Azərbaycanda kənd təsərrfatı sahəsində bir sıra mallar və məhsullar vergi ödəməkdən azad edilir.
Elchi.az Trend-ə istinadən bildirir ki, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik edilir.
Hazırda kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğular, maşın, avadanlıq və texnikaların idxalı və satışı Əlavə Dəyər Vergisindən (ƏDV) azad edilib.
Məcəlləyə təklif edilən yeni əlavəyə görə, kənd təsərrüfatı təyinatlı suvarma və digər qurğularla yanaşı, siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin istehsalı, idxalı və satışına görə ƏDV tutulmayacaq.
Qanun layihəsi ölkədə suvarma təyinatlı kənd təsərrüfatı texnikası, avadanlıqlar və onların ehtiyat hissələrinin istehsalının stimullaşdırılmasına, kənd təsərrfüatı texnikalarının saz vəziyyətdə saxlanmasına, texnika və onların ehtiyat hissələrinin qiymətlərinin optimallaşdırılmasına, son nəticədə aqrar sektorun dəstəklənməsinə xidmət edəcək.
Azərbaycanda kartdan-karta köçürmələrə LİMİT qoyuldu
Azərbaycanda avqustun 1-dən bank kartları ilə kartdan-karta əməliyyatlara limit tətbiq edilib. Elchi.az xəbər verir ki, Azərbaycan Mərkəzi Bankı və kommersiya...





















Son şərhlər