"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan yenidən terror hədəfində – Qərb nəşrindən sensasion xəbərdarlıq

22 Dekabr 2016 - 09:32
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Azərbaycan yenidən terror hədəfində - Qərb nəşrindən sensasion xəbərdarlıqXain terror coğrafiyasını böyüdür; İŞİD Rusiyanın Bakıdakı səfirliyini də hədəf götürdü; Bakı-Kreml münasibətləri növbəti sınaqla üz-üzə; Moskva isə Ankara ilə vizasız gediş-gəliş məsələsini dondurdu – səbəb; ekspert müdhiş plandan danışdı…

 
Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətlə yetirilməsi bölgədə və onun ətrafında yeni situasiya yaradıb. Şəksiz ki, Azərbaycana da təsirsiz ötüşməyəcək bu situasiya böyük ehtimalla, dost-müttəfiqlərin yeni sırasını müəyyən edəcək, Yaxın Şərq (Suriya, İraq) böhranının həllinin hansı istiqamətdə gedəcəyinə əhəmiyyətli aydınlıq gətirəcək. 
Görünür, elə bundan çıxış edən regiondakı terror qruplaşmaları da öz yaxın taktikalarına düzəliş eləməyə qərar veriblər. Belə ki, qəddar terror qruplaşması İŞİD Rusiyanın Ankaradakı səfirinin güllələnməsindən sonra bu ölkənin başqa dövlətlərdəki səfirliklərinin də hədəfə alınacağını elan edib.
*****
“The Sun” nəşri xəbər verir ki, terror təşkilatı Rusiyanın hansı ölkələrdəki səfirliklərinin hücumlara məruz qalacağına dair PDF formatında siyahı və səfirliklərin yerləşdikləri ünvanları yayıb (virtualaz.org). Siyahıda Rusiyanın Bakıdakı səfirliyi də var. Bununla belə, İŞİD-in Rusiyanın Ankaradakı səfirinin güllələnməsinə görə məsuliyyəti üzərinə götürdüyü barədə məlumat yoxdur. Qeyd edək ki, Türkiyə hökumət dairələri səfiri güllələyən polis əməkdaşının FETÖ, yaxud “əl-Qaidə” bağlılığı haqda danışır.
 
Image result for DAESH
İŞİD-in yaydığı siyahıya əsasən, bu terror qruplaşması Rusiyanın Kampala (Uqanda), Tehran (İran), Bakı (Azərbaycan), Tirana (Albaniya) və bəzi digər müsəlman ölkələrinin paytaxtlarında yerləşən səfirliklərinə terror hücumları həyata keçirəcəyini bildirir. Göründüyü kimi, söhbət əsasən Rusiyaya loyal və ya neytral ölkələrdən gedir.
Image result for Karlovun vurulması
Sözsüz ki, bu və digər təhlükələrin artacağından həm Rusiya, həm də bu ölkənin səfirliklərinin olduğu ölkələr, xüsusən də böhran bölgəsinə yaxın dövlətlər, o sırada Azərbaycan artıq xəbərdardır. Təsadüfi deyil ki, Andrey Karlovun öldürülməsindən sonra Rusiyanın Bakıdakı səfirliyinin təhlükəsizliyi gücləndirilib. Heç şübhəsiz, bu fonda təhlükəsizlik tədbirləri tərəfdaş ölkələrin xüsusi xidmət orqanları ilə əlaqəli şəkildə aparılacaq, eyni zamanda Azərbaycandakı İŞİD simpatizanlarının axtarışı birə-üç intensiv şəkil alacaq.
Rusiya prezidenti Vladimir Putin isə bildirib ki, xüsusi xidmət orqanlarının rəhbərlərinə xaricdəki səfirliklərin və diplomatların mühafizəsinin gücləndirilməsi üçün xarici həmkarları ilə əməkdaşlığı genişləndirmək barədə göstəriş verib. Ehtimal olunur ki, bu göstəriş riskli ölkələrdəki Rusiya səfirliklərinin və diplomatlarının mühafizəsini təmin etmək üçün xüsusi təyinatlıların göndərilməsini də nəzərdə tutur.
Image result for Baku
*****
Bu arada Moskvanın terror təhlükəsinə qarşı başqa bir qərarı məlum olub. Bəlli olub ki, səfirin qətlindən sonra Rusiya Türkiyə ilə vizasız rejimə dair aparılan danışıqları dondurub. Bu iddia ilə Rusiyanın “İzvestiya” nəşri çıxış edib. Qəzetin XİN-dəki mənbələrinə istinadən yaydığı məlumata görə, danışıqlar qeyri-müəyyən vaxtadək təxirə salınıb.
 
Bildirilir ki, Rusiya hökuməti Türkiyədəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər görəcək. “Türkiyə hökuməti ölkəyə gələn şəxslərin təhlükəsizliyinin təmin edilməsi istiqamətində ciddi işlər görməkdə davam etməlidir və Rusiyaya səfər etmək niyyətində olanların hamısının əsaslı yoxlanılmasına zəmanət verməlidir”, – deyə mənbə bildirib. 
 
Image result for Karlovun vurulması
Qaynağın sözlərinə görə, son zamanlar baş vermiş faciəli hadisələr və cari ildə olmuş bir sıra insidentlərə görə Rusiya Türkiyə ilə viza rejimini ləğv etməyə hazır deyil. Maraqlıdır ki, bir neçə ay əvvəl səfir Andrey Karlov da Türkiyə vətəndaşları üçün viza rejiminin ləğvinə tələsməməyə çağırmışdı. Onun fikrincə, ölkədə təhlükəsizliyin təmin edilməsi üçün bütün tədbirlər görülməlidir.
*****
Image result for DAESH
Əslində baş verənlər məntiqli və anlaşılandır. Ancaq son terror aktından dolayı Rusiya və Türkiyə ilə bağlı daha uzağa gedən hədəflərin də olduğu iddia olunur. Məsələn, politoloq Qabil Hüseynliyə görə, açıq-aşkar Rusiya və Türkiyəni qarşı-qarşıya gətirmək məqsədi güdülür. Qətlin Rusiya-Türkiyə-İran xarici işlər nazirlərinin Moskva görüşü ərəfəsinə təsadüf etməsinə toxunan politoloq Karlovun ölümünü birbaşa Rusiya-Türkiyə münasibətlərinə qarşı sui-qəsd adlandırıb (axar.az).
“Bu hadisənin Rusiya, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli Moskva görüşü ərəfəsinə təsadüf etməsi bölgədə etimadsızlıq mühiti yaratmaq və daha çox Türkiyəyə zərər vurmaq məqsədi daşıyır. Eyni gündə Amerikanın Türkiyədəki səfirliyində sui-qəsd cəhdi isə bu işin arxasında böyük bir şəbəkənin durduğunu göstərir. Çünki yalnız Türkiyənin pisliyini istəyən qüvvələr belə xain hərəkətə yol verərdi. Açıq-aşkar Rusiya və Türkiyəni qarşı-qarşıya gətirmək istəyirlər”.
 
Image result for ABD elçilik binası önünde
Sabiq dövlət müşavirinə görə, eyni gündə baş verən üç hadisə – Karlovun ölümü, ABŞ-ın Türkiyə səfirliyinə hücum cəhdi və Rusiyada daha bir yüksək rütbəli məmurun qətlə yetirilməsi çox uzaqlara gedən nəticələr çıxarmağa əsas verir: “Görünür, Rusiya və Türkiyə əleyhinə müəyyən qruplaşmalar hərəkətə keçib. Ən maraqlısı isə odur ki, hadisələr baş verən gün BMT-də Rusiyanın Krımdakı insan haqları ilə bağlı məsələ qaldırılıb və qəbul edilib. Bölgədə çox ciddi hadisələr cərəyan edir və bunun bir qismi Rusiyanın yeritdiyi siyasətlə bağlıdır. Rusiyanın Hələbdə qətliama yol verdiyinə dair müddəaları da buraya əlavə ediblər. Artıq bir sıra Qərb dövlətləri bu məsələnin BMT səviyyəsində müzakirəsini istəyir və Rusiyanın Suriyada irimiqyaslı əməliyyat siyasəti həyata keçirdiyini qeyd edirlər. İndi bu məsələnin məhz Ankarada düyünlənməsi və Türkiyəni prosesə cəlb etmək planının iflasa uğraması xəyal qırıqlığına səbəb olub. Bu aksiya bir tərəfdən Rusiya əleyhinə yönəlsə də, digər tərəfdən anti-Türkiyə xarakteri daşıyır”.
Image result for Qabil Hüseynli
Q.Hüseynli hazırda məlum hadisədən dolayı bir sıra ölkələrin Türkiyədəki səfirliklərini bağlamasına da münasibət bildirib: “Bəziləri bunu təhlükəsizlik nöqteyi-nəzərindən etsə də, bəzilərinin müəyyən məsələlərdə iz qoymamaq üçün ümumi addımlara qoşulması istisna edilmir”.
*****
Bütün bunlar şübhə yox ki, dövlətlərarası münasibətlərin də yeni keyfiyyət mərhələsinə adladığını və ciddi sınaqla üzləşdiyini göstərir. Azərbaycan və onun digər ölkələrlə münasibətləri də istisna deyil.
Previous Post

Azərbaycan yenidən terror hədəfində – Qərb nəşrindən sensasion xəbərdarlıq

Next Post

Ərdoğan Karlovun qatilinin öldürülmə səbəbini açıqladı

Bənzər yazılar

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

Azərbaycanla Özbəkistan arasında qərargah danışıqları keçirilib

09 Sentyabr 2026 - 19:04

Cari il üçün təsdiq olunmuş ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Azərbaycan və Özbəkistan respublikalarının Müdafiə nazirlikləri arasında "Hərbi əməkdaşlıq sahəsində...

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

İranın Cask limanı yaxınlığında partlayış səsi eşidilib

08 Sentyabr 2026 - 23:12

İranın liman şəhəri olan Caskda partlayış səsi eşidilib. Elchi.az  "Fars" agentliyinə istinadən xəbər verir ki, partlayışlar saat 21:45 (Bakı vaxtı...

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

Mədənizadə: İranın əsas mallarının təminatında problem yoxdur

08 Sentyabr 2026 - 23:03

İranın əsas mallarının təminatında problem yoxdur. Elchi.az  ISNA-ya istinadən xəbər verir ki, bunu İranın iqtisadiyyat naziri Seyid Əli Mədənizadə bildirib....

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

AFFA nümayəndəsi Kifayət Mustafayeva UEFA tərəfindən təyinat alıb

08 Sentyabr 2026 - 23:01

AFFA-nın Sosial və Ətraf Mühit Dayanıqlığı şöbəsinin rəhbəri Kifayət Mustafayeva UEFA-dan təyinat alıb. AFFA-dan Elchi.az - a verilən məlumata görə,...

Next Post

Ərdoğan Karlovun qatilinin öldürülmə səbəbini açıqladı

Ərdoğan Karlovun qatilinin öldürülmə səbəbini açıqladı

Son xəbərlər

Yunanıstanda yanğın nəticəsində 8000 dekar ərazi zərər görüb

Yunanıstanda yanğın nəticəsində 8000 dekar ərazi zərər görüb

10 Sentyabr 2026 - 12:21
Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

10 Sentyabr 2026 - 12:13
Məqsədli büdcə fondları ləğv ediləcək

Məqsədli büdcə fondları ləğv ediləcək

10 Sentyabr 2026 - 12:01
Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib

Büdcədənkənar vəsaitlər hesabına verilən vəzifə maaşına əlavələrin yuxarı hədləri müəyyyənləşib

10 Sentyabr 2026 - 11:56
Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərilib – FOTO

Azərbaycandan tranzit keçməklə Ermənistana 20 vaqon arpa və 21 vaqon buğda göndərilib – FOTO

10 Sentyabr 2026 - 11:49
Filippində sərnişin bərəsində yanğın: 5 ölü, 87 nəfər itkin düşüb

Filippində sərnişin bərəsində yanğın: 5 ölü, 87 nəfər itkin düşüb

10 Sentyabr 2026 - 11:40
Dünya avqust ayında qeydə alınan ən isti ayı yaşadı

Dünya avqust ayında qeydə alınan ən isti ayı yaşadı

10 Sentyabr 2026 - 11:31
Lerik-Lənkəran sərhəddində zəlzələ oldu

Xəzərdə zəlzələ olub

10 Sentyabr 2026 - 11:24
Çində gənədən keçən yeni virusla bağlı xəbərdarlıq!

Çində gənədən keçən yeni virusla bağlı xəbərdarlıq!

10 Sentyabr 2026 - 11:18
Tramp: İranla müharibə aralıq seçkilərindən sonra bitəcək

Tramp: İranla müharibə aralıq seçkilərindən sonra bitəcək

10 Sentyabr 2026 - 11:10
İranla müharibə 2029-cu ilə qədər davam edə bilər

İranla müharibə 2029-cu ilə qədər davam edə bilər

10 Sentyabr 2026 - 10:57
MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır

10 Sentyabr 2026 - 10:53
NASA Marsda sirli deşiklər aşkar edib

NASA Marsda sirli deşiklər aşkar edib

10 Sentyabr 2026 - 10:46
Süni intellektdə liderlik yarışı: Sıralama bir həftədə 3 dəfə dəyişdi

Süni intellektdə liderlik yarışı: Sıralama bir həftədə 3 dəfə dəyişdi

10 Sentyabr 2026 - 10:34
Ceyhun Bayramov Macarıstana işgüzar səfərə gedib

Azərbaycan son 15 il ərzində 140-dan çox ölkəyə beynəlxalq yardım göstərib

10 Sentyabr 2026 - 10:22
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.