"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Gülən təriqətinin “SOCAR-Türkiyə”dəki uzaqvuran TOPU-İlqar Mehmetoğlu

03 May 2016 - 13:36
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

Gülən təriqətinin “SOCAR-Türkiyə”də vacib adamı:insan qaynaqları departamentinin rəhbəri… 

     Türkiyənin “Sabah”qəzeti hələ keçən ilin sonlarında bomba bir xəbərlə gündəmə gəldi:
SOCAR-dakı fətullahçılar ifşa olundu. Təbii ki, hədəf olaraq Azərbaycanın Dövlət Neft Şirkəti SOCAR-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavini Samir Kərimlinin seçilməsi Azərbaycanda da xeyli maraq doğurdu. Ola bilsin ki, mart ayının sonlarında “SOCAR Turkey Energy”nin icraçı direktorunun birinci müavininin Bakıya-SOCAR şefinə müşavir gətirilməsi də onun vəzifədən uzaqlaşdırılması kimi dəyərləndirildi. Hətta bəzi dairələrdə bu uzaqlaşdırılma ciddi bir rahatlıq da yaratdı: artıq gülənçilər SOCAR-dan da uzaqlaşdırılır!
      Bəs görəsən, əslində belədirmi? Əslində bu sualın birmənalı cavabını vermək üçün ciddi bir araşdırmaya ehtiyac da oxdur:
Fətullah Gülən təriqətinin enerji  sektoruna yönələn strategiyalarını müəyyənləşdirən əsas şəxslərin, o cümlədən “Xəzər” Strateji Araşdırmalar İnstitunun rəhbəri Haldun Yavaş, ”SOCAR Turkey Energy” şirkətinin ictimaiyyətlə əlaqələr direktoru Ömer Adsız, baş hüquq müşaviri Fatih Yiğit, “SOCAR” ın Türkiyədəki törəmə şirkətində və layihələrində özlərinə yer edən fətullahçılar-“SOCAR Power” in ortağı Ənvər Taner Baltacı, “Petkim”in baş direktoru Sadettin Korkut,”SOCAR Gaz”ın baş direktoru Abdullah Nezihi Erdem,”SOCAR İT” direktoru Fuat Uludağ,satınalmalar üzrə direktor Çetin Korkut və onlarca səlahiyyət sahibi olanlar vəzifələrində qalırsa, tək icraçı direktorunun birinci müavini Samir Kərimlinin uzaqlaşdırılması bu sahədə işlərin tısbağa sürətindən də aşağı bir sürətlə getdiyini təsdiq etmirmi?! Bu məsələni buraxaq Gülənçiləri terrorçu adlandıran Türkiyə dövlətinin daxili işlərinin sırasına, onsuz da hər gün türk mətbuatı Fətullahçılara da çatacaq…
     Haldun Yavaş
 Amma tək “SOCAR”-ın Türkiyədəki törəmə şirkəti “SOCAR Turkey Energy”- nin icraçı direktorunun birinci müavini Samir Kərimlinin AKP höküməti tərəfindən “terror təşkilatı” kimi tanınan Fətullah Gülən camaatının adamı kimi təqdim olunması da bu dairənin fəaliyyətini dəfələrlə kiçiltmiş olardı. ”Paralel yapı”, yəni Fətullah Gülən və onun təriqəti enerji sektorunda söz sahibinə çevrilmək üçün Türkiyənin enerji sektoruna on milyardlarla dollar yatırmağı planlaşdıran “SOCAR” –a da öz adamlarını yerləşdirmək təkcə Samir Kərimlinin işi olmayıb. Əslində “paralel dövlət” “SOCAR”-da “Ağ türk” adı verilən şəxslər vasitəsilə xüsusi struktur formalaşdırıb ki, gülənçilər bu yolla Türkiyənin enerji sektorundan AKP-yə yaxın şirkətləri sıxışdırmaq və bu sektoru nəzarət altına almaq kimi missiyalarını bu gün də uğurla həyata keçirməkdədir. Bu missiyanın başında duran, hətta “SOCAR” yetkililərinə təsir mexanizminə malik olan şəxs isə şirkətin insan qaynaqları departamentinin (kadr idarəsi) rəhbəri İlqar Mehmetoğludur (Məmmədoğlu).
 
    Miq.az-a daxil olan məlumata görə, “SOCAR Turkey Energy” şirkətin insan qaynaqları deparmentinin rəhbəri İlqar Mehmetoğlu Gülən məktəbinin siravı məzunlarından deyil. Hələ təhsil illərində savadı, elmi bilikləri və istedadı ilə başqalarından seçilməsə də, hizmət çocuğu kimi başqalarından ciddi bir şəkildə seçilə bilirdi. Təhsil illərində əslində ciddi bir tərzdə dərs də oxumaz, amma bütün gün hizmətdəki işlərdəki fəallığı ilə seçilənlərdən olduğu üçün imtahanları uğurla və müvəffəq qiymətlərlə başa vuranlardan idi. Bu fəallığı az bir zamanda abilərin diqqətindən yayınmadı, hətta hörmətli abilər İlqar Mehmetoğlunun özünü “abi” etdilər. Türkiyənin İzmir şəhərində istər təhsil, istərsə də müxtəlif fəaliyyət sahələrindəki fəallığı onu tanıyanların da yadından çıxmayıb.Əgər İlqar Mehmetoğlu o günləri unudubsa, biz böyük məmnuniyyət hissləri ilə onun İzmirdəki fəaliyyətləri haqqında bilgiləri yadına salmaqda kömək edərik.
    Fətullahçıların təhsil ocaqlarında, daha sonra isə lisey yurdlarında (yataqxanalarında) və başqa yerlərdə fəaliyyətini davam etdirən İlqar abinin “SOCAR Turkey Energy” şirkətində olduqca məsul bir vəzifəyə təyinat alması onun fəaliyyətini daha da genişləndirdi. Azərbaycanda “Çağ öyrətim” şirkətinin idarəçiliyində olan Gülən məktəblərinin məzunlarının, eləcə də Gülən təriqətinin üzvü olan hər bir kəsin şirkətdə rahatca yerləşdirilməsinin arxasında da İlqar Mehmetoğlu dayanırdı. İlqar Mehmetoğlunun kadr seçimi şirkət rəhbərləri tərəfindən heç bir sorğu-sual doğurmadığından, onun “kəsdiyi başa” da zaval yox idi. Eyni zamanda şirkətdə qabiliyyət və bacarığından asılı olmayaraq “camaatdan” olmayanların işə qəbulunun əngəllənməsi bu gün də heç bir qanuna və tələblərə uyğun olub-olmamasına baxmayaraq, qalmaqda və uğurla genişlənməkdədir. Son zamanlarda isə AKP tərəfdarlarının müəyyənləşdirilməsi və onların işdən uzaqlaşdırılması da İlqar Mehmetoğlunun əsas fəaliyyətinin tərkib hissəsinə çevrilib.
    Miq.az-ın araşdırmalarına görə, əməli fəaliyyəti və işgüzarlığı ilə seçilən, şirkətin işinə töhfələr verməyə çalışan onlarca türk və azərbaycanlı kadr müəyyən bəhanə və hədə qorxularla, bəziləri isə qeyri-müəyyən vədlərlə halal işlərindən uzaqlaşdırıldı. Vaxtı ilə SOCAR-ın Turkiyədəki şirkətlərində çalışan azərbaycanlıların hansı haqsızlıqlarla üzləşdiyini araşdırmaq o qədər də çətin deyil. Bunlar əslində uzaq keçmişin yox, 2-3 il bundan əvvəlin acı xatirələridir. İlqar Mehmetoğlu və onun məktəbinin ” istedadlı” yetirmələrinin hərtərəfli fəaliyyəti nəticəsində təcrübəsindən və yaşından asılı olmayaraq bu adamlara necə “torba tikildiyi”nə fələyin özü də mat-məhəttəl qala bilər. Kimya elmləri doktoru Füzuli Nəsirovun, təkcə bir elm adamı kimi yox, həm də zəngin bir təcrübəyə malik elmi məsləhətçi kimi şirkətdə olduqca gərəkli bir işçi olmasına kiminsə etiraz etməsi mümkün olmasa da, Gülən təriqətinin iç üzünə etirazlarına, bu barədə açıq fikirlərinə görə təqaüd adı ilə işdən uzaqlaşdırıldı. Amma halbuki onun baş direktorun elmi işlər üzrə məsləhətçisi kimi fəaliyyəti bu gün də olduqca vacib və gərəkli idi. Milli Qəhrəman Alı Mustafayevin oğlu Tural Mustafayevin, Elnur Vəliyevin, İlkin Sadıqzadənin,  yaxud türk vətəndaşları olan Özkan Alptürkün, Sarkan Aksuyekin müəyyən hədə-qorxularla, məhz nurçu təriqətin üzvü olmadıqları üçün vəzifə səlahiyyətləri əllərindən alındı. Əvəzində isə uzun illər İlqar Mehmetoğlunun köməkçisi olan istehsalatın nə olduğunu bilməyən Yaşar Çorak kimiləri məhsul vəzifələrə irəli çəkildi. Burada da məqsəd birdir; Gülən təriqətindən olmayanların təqibi! Təkcə”Petkim”də olan bu kimi faktların sayı onlarcadır, amma nə fayda, ciddi bir araşdırma aparılmayacağı təqdirdə İlqar Mehmetoğlunun Rakif Fərəcov kimi “etibarlı və istedadlı kadrları” istənilən qeyri-fətullahçının “Kapital”ın müəllifi olduğunu belə asanlıqla” sübut edə”  bilərlər.
 İlqar Mehmetoğlunun fəaliyyəti bununla bitmir. O, həm də SOCAR-a podratçı kimi xidmət göstərən şirkətlərin kadr siyasətinə də nəzarət edir, bu şirkətlərdə də fətullahçıların yerləşdirilməsində mühüm rolunu ortaya qoyur. Məhz həmin “etibarlı kadrları” podratçı şirkətlərin köməyi ilə tenderlərdən və görülən işlərdən Gülən təriqətinə mənsub iş adamlarına boyük pay verir, bununla da “paralel dövlət”ə maddi dəstəyi təmin edirlər. İndi “Asiya bank”dan dünyanın müxtəlif ölkələrinə köçürülən milyonların haradan və nələrdən qazanıldığı heç bir kimsədə sual yaratmır. Hətta belə xəbərlər də var ki,  fətullahçıların vaxtı ilə Türkiyənin hüquq-mühafizə orqanlarında kadr yerləşdirmə sahəsində ilginc fəaliyyəti enerji sektorundakı fəaliyyətlə bərabər tutula bilər. Bu gün “SOCAR Turkey Energy” şirkətinin icraçı direktoru Kənan Yavuzun fəaliyyətinin də şirkətdəki fətullahçılar tərəfindən neytrallaşdırılması, onun bəzi qərarlara təsir imkanlarının məhdudlaşdırılması buradan qaynaqlanır. Vaxtı ilə məsələyə münasibət bildirən Azərbaycanın İstanbuldakı baş konsulu Həsən Zeynalov məlumatdan xəbərdar olduğunu bildirmişdi. O, qeyd etmişdi ki, bununla bağlı müvafiq qurumlarda araşdırmalar aparılır: “Bu bizim səlahiyyətimiz çərçivəsində deyil. Yazıda adları çəkilən şəxslər SOCAR-ın Türkiyədəki törəmə şirkətlərində işləyirlər. Lakin onların nə qədər bu işlə bağlı olub-olmadığı haqqında məsələ bizə məlum deyil. Araşdırma aparılır və nəticələr bəlli olandan sonra bu haqda danışmaq mümkün ola bilər.Yəni bu informasiyanın böhtan və doğru olması bizə hələlik bəlli deyil”.
   Şübhəsiz ki, Azərbaycançılıq ideyalarına və dövlətin kursuna əməli fəaliyyəti ilə sadiq olan peşəkar bir diplomatın dediklərində olan incə mətləblər də nəzərdən qaçmır, hətta o bu informasiyanı böhtan və doğru olmasını da birmənalı açıqlamır. Təbii ki,ölkəmizin Türkiyədəki Səfirliyində çalışan və fətullahçılarının əməllərini deşifrə etmək istəyən MTN nümayəndəsinin görəvindən uzaqlaşdırılmasının da əsas səbəbi gülənçilərdir. Həsən müəllimin ola bilsin ki, bundan da xəbəri olmuşdur. Amma iş yeri yeni təyinatla dəyişdirilən hörmətli diplomat təəssüf ki, birdə bu barədə aparılan araşdırmalar və nəticələr haqqında məlumat vermək səlahiyyətində deyil!
        Bunlar “SOCAR Turkey Energy” şirkətinin gülənçilərə xidmət edən kadr siyasətinin və fəaliyyət strategiyasının müəyyənləşdirilməsində mühüm yer alan İlqar Mehmetoğlunun fəaliyyətini olsa-olsa az bir hissəsidir. Araşdırma və məlumatlar da göstərir ki, adı heç yerdə hallanmasa da, Gülən təriqətinin prinsip və qanunları ilə idarə olunan şirkətdə İlqar Mehmetoğlu sadə bir fiqur olmayıb, hətta tutduğu vəzifədən asılı olmayaraq, özündən, çox yüksək vəzifəlilərdən də yuxarıda dayanan və sözü eşidilən bir şəxsdir, eləcə də keçmiş birinci müavin Samir Kərimlidən. Məhz “Abi” titulunun çəkisi də İlqar Mehmetoğlunun “SOCAR Turkey Energy” şirkətinin gülənçi təriqətinin rəhbəri və baş fətullahçısı olduğunu təsdiq edir.
       Ola bilsin bu yazı ilə tanışlıqdan sonra belə bir sual ortaya çıxsın: Əgər İlqar Mehmetoğlu “SOCAR Turkey Energy” şirkətində belə böyük bir status sahibidirsə, bəs indi niyə boş olan icraçı direktorunun birinci müavini vəzifəsinə irəli çəkilmir? Birmənalı deyə bilərik ki, əslində bu suala bir az əvvəl, elə bu yazıda söylədiyimiz cavab da var:”Hələ təhsil illərində savadı, elmi bilikləri və istedadı ilə başqalarından seçilməsə də, hizmət çocuğu kimi başqalarından ciddi bir çəkildə seçilə bilirdi. Təhsil illərində əslində ciddi bir tərzdə dərs də oxumaz, amma bütün gün hizmətdəki islərdəki fəallığı ilə seçilənlərdən olduğu üçün imtahanları uğurla və müvəffəq qiymətlərlə başa vuranlardan idi”. Şübhəsiz ki, təkcə xidmətinə görə seçilən birisini yüksək təhsili və intellekti ilə fərqlənən Amerika təcrübəsi keçmiş Samir Kərimli ilə bir tərəziyə qoymaq mümkünsüzdü. Amma o, şirkətdə gördüyü bir sıra işlərlə, o cümlədən” paralel yapı” təriqətinin kadrlarının mükəmməl bir şəkildə yerləşdirilməsində üstün olduğunu əməli fəaliyyəti ilə ortaya qoyub və təəssüf ki, bu fəaliyyətini bu gün də uğurla davam etdirməkdədir. Əvəzində isə Azərbaycan dövlətinin iqtisadi siyasətinin tərəqqisinə xidmət edən SOCAR rəhbəri Rövnəq Abdullayevin Türkiyədə və ümumən bütün xaricdə Azərbaycanın ən böyük layihəsi olan “Petkim” şirkətinin direktorlar şurasının rəhbəri Vaqif Əliyevin də nurçu təriqətin adamı olduğu iddia edilir. Hətta fətullahçıların SOCAR-a yerləşdirilməsində onların mühüm rolunun olduğu da bildirilir.Amma əsl fəaliyyətin İlqar Mehmetoğlu kimilərə məxsus olduğu isə hələlik ustalıqla gizlədilməkdədir,olsa-bu hələlik mümkündür…
   P.S.  Bu günlərdə “SOCAR Turkey Energy”nin icraçı direktoru Kənan Yavuz da vəzifəsindən uzaqlaşdırıldı. Görəsən, bu da Gülən təriqətinin yeni uğuru idimi?! Hər halda,  bu da ən yaxın zamanlarda bəlli olacaq…
Previous Post

Gülən təriqətinin “SOCAR-Türkiyə”dəki uzaqvuran TOPU-İlqar Mehmetoğlu

Next Post

Kəmaləddin Heydərovdan hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ

Bənzər yazılar

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14

Bakıda təşkil olunan voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir oyun baş tutub. Elchi.az  xəbər verir ki, günün ikinci...

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

UEFA Konfrans Liqası: Mahir Emreli “Rakuv”da növbəti qolunu vurub

27 Avqust 2026 - 23:12

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşanın "Rakuv" klubunda növbəti qolunu vurub. Elchi.az xəbər verir ki, 29 yaşlı hücumçu Xorvatiyanın "Hayduk"...

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

“Qarabağ” nigeriyalı hücumçu Taofik İsmahili heyətinə qatıb

27 Avqust 2026 - 23:10

"Qarabağ" növbəti futbolçu transferini gerçəkləşdirib. Elchi.az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb. Polşanın "Qurnik" (Zabje) klubu ilə...

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

Gürcüstanda 20 mindən çox tələbə dövlət hesabına təhsil alacaq

27 Avqust 2026 - 23:09

Gürcüstanda 2026-cı il üzrə vahid milli imtahanların nəticələri açıqlanıb. İmtahanlarda iştirak edən 39 689 abituriyentin 34 150-si ali və ya...

Next Post

Kəmaləddin Heydərovdan hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ

Kəmaləddin Heydərovdan hər iki ayağını itirmiş Qarabağ qazisi ilə bağlı GÖSTƏRİŞ

Son xəbərlər

Kolumbiya meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan etdi

Kolumbiya meşə yanğınları səbəbindən fövqəladə vəziyyət elan etdi

28 Avqust 2026 - 11:16
Nepalda baş verən daşqınlarda ölənlərin sayı 469-a çatıb

Nepalda baş verən daşqınlarda ölənlərin sayı 469-a çatıb

28 Avqust 2026 - 11:08
Səfir: Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri möhkəmlənməyə davam edəcək

Səfir: Azərbaycan-Türkiyə qardaşlıq əlaqələri möhkəmlənməyə davam edəcək

28 Avqust 2026 - 10:55
Tramp: İran çökməkdə olan bir ölkədir

Tramp: İran çökməkdə olan bir ölkədir

28 Avqust 2026 - 10:42
UEFA-dan Infantinoya qarşı ciddi hüquqi addım

UEFA-dan Infantinoya qarşı ciddi hüquqi addım

28 Avqust 2026 - 10:37
DİM: Xarici dil serifikatlarının verilməsində qeyri-şəffaf üsullardan istifadə halları aşkar olunub

Ali təhsil müəssisələrinə qəbul olunanların qeydiyyatı başlayır

28 Avqust 2026 - 10:28
Zaxarova Zelenskinin yalanlarından danışdı

Rusiya İngiltərənin hərbi obyektlərini vurmaqla hədələdi

28 Avqust 2026 - 10:20
Hava ilə bağlı xəbərdarlıq: Yağış yağacaq

Bəzi rayonlarda leysan olub, Bakıda külək əsir – FAKTİKİ HAVA

28 Avqust 2026 - 10:12
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Ali məktəblərin boş qalan plan yerlərinə və kolleclərə ixtisas seçimi başlayıb

28 Avqust 2026 - 10:04
Bu məlumatları heç kimlə paylaşmayın! – DİN

DİN saxta kirayə mənzil təklifləri ilə bağlı tələbələrə müraciət edib

28 Avqust 2026 - 09:51
Gəncədə sərxoşluq səbəbindən xəstəxanaya yerləşdirilən kişi ölüb

Küləkli hava ilə bağlı iki nəfər xəsarət alıb

28 Avqust 2026 - 09:46
Dünya birjalarında neft bahalaşıb

Azərbaycan neftinin qiyməti 92 dolları ötüb

28 Avqust 2026 - 09:32
Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

Göyçayda narkotik tərkibli bitkilər yetişdirən şəxs tutulub

28 Avqust 2026 - 09:25
Bu günün valyuta məzənnələri

Bu günün valyuta məzənnələri

28 Avqust 2026 - 09:14
Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

Avropa çempionatı: Portuqaliya Bakıda Rumıniyanı məğlub edib

27 Avqust 2026 - 23:14
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.