"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR

07 Fevral 2018 - 18:00
in CƏMİYYƏT
FacebookVatsap

Bunu da oxuyun

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Kolbasa və sosislərin halal olub-olmaması həmişə müzakirə edilib. Heç kimə sirr deyil ki, bu gün satılan kolbasa və sosislərin bir hissəsi əslində yalançı “Halal” sertifikatı ilə satılır.

Milli.Az xəbər verir ki, Azərbaycanda “Halal” sertifikatı almış müəssisələrin adları açıqlansa da, bu sənədi almayan bəzi şirkətlər də öz məhsullarını “Halal” yarlığı ilə təqdim edib, insanları aldadırlar. Belə qurumlar əvvəlcə akkreditasiyadan keçməlidir, ancaq Azərbaycanda akkreditasiyadan keçməyən və insanala saxta “halal qida” yedizdirən onlarla sahibkar fəaliyyət göstərir.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xiddmətinin rəhbəri  Fazil Talıblı modern.az-a bildirib ki, Azərbaycanda sertifikatlaşdırma fəaliyyətini akkreditasiya edilmiş qurumlar həyata keçirir:

“Standartlaşdırma,Meterologiya və Patent üzrə Dövlət Komitəsi standartlaşdırmayla məşğul olmur. Azərbaycanda “halal qida” məhsullarının sertifikatlaşdırılmasını Akkreditasiya mərkəzində akkreditasiya olunan qurum – “AzeSERT Halal” MMC həyata keçrir”.

Komitə rəsmisi bildirib ki, müəssisələrə sertifikatın verilib-verilməməsi auditin nəticəsindən asılıdır:

“”Halal qida” istehsal edən və bunu təsdiqləyən sənəd üçün sahibkarlar məhz həmin quruma müraciət etməklə öz müəəsisələrindəki mövcud vəziyyətli istehsal prosesini bu orqanın auditorlarına nümayiş etdirməli, auditin nəticəsinə uyğun olaraq ona sertifikat verilməlidir”.

Fazil Talıblının sözlərinə görə, “halal qida” ilə bağlı dövlət standartları mövcuddur: ” Bu standartların qərarları çox sərtdir. ” Halal qida” standartları İslam Əməkdaşlıq Təşkilatının Standartlaşdırma Şurasının qəbul etdiyi standartlardır. Müsəlman ölkələrində tətbiq edilən vahid beynəlxalq ” Halal” standartıdır. İslam dininin bütün tələbləri burada əksini tapır”.

O qeyd edib ki, tələblər sərt olduğuna görə, sertifikat alanların sayı 10-nu keçmir:

“Təbii ki, müraciət edənlərin sayı çoxdur. Amma auditin nəticəsinə görə, sertifikat alanlar qeyd etdiyim kimi, 10-dan çox deyil. Çox təəssüf edirəm ki, bəzi qurumlar ” Halal” sertifikatı almış kimi özlərini təqdim edir və istehlakçıları aldadırlar. Biz bunun əleyhinəyik. Əgər bu sahədə stabil vəziyyət yaratmaq istəyiriksə, bu cür sahibkarların qarşısını almaq bizim üçün vacibdir”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, dövlət tərəfindən iki il öncə yaradılan “AzeSERT Halal” MMC-nin ayrıca laboratoriyaları var:

“Biz bu prosesi diqqətlə izləyirik. Azərbaycanda “Halal” sertifikatını qanuni yolla almış müəəsisələr bu günə kimi qanuni olan “Səhliyalı” kiçik müəəsisəsi, “Hakan Foods Azərbaycan Trading Co Ltd MMC”, “Qafqaz Konserv zavodu” MMC, “AzProtein Foods Group” MMC,, “Zəhmət-Ruzi”  MMC, “Səba” Səhmdar Cəmiyyəti, “Orxan- SS” müəssisəsi, “Ovçular və ət məhsulları” MMC, “M&T” LTD firmasıdır. Hazırda bir neçə müəəsisədə də bu istiqamətdə işlər gedir”.

Eyyub Hüseynov deyir ki, ümumilikdə götürdükdə, əmtəə bazarında olan malların 80%- i yalançı “Halal” sertifikatı ilə satılır:

“Məsələn, “28 May” metrostansiyasının çıxışında alman sosiskaları satılır, hətta bir nişan da qoyublar ki, guya “Halal” sertifikatı ilə satırlar. KFC xaricilərə məxsus böyük bir qida qrupudur, onlar da özlərini guya “Halal” sertifikatı almış kimi göstərirlər. Bunlar istehlakçıların aldadılmasıdır. Dövlətin qanunlarına görə, “Halal” sertifikatı verən qurum akkreditasiyadan keçməlidir, dövlət tərəfindən tanınmalıdır. “AzeSERT Halal” MMC xaricində Azərbaycanda heç bir qurum akkreditasiyadan keçməyib, dövlət tərəfindən tanınmayıb. Təəssüf ki, bu gün də Azərbaycana Ukraynadan, Braziliyadan və başqa ölkələrdən məhsullar gətirilir, “halal” adı ilə təqdim olunurlar”.

Müsahibimiz bildirib ki, Azad İstehlakçılar Birliyinin “Halal” sertifikatı ilə əlaqədar özəl təqvimi var: “Mən bu günlərdə İslam İnkişaf Bankının Azərbaycandakı nümayəndəsi ilə görüşmək niyyətindəyəm. Biz məsələ qaldırmışıq ki, “Halal” sertifikatı almış müəssisələrdə iki məsələ də həll olunsun. Birincisi budur ki, onlayn izləmə sistemi olsun. Dünyanın istənilən yerindən insanlar izləyə bilsin ki, bu müəəssisədə nə baş verir. Digər məsələ isə “halal mal” istehsal edən müəəssisələrin maliyyə mənbəyinin halal olmasıdır. Maliyyə mənbəyi əgər haramla qurulubsa, oğurluqla, korrupsiya pulu ilə, faiz məsələsiylə yaradılıbsa, bu halal sayıla bilməz”.

Onun sözlərinə görə, diqqətdə olan məsələlərdən biri də, kolbasaların tərkibinə qarışdırılan qida əlavələridir: ” Qida əlavələrinin mənbəyinin halal olması ciddi məsələlərdən biridir. Hazırda Azərbaycanda qida mənbələrinin yerli bitkilərdən hazırlanması üçün müəyyən işlər gedir”.

Previous Post

Azərbaycanda haram malları əhaliyə “halal qida” adı ilə satan ŞİRKƏTLƏR

Next Post

Prezident “Azərsu”ya 12 milyon manat ayırdı

Bənzər yazılar

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26

Oktyabrın 2-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində həqiqi hərbi xidmətə və mülki...

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib. Nazirlikdən Elchi.az-a verilən məlumata görə, şuranın...

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

02 Oktyabr 2026 - 18:25

Xaricdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, elmi əlaqələri genişləndirmək və əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə 9-10 dekabr 2026-cı il...

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

02 Oktyabr 2026 - 17:51

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Elchi.az-a Elm və Təhsil Nazirliyindən...

Next Post
Prezident “Azərsu”ya 12 milyon manat ayırdı

Prezident “Azərsu”ya 12 milyon manat ayırdı

Prezident “Azərsu”ya 12 milyon manat ayırdı

Prezident “Azərsu”ya 12 milyon manat ayırdı

Son xəbərlər

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

Hərbi xidmətə işə qəbul imtahanı ilə bağlı rəsmi məlumat

02 Oktyabr 2026 - 19:26
Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

Xalqımızın məfkurə düşüncəsinin siyasi ünvanı

02 Oktyabr 2026 - 19:18
Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

Ronaldonu milliyə belə geri qaytarmaq istəyirlər

02 Oktyabr 2026 - 19:16
Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

Dünya Bankı Biləsuvar–Astara yolunun yenidən qurulmasına kredit ayıra bilər

02 Oktyabr 2026 - 19:07
İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

İsveçrə Ukraynanın bərpası üçün 162 milyon dollardan çox vəsait ayırır

02 Oktyabr 2026 - 18:58
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib

02 Oktyabr 2026 - 18:46
“Fənərbaxça” Bakıya gəlib

“Fənərbaxça” Bakıya gəlib

02 Oktyabr 2026 - 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

02 Oktyabr 2026 - 18:25
Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

02 Oktyabr 2026 - 18:12
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

02 Oktyabr 2026 - 17:59
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

02 Oktyabr 2026 - 17:51
İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

02 Oktyabr 2026 - 17:44
Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

02 Oktyabr 2026 - 17:37
Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:33
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

02 Oktyabr 2026 - 17:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.