"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycanda daha bir nazir oğlunun biznes imperiyası

03 May 2016 - 08:03
in XƏBƏR LENTİ
FacebookVatsap

“Azərbaycanda daha bir nazir oğlunun biznes imperiyası

Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimova məxsus olan “DDLAR Grop” şirkəti atasının nazirliyinin kifayət qədər bahalı sifarişlərini həyata keçirmək üzrə ixtisaslaşıb. Qaynarinfo.az-ın araşdırmasına görə, belə düşünməyə həmin şirkətin indiyədək keçirilən bir çox tenderlərin qeyd-şərtsiz qalibi olması da təsdiqləyir.

Bunu da oxuyun

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

Öncədən bildirək ki, nazir oğlu “DDLAR GROUP” adlı özəl şirkətini 2011-ci ildə qurub və hazırda da ona rəhbərlik edir. Bununla yanaşı, Arif Rəhimov 2014-cü ilin yanvarında yaradılmış “Baku Grand Prix” şirkətinin də rəhbəridir. “Baku Grand Prix” şirkəti 2016-cı ildə Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula 1″in “Qran Pri” yarışının təşkilatçısıdır. Bu məsələdə də ona “etimad göstərilməsinin” səbəbi ilk növbədə atasının gənclər və idman naziri postunu tutmasıdır.

***

Qaynarinfo.az-ın araşdırmasına görə, nazir oğlunun “DDLAR Group”u əslində 1999-cu ildən fəaliyyətə başlayan “İNŞAATÇI” tikinti firmasının varisidir. Hazırda Bakının rayonlarında tikilən “Premium” və “De Lüks” sinifli komplekslər bu qrupun məhsuludur. Amma bir sual açıq qalır: həmin şirkəti yaratmamışdan əvvəl sadəcə iki il – 2009-cu ilin oktyabrından 2011-ci ilin noyabrınadək Dövlət Neft Şirkətində maliyyə meneceri vəzifəsində işləyən Arif Rəhimov belə geniş biznes layihələri həyata keçirmək üçün ilkiin maliyyəni haradan əldə edib?!

***

“DDLAR Group” Paytaxtın Bayıl qəsəbəsində, Bakı Bulvarının yeni salınan hissəsində yerləşən və ümumi sahəsi 72 min kvadratmetr olan Su İdmanı Sarayını inşa edib. Amma bununla bağlı da kifayət qədər mübhəm suallar var.

Qeyd edək ki, ölkə başçısı 2012-ci il avqustun 30-da Bakıda müasir standartlara cavab verən Su İdmanı Sarayının tikilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncamın icrası Gənclər və İdman Nazirliyinə həvalə edilib. Nazir Azad Rəhimov isə öz növbəsində bu işi oğlunun şirkətinin ixtiyarına buraxıb. Ancaq məlum deyil ki, bu zaman satınalmalar barədə qanunvericiliyin tələbləri nə qədər gözlənilib. Kifayət qədər ciddi rəqəmlərə başa gələn həmin obyektin inşası ilə bağlı tender elan edilibmi, tenderə hansı şirkətlər qoşulub? Bu suallar da öz cavabını gözləyir və yəqin ki, həmin cavablarla tanış olmaq bundan sonra da mümkün olmayacaq.

***

Bundan başqa, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri (İOK) məhz “DDLAR GROUP” tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Bu komplekslərlə bağlı müəmmalar isə lap dərindir. Belə ki, onların sifarişinin necə, hansı səbəblər və şərtlərlə verildiyinin sirr olması bir yana, bu istiqamətdə xərclər də mübahisə mövzusudur. Söhbət az qala bir-birinin təkrarı olan həmin komplekslərin hər birinin başa gəlmə xərcləri arasındakı kəskin uçurumdan gedir.

Məsələn, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 mln xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 mln, Xaçmaz İdman Kompleksinə isə 8 mln xərclənib.

O da maraqlıdır ki, adətən özü və nazirliyi barədə tənqidlərə bir qayda olaraq, susqunluq nümayiş etdirən Azad Rəhimov 3 il öncə bu mövzuda KİV-in yazdıqlarına nəyə görəsə dərhal və kəskin reaksiya vermiş, hətta ANS telekanalını məhkəməyə vermək istəmişdi…

Həmçinin “Crystal Hall”un ötən ilin yayında Bakıda keçirilən Birinci Avropa Oyunları üçün hazırlığı və Bakı Stend Atıcılığı üzrə İdman Kompleksinin tikintisi işləri də Gənclər və İdman Nazirliyi tərəfindən məhz Arif Rəhimovun “DDLAR Group”una sifariş edilib.
Ümumiyyətlə, onun şirkətinin atasının rəhbərlik etdiyi nazirliyin tender müsabiqələrinin əsas qalibinə çevrilməsi birmənalıdır. Bu isə həmin tenderlərin ədalətliliyi və şəffaflığı ilə bağlı şübhələri kifayət qədər dərinləşdirir.

Maraqlıdır ki, “DDLAR Groupu” un rəsmin internet səhifəsinin “Tenderlər” bölümü az qalsın, boşdur. Daha doğrusu, burada holdinqin “Gülüstan” yaşayış kompleksi, Gənclik yaşayış binası, “Astoriya” və “Green Palace” yaşayış kompleksləri barədə reklam xarakterli məlumatlarl atanış olmaq olar, amma Gənclər və İdman Nazirliyindən alınan sifarişlərlə bağlı bir kəlımə də yox. Bir sözlə, “Tenderlər” bölümü adına dəxli olmayan məlumatlar yerləşdirilib, bu isə dövlət satınalmaları məsələsində şirkətin də nazirlik kimi susqunluğa üstünlük verdiyini göstərir. Nəticədə isə bu mövzuda sirr pərdəsi daha da böyüyür.

Qeyd edək ki, Arif Rəhimovun rəhbərlik etdiyi “Baku Grand Prix” şirkəti bu il Bakıda keçiriləcək dünyada avtomobil idmanının ən bahalı növlərindən birinin – “Formula-1″in “Qran Pri” yarışının təşkilatçısıdı. Ayrılan vəsaitlər böyük ölçüdə nazir oğlunun bu şirkətinə yönləndirilir.

Sözügedən şirkətin Formula 1 Avropa Qran Prisinin 2016-cı ildə Bakıda keçirilməsinin rəsmiləşməsindən qısa müddət sonra yaradılması xüsusi maraq doğurur. Görəsən, sözügedən yarış ərəfəsində həmin şirkətin yaradılmasında və Formula 1 Avropa Qran-Prisinin Bakıda təşkilinin bu şirkətə həvalə edilməsində doğrydanmı, qaranlıq, şübhəli heç bir məqam yoxdur?!

Previous Post

Azərbaycanda daha bir nazir oğlunun biznes imperiyası

Next Post

Gülən təriqətinin “SOCAR-Türkiyə”dəki uzaqvuran TOPU-İlqar Mehmetoğlu

Bənzər yazılar

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

21 Oktyabr 2026 - 22:20

Efiopiyanın Tıqray ştatının cənubunda pilotsuz uçuş aparatının (PUA) zərbəsi nəticəsində ikisi uşaq da daxil olmaqla dörd nəfər ölüb, daha beş...

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

21 Oktyabr 2026 - 22:18

Türkiyə Qara dənizdə naviqasiya təhlükəsizliyini təmin etmək üçün Rusiya və Ukrayna ilə təmaslar həyata keçirir və Bolqarıstanın Müstəsna İqtisadi Zonasında...

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

21 Oktyabr 2026 - 22:11

"Mançester Yunayted" İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb. "Report" xəbər verir ki, bu barədə "Opta" statistik portalı məlumat...

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

21 Oktyabr 2026 - 22:05

BMT noyabr ayında Rusiya-Ukrayna münaqişəsinin nizamlanmasına dair Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların keçirilməsi planlarını alqışlayır və sülh prosesinə...

Next Post

Gülən təriqətinin “SOCAR-Türkiyə”dəki uzaqvuran TOPU-İlqar Mehmetoğlu

Gülən təriqətinin “SOCAR-Türkiyə”dəki uzaqvuran TOPU-İlqar Mehmetoğlu

Son xəbərlər

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

Efiopiyada PUA zərbəsi nəticəsində dörd nəfər ölüb

21 Oktyabr 2026 - 22:20
Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

Türkiyə Qara dənizdə təhlükəsizlik üçün Rusiya və Ukrayna ilə təmasdadır

21 Oktyabr 2026 - 22:18
“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

“Mançester Yunayted” İngiltərə klubları arasında avrokuboklar tarixində antirekorda imza atıb

21 Oktyabr 2026 - 22:11
BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

BMT Ukrayna üzrə üçtərəfli danışıqlar planlarını dəstəkləyib

21 Oktyabr 2026 - 22:05
Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

Əraqçi: İran diplomatiyaya daha bir şans verməyə hazırdır

21 Oktyabr 2026 - 21:57
Pezeşkian: Tramp İranın neft-qazını istəyir

Pezeşkian: Tramp İranın neft-qazını istəyir

21 Oktyabr 2026 - 20:00
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

21 Oktyabr 2026 - 19:53
Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

Tünzalə Ağayevadan 50 yaşında özünə möhtəşəm hədiyyə – “100 dəfə 1000 dəfə”

21 Oktyabr 2026 - 19:28
Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

Leyla Əliyeva beynəlxalq tədbirdə uşaqlarda onkoloji xəstəliklərlə mübarizədə qlobal əməkdaşlığın əhəmiyyətinə diqqət çəkib

21 Oktyabr 2026 - 19:23
Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

Azərbaycan nümayəndə heyəti Türkmənistanda keçirilən OGT 2026 sərgisində iştirak etdi

21 Oktyabr 2026 - 19:03
Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

Konstitusiya Məhkəməsi Plenumunun iclasında prokurorluğun sorğusu əsasında qərar qəbul olundu

21 Oktyabr 2026 - 18:49
Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

Sabah Bakının iki rayonunun bəzi ərazilərində qaz olmayacaq

21 Oktyabr 2026 - 18:35
Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

Polis Akademiyasında mütəxəssislərin iştirakı ilə dərslər keçirilir

21 Oktyabr 2026 - 18:27
Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

Çin Rusiya, ABŞ və Çin liderləri arasında görüş hazırlayır

21 Oktyabr 2026 - 18:19
İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirildi

21 Oktyabr 2026 - 18:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.