"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Azərbaycan vətəndaşı Kiprdə İrana casusluq ittihamı ilə tutulub: Avropa Tehrandan gələn təhlükənin real olduğunu anlamalıdır – TƏHLİL

31 İyul 2026 - 17:46
in SİYASƏT
FacebookVatsap

İranın ölkə hüdudlarından kənarda həyata keçirdiyi təsir və kəşfiyyat fəaliyyəti artıq təkcə Yaxın Şərqə aid regional təhlükəsizlik problemi deyil. Son illər Böyük Britaniya, Almaniya, Fransa, Kipr, Niderland və digər Avropa ölkələrində SEPAH-la əlaqəli şəxslər, casusluq şəbəkələri, dini-ideoloji təsir mexanizmləri və xarici dövlətlərin maraqlarına xidmət edən şəxslərlə bağlı aparılan istintaqlar göstərir ki, Tehran Avropada uzunmüddətli və sistemli təsir strategiyası həyata keçirir.

Bunu da oxuyun

Xəzər dənizi ilə bağlı mühüm qərar

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub – FOTO

ATƏT-in sədri Azərbaycana gələcək

İran müxtəlif ölkələrdə yaşayan Azərbaycan mənşəli şəxsləri casusluğa cəlb edir

Bu strategiyanın diqqət çəkən istiqamətlərindən biri müxtəlif ölkələrdə yaşayan azərbaycanlıların və Azərbaycan mənşəli şəxslərin İranın geosiyasi maraqları naminə istifadə edilməsinə yönəlmiş cəhdlərdir. Son hadisələr göstərir ki, Tehran təkcə öz vətəndaşlarını deyil, ayrı-ayrı ölkələrin vətəndaşlarını da öz təsirinə salır, kəşfiyyat fəaliyyətinə cəlb etməyə çalışır. Bu isə Azərbaycanın illərdir səsləndirdiyi xəbərdarlıqların, əslində, bütün Avropanın təhlükəsizliyi ilə bağlı olduğunu bir daha təsdiqləyir.

Son belə hadisə 2026-cı ilin iyulunda Kiprdə qeyd alınıb.

“The Jerusalem Post” nəşri yazır ki, Böyük Britaniya və Azərbaycan vətəndaşı olan Rəşad Sultanov Kiprdə yerləşən “RAF Akrotiri” hərbi bazası barədə məlumat toplamaq və həmin məlumatları İran İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) ötürmək ittihamı ilə saxlanılıb.

The entrance of RAF Akrotiri pictured on March 2, 2026 in Akrotiri, Cyprus.

London polisinin yaydığı məlumata görə, ikili Britaniya-Azərbaycan vətəndaşı olan şəxs Aralıq dənizi adasındakı Britaniya hava bazası haqqında məlumatları SEPAH-a ötürməkdə şübhəli bilinərək Kiprdə həbs edilib.

Açıqlamada bildirilir ki, Şimali Londondakı İslinqtondan olan 44 yaşlı Rəşad Sultanov 17 iyulda Kipr hakimiyyəti tərəfindən həbs olunub və ekstradisiya prosesləri davam etdiyi üçün həbsdə saxlanılır.

Britaniya polisi bu işi Milli Təhlükəsizlik Aktı çərçivəsində xaricdə apardığı ilk istintaq kimi qiymətləndirib.

“The Jerusalem Post” nəşri xatırladır ki, bir müddət əvvəl SEPAH ABŞ qüvvələrinin İrana qarşı hərbi əməliyyatda istifadə etdiyi istənilən Britaniya hərbi bazasına hücum etməklə hədələyib.

İranın köhnə strategiyası yeni coğrafiyada

İranın dini və ideoloji platformalar üzərindən müxtəlif ölkələrdə təsir şəbəkələri qurması yeni hadisə deyil. Tehran uzun illərdir, dini mərkəzlər, ictimai birliklər, media resursları və fərdi əlaqələr vasitəsilə müxtəlif ölkələrdə nüfuz qazanmağa çalışır. Məqsəd həmin şəxslərdən informasiya toplamaq, ictimai rəyə təsir göstərmək, zərurət yarandıqda isə onları kəşfiyyat və ya digər əməliyyatlarda istifadə etməkdir.

Qərb təhlükəsizlik qurumlarının son araşdırmaları göstərir ki, bu fəaliyyət yalnız İran vətəndaşları ilə məhdudlaşmır. Tehran ikili vətəndaşlardan, diaspor nümayəndələrindən və müxtəlif ölkələrdə yaşayan şəxslərdən də istifadə etməyə çalışır. Son aylarda Azərbaycan mənşəli şəxslərin Avropada aparılan casusluq istintaqlarında adının hallanması bu modelin coğrafiyasının genişləndiyini göstərir.

Azərbaycan isə bu təhlükə ilə uzun illərdir üzləşən ölkələrdən biridir. Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycanda son illərdə İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan şəxslərə qarşı çoxsaylı əməliyyatlar keçirib. Rəsmi məlumatlara görə, casusluq, dövlətə xəyanət və xarici dövlətin tapşırıqlarını yerinə yetirməkdə təqsirləndirilən şəxslər saxlanılıb və bir sıra işlər üzrə məhkəmə qərarları çıxarılıb. Bu faktlar İranın Azərbaycanda agentura şəbəkəsi formalaşdırmağa cəhd göstərdiyini ortaya qoyur.

Ən böyük təhlükə Avropanın özünədir

Iranian spy network operating in London under cover of Press TV | The  Jerusalem Post

İranın bu fəaliyyəti, ilk növbədə, Avropa dövlətlərinin milli təhlükəsizliyi üçün risk yaradır. Burada söhbət İranın Avropa ərazisində agent şəbəkələri formalaşdırmaq, müxtəlif icmalarda təşkilatlanmaq və təhlükəsizlik sistemlərinə nüfuz etmək cəhdlərindən gedir.

Casusluq, terror hazırlığı, xarici təsir əməliyyatları və radikallaşma kimi risklər, ilk növbədə, Avropa ölkələrinin hüquq-mühafizə və təhlükəsizlik qurumlarının problemidir.

Rəşad Sultanov işi də məhz bu kontekstdə diqqət çəkir. İttihama görə, İran Avropada yaşayan Azərbaycan mənşəli şəxsdən strateji hərbi obyekt barədə məlumat toplamaq məqsədilə istifadə etməyə çalışıb. Bu iddialar məhkəmə prosesində təsdiqlənərsə, İranın təsir və kəşfiyyat şəbəkələrinin artıq birbaşa Avropa dövlətlərinin milli təhlükəsizliyini hədəfə aldığı barədə mühüm presedent formalaşa bilər.

Azərbaycanda fəaliyyətinə son qoyulmuş iranmeylli dini şəbəkənin Almaniya XİN-də nə işi var?

Hansısa ölkədə İranın təsiri altında fəaliyyət göstərən şəxslər mövcuddursa, onlar gələcəkdə həmin dövlətlərin milli təhlükəsizliyi üçün potensial təhlükə kimi qiymətləndirilməlidir.

Baş verənlərin fonunda Almaniyanın son dövrlərdə nümayiş etdirdiyi yanaşma müəyyən suallar yaradır. Bir tərəfdən Avropa ölkələri İranın casus şəbəkələri, SEPAH-la əlaqəli şəxslər və xarici təsir əməliyyatları barədə narahatlıqlarını dilə gətirir, digər tərəfdən isə Almaniyada İranın narrativlərini təbliğ edən, Tehranla əlaqələndirilən bəzi şəxslər müxtəlif siyasi və diplomatik platformalarda qəbul edilir, onların Azərbaycanla bağlı iddiaları dinlənilir.

Azərbaycanda fəaliyyətinə son qoyulmuş iranmeylli dini şəbəkənin Almaniyada yaşayan nümayəndələrinin bir müddət əvvəl bu ölkənin Xarici İşlər Nazirliyində qəbul edilmələri Berlinin yanaşmasında ciddi suallar yaradır.

Məsələ burasındadır ki, Almaniya təkcə Azərbaycanı hədəf götürmüş xəyanətkarları deyil, həm də İranın təsiri altında olan və İran xüsusi xidmət orqanlarının nəzarəti və göstərişləri ilə hərəkət edən dini şəbəkənin nümayəndələrinə orada yaşamaq, fəaliyyət göstərmək imkanı yaradır. Maraqlıdır ki, Berlin bunun ölkə üçün hansı təhlükələr törədə biləcəyinin fərqində deyil. Almaniya hüquq-mühafizə orqanları İranın maraqlarına xidmət edib vətəni Azərbaycana xəyanət yolunu tutmuş şəxslərin yad ölkə olan Almaniyanı bir anda sata biləcəyini nəzərə almalıdır.

Qeyd olunmalıdır ki, “Müsəlman Qardaşları” Hərəkatı adlanan bu şəbəkənin Azərbaycanda Hizbullahın bir qanadı kimi fəaliyyətini təmin edilməsi istiqamətində iş aparılırdı. Bu şəbəkə terror vasitəsilə Azərbaycanda hakimiyyət çevrilişi etmək və şəriət dövləti qurmağı planlaşdırmışdı. Lakin müvafiq orqanların ayıq-sayıqlığı və zamanında görülmüş tədbirlər nəticəsində bu planlar iflasa uğradı, şəbəkə dağıdıldı və fəaliyyətinə son qoyuldu.

İndi bu şəbəkənin törtöküntüləri Avropa ölkələrinin rəsmi instansiyalarını qapı-qapı gəzərək Azərbaycanda guya dini azadlıqların pozulduğu barədə rəy formalaşdırmaq istəyirlər. Əslində isə məqsəd həmin ölkələrdə fəaliyyəti legitimləşdirmək, genişləndirmək və təsir imkanlarını artırmaqdır.

Elə bu yaxınlarda Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı Azərbaycan rəsmilərini izləyən və təxribat törətmək niyyətində olan xainlərdən biri Ələmdar Bünyadov da bu qəbildəndir.

O da guya Azərbaycanda hüquqları pozulduğuna görə Almaniyada sığınacaq aldığını bildirib. Halbuki “Müsəlman Qardaşları” Hərəkatının İranın diqtəsi və maraqları ilə hərəkət etdiyi hər kəsə məlumdur. Məhz bu səbəbdən Azərbaycanın hüquq-mühafizə orqanları bu hərəkatın planlarını alt-üst etdi, İran şəbəkəsinə daxil olan bəzi şəxslər isə ölkəni tərk edərək Almaniya və digər yerlərdə sığınacaq tapdı.

Sual olunur, nəyə görə Almaniya hökuməti İran xüsusi xidmət orqanlarının nəzarətində olan bu şəbəkəyə qucaq açır, onlar XİN-də qəbul olunur və dinlənilir?

Sabah bu ünsürlər İrandan verilən təlimat əsasında Almaniyada hansısa terror aktı törətsələr, buna görə kim məsuliyyət daşıyacaq? Əlbəttə ki, Azərbaycan deyil, bilavasitə Almaniya hökuməti…

Almaniya xüsusi xidmət orqanlarının gözü qarşısında İranın nəzarətində olan insanlar yeni şəbəkə qururlar. Bunun qarşısını almaq əvəzimə, Almaniya XİN onları qəbul edib dinləyir.

O da bəllidir ki, İran müxtəlif ölkələrdə – Avropadan tutmuş Gürcüstana kimi azərbaycanlılardan ibarət hücrələr yaradır. Gələcəkdə onların hansı məqsədlər üçün istifadə olunacağını başa düşmək o qədər də çətin deyil.

Avropa ölkələri, xüsusilə Almaniya bu real təhlükəni adekvat qiymətləndirməli və təsirli tədbirlər görməlidir. Yoxsa nəticəsi acınacaqlı ola biləcək xoşagəlməz hallarla qarşılaşacaq, bunun məsuliyyətini də özü daşıyacaq.

Azərbaycanın xəbərdarlıqları

Son aylar Avropada ifşa olunan casus şəbəkələri və İranın xarici təsir şəbəkələri ilə bağlı aparılan istintaqlar göstərir ki, Azərbaycanın illərdir səsləndirdiyi xəbərdarlıqlar əsassız olmayıb. Rəşad Sultanov işi və başqa analoji hadisələr İranın Avropada yaşayan bəzi Azərbaycan mənşəli şəxsləri kəşfiyyat və müşahidə fəaliyyətinə cəlb etməyə çalışdığını bir daha sübut edir.

Bu gün bu məsələ artıq Azərbaycan-İran münasibətləri səviyyəsini aşıb. İran artıq Azərbaycana xəyanət etmiş şəxslərlə Avropanın təhlükəsizliyini təhdid edir. Burada söhbət Avropanın öz təhlükəsizlik sistemini xarici təsirlərdən, indiki halda konkret İrandan qorumasından gedir. Əgər İran Avropa ölkələrində yaşayan şəxsləri hərbi obyektlər barədə məlumat toplamaq, təsir əməliyyatları həyata keçirmək və ya kəşfiyyat fəaliyyətinə cəlb etmək imkanına malikdirsə, bu, ilk növbədə, həmin ölkələrin milli təhlükəsizlik orqanlarını narahat etməlidir.

Belə şəraitdə əsas sual Azərbaycanın nə dediyi deyil, Avropa paytaxtlarının bu xəbərdarlıqlardan hansı nəticəni çıxaracağıdır. Xüsusilə Almaniya kimi aparıcı Avropa dövlətləri təhlükəsizlik siyasəti ilə siyasi dialoq arasında yaranan ziddiyyəti aradan qaldırmalı, İranın təsir şəbəkələrinin rəsmi platformalara çıxış imkanlarını daha həssas şəkildə qiymətləndirməlidirlər. Yalnız bu halda İranın Avropada qurmağa çalışdığı təsir və agentura infrastrukturunun qarşısını almaq, təhlükəsizliyi etibarlı təmin etmək mümkün olacaq.

Previous Post

Polşa XİN ölkənin cənub-şərqində düşən obyektə görə Rusiya səfirini çağırıb

Next Post

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub – FOTO

Bənzər yazılar

Xəzər dənizi ilə bağlı mühüm qərar

Xəzər dənizi ilə bağlı mühüm qərar

31 İyul 2026 - 17:59

Baş nazir Əli Əsədov Xəzər dənizinin ölkəmizə mənsub olan bölməsindəki su obyektinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi...

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub – FOTO

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub – FOTO

31 İyul 2026 - 17:48

Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva iyulun 31-də Çolpon-Ata şəhərində Qırğız Respublikasının birinci xanımı Ayqul Japarova və Özbəkistan Respublikasının birinci...

ATƏT-in sədri Azərbaycana gələcək

ATƏT-in sədri Azərbaycana gələcək

31 İyul 2026 - 14:45

İsveçrənin federal xarici işlər naziri İqnasio Kasis Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri qismində Azərbaycana rəsmi səfər...

Prezident İlham Əliyev: Azərbaycan Məşvərətçi Görüş formatının fəal üzvü olacaq

Prezident İlham Əliyev: Azərbaycan Məşvərətçi Görüş formatının fəal üzvü olacaq

31 İyul 2026 - 12:26

“Azərbaycan Məşvərətçi Görüş formatının fəal üzvü olacaq”. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya...

Next Post
Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub – FOTO

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub - FOTO

Sosial məzuniyyət kimlərə şamil edilir?

Sosial məzuniyyət kimlərə şamil edilir?

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Dünya çempionatı: Gülxanım Şirinova bürünc medal uğrunda görüşdə məğlub olub – YENİLƏNİB

Dünya çempionatı: Gülxanım Şirinova bürünc medal uğrunda görüşdə məğlub olub – YENİLƏNİB

31 İyul 2026 - 18:43
Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər

Diaspor Gənclərinin 7-ci Yay Düşərgəsinin iştirakçıları Azərbaycana gəliblər

31 İyul 2026 - 18:35
Aİ xəbərdarlıq etdi: Yanğınlar bütün Avropanı bürüyə bilər

Aİ xəbərdarlıq etdi: Yanğınlar bütün Avropanı bürüyə bilər

31 İyul 2026 - 18:20
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xidmətlərindən məmnunluq sorğusu keçirir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xidmətlərindən məmnunluq sorğusu keçirir

31 İyul 2026 - 18:19
Xəzər dənizi ilə bağlı mühüm qərar

Xəzər dənizi ilə bağlı mühüm qərar

31 İyul 2026 - 17:59
Sosial məzuniyyət kimlərə şamil edilir?

Sosial məzuniyyət kimlərə şamil edilir?

31 İyul 2026 - 17:48
Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub – FOTO

Birinci xanım Mehriban Əliyeva Çolpon-Ata şəhərində “Altın-Balalık” sağlamlıq və reabilitasiya mərkəzi ilə tanış olub – FOTO

31 İyul 2026 - 17:48
Azərbaycan vətəndaşı Kiprdə İrana casusluq ittihamı ilə tutulub: Avropa Tehrandan gələn təhlükənin real olduğunu anlamalıdır – TƏHLİL

Azərbaycan vətəndaşı Kiprdə İrana casusluq ittihamı ilə tutulub: Avropa Tehrandan gələn təhlükənin real olduğunu anlamalıdır – TƏHLİL

31 İyul 2026 - 17:46
Polşa XİN ölkənin cənub-şərqində düşən obyektə görə Rusiya səfirini çağırıb

Polşa XİN ölkənin cənub-şərqində düşən obyektə görə Rusiya səfirini çağırıb

31 İyul 2026 - 17:36
Bu ay Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

Bu ay Maliyyə Nazirliyi tərəfindən 4 depozit hərracı keçirilib

31 İyul 2026 - 17:24
Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

Şuşada təcili tibbi yardım bölməsi istifadəyə verilib

31 İyul 2026 - 17:15
Polşa qırıcıları Baltik üzərində Rusiya təyyarəsinə görə havaya qalxıb

Polşa qırıcıları Baltik üzərində Rusiya təyyarəsinə görə havaya qalxıb

31 İyul 2026 - 17:09
Aİ-nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

Aİ-nin süni intellekt qaydalarında yeni mərhələ başlayır

31 İyul 2026 - 16:57
FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi

FHN-in Bakı Regional Mərkəzi mülki müdafiə məşqi keçirdi

31 İyul 2026 - 16:45
Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb

Xəzər rayonunda 45 kq narkotik aşkarlanıb

31 İyul 2026 - 16:37
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.