yenidən qurulması layihəsinə kredit və texniki yardım göstərə bilər. Elchi.az xəbər verir ki,...

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

02 Oktyabr 2026 - 17:59

Azərbaycanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün yeni kredit zəmanəti və kapital maliyyələşdirilməsi mexanizmləri hazırlanır. Elchi.az xəbər verir ki,...

Next Post
Moskvada İlham Rəhimovun bazarı yandı – Video

Moskvada İlham Rəhimovun bazarı yandı - Video

Moskvada İlham Rəhimovun bazarı yandı – Video

Moskvada İlham Rəhimovun bazarı yandı - Video

Son xəbərlər

“Səssiz tələ” sənədli filmi təqdim olunub

“Səssiz tələ” sənədli filmi təqdim olunub

04 Oktyabr 2026 - 19:15
Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

Türkiyədə arı pətəklərinin içində 90 kiloqramdan çox narkotik aşkarlanıb

04 Oktyabr 2026 - 14:33
İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

İtaliyada düşərgədə yanğın olub, 10-dan çox insan xəsarət alıb

04 Oktyabr 2026 - 14:32
Məkkə sazişinə qoşulanların sayı arta bilər

Məkkə sazişinə qoşulanların sayı arta bilər

04 Oktyabr 2026 - 13:08
İran ABŞ-nin təklifinə cavab verib

İran ABŞ-nin təklifinə cavab verib

04 Oktyabr 2026 - 12:55
Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

Əraqçi: İranın şərtləri qəbul edilsə, Hörmüz boğazı açılacaq

04 Oktyabr 2026 - 12:52
Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

Azərbaycanda yağıntılı hava davam edir, dağlara qar yağıb – FAKTİKİ HAVA

04 Oktyabr 2026 - 12:39
Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

Sabah Bakıda və bəzi rayonlarda yağış yağacaq

04 Oktyabr 2026 - 12:33
SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

SEPAH: İran ballistik raketlərin istehsalı üçün imkanlarını qoruyub saxlayıb

04 Oktyabr 2026 - 11:13
Merts Ukraynaya elan olunmamış səfər edib

Merts Ukraynaya elan olunmamış səfər edib

04 Oktyabr 2026 - 11:11
Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

Gəncədə 28 yaşlı kişi və bacısı yanıq xəsarətləri alıb

04 Oktyabr 2026 - 11:10
Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

Ağdamda 15 yaşlı qızın erkən evliliyinin qarşısı alınıb

04 Oktyabr 2026 - 11:08
4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

4 oktyabr- Cəbrayıl Şəhəri Günüdür

04 Oktyabr 2026 - 00:00
Filosof İoanna Kuçuradi vəfat edib

Filosof İoanna Kuçuradi vəfat edib

03 Oktyabr 2026 - 23:00
İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

İran və İraq arasında uçuşlar sabahdan bərpa ediləcək

03 Oktyabr 2026 - 21:43
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.