"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Azərbaycan G20 sammitindən nə qazandı? – TƏHLİL

18 Noyabr 2015 - 10:52
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

İdeoloji manipulyasiyalara şahidlik edən nəsil

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

“İyirmilər” qrupu (The Group of Twenty – G20) üzvlərinin beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində müzakirələrin aparılması və birgə qərarların qəbul olunması məqsədilə təşkil olunan forumudur. Məhz qlobal iqtisadiyyatın tənzimlənməsi və iqtisadi münasibətlərin əlaqələndirilməsi məqsədilə 2008-ci ildən etibarən G20-ə üzv olan 19 dövlət və Avropa Birliyinin rəhbərləri hər il toplanaraq məsləhətləşmələr aparırlar.

G20-yə üzv olan Argentina, Avstraliya, Braziliya, Kanada, Çin, Fransa, Almaniya, Hindistan, İndoneziya, İtaliya, Yaponiya, Cənubi Koreya, Meksika, Rusiya, Səudiyyə Ərəbistanı, CAR, Türkiyə, Böyük Britaniya, ABŞ və Avropa Birliyi ümumilikdə dünya əhalisinin 2/3-ni, qlobal ümumi daxili məhsulun 85 faizini, qlobal ticarətin isə 75 faizini əhatə edirlər.

2015-ci il ərzində G20-yə Türkiyə sədrlik edir və builki forumun gündəliyinə qlobal potensialın bərpası və artırılması, davamlılığın yüksəldilməsi və dəstəklənməsi kimi məsələlərdi. Burada söhbət qlobal böhrandan sonra iqtisadiyyatın dirçəldilməsi üçün görülməli olan tədbirlər, investisiyaların artırılması, ticarət səviyyəsinin yüksəldilməsi, iqlim dəyişikliklərinin iqtisadiyyata mənfi təsirinin azaldılması, enerji ilə davamlı təminat, iş yerlərinin artırılması, vergiqoyma, maliyyə axınları və korrupsiaya ilə mübarizə sahəsində fəaliyyətlərin əlaqələndirilməsi kimi məsələlərdən gedir.

G20-nin sammitlərinə üzv dövlətlərdən əlavə, müzakirə olunacaq qlobal əhəmiyyətli məsələlərə aidiyyatı nəzərə alınmaqla bir sıra digər ölkələrin rəhbərləri də dəvət olunur. Bu dəfəki tədbirə Türkiyə tərəfindən daimi dəvətli statusuna malik İspaniya, Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının (ASEAN) sədri kimi Malaziya, Afrika Birliyinin sədri kimi Zimbabve, Afrikanın İnkişafı üçün Yeni Əməkdaşlıq (NEPAD) Təşkilatının nümayəndəsi kimi Seneqal, həmçinin Sinqapur və Azərbaycan dəvət olunmuşdular.

Terror yenə də diqqət mərkəzində

G20 platforması rəsmi olaraq iqtisadi xarakter daşısa da, demək olar ki, bütün dünyanın əsas dövlətlərinin təmsil olunduğu bu sammit planetin gündəminin liderlər tərəfindən müzakirə edilməsinə imkan yaradır. Əminliklə demək olar ki, budəfəki sammitdə qlobal iqtisadi böhrandan çıxma yolları ilə yanaşı, terrorizmlə mübarizə və Suriya məsələsi də əsas müzakirə mövzusu olub.

Xüsusilə 13 noyabrda Parisdə baş verən terror hücumları İŞİD-lə effektiv mübarizənin aparılması üçün dünya dövlətlərinin səylərinin birləşdirilməsi məsələsinin gündəmə gəlməsinə səbəb olub. Bu mənada Rusiya Paris hadisələrindən özünün Suriyadakı addımlarını doğrultmaq üçün yararlanmağa çalışıb. Məhz bu hadisədən sonra Rusiya tərəfi Misirdə qəzaya uğramış təyyarəsinin terrorun qurbanı olduğunu açıqlayıb.

Obama ilə Putinin sammit çərçivəsində baş tutan 20 dəqiqəlik təkbətək görüşündə hansı məsələlərin müzakirə olunduğu açıqlanmasa da, ehtimal etmək olar ki, Rusiya rəhbəri özünün terrorla mübarizədə beynəlxalq koalisiyaya qoşulmasını və bununla da Ukraynda həyata keçirdiklərini unutduraraq yenidən dünya icmasının fəal üzvünə çevrilməyə çalışıb. Obamanın Rusiyalı həmkarı ilə vahid mövqedən çıxış edəcəyi gözlənilməsə də, Fransa tərəfi Rusiya ilə birgə İŞİD-ə qarşı mübarizəyə müsbət yanaşdığına işarə edib.

Lakin Fransanın Rusiya ilə paralel İŞİD-a qarşı mübarizəyə qoşulması Moskvanın Yaxın Şərqdəki maraqlarını sual altına qoyur. Belə ki, Fransa və Rusiyanın terrorçuların mövqeləri ilə bağlı məlumatlarının eyni olmasını bildirmələri onu göstərir ki, Paris Suriyada Moskvanın nəzarətə götürmək istədiyi ərazilərə iddialıdır. Fransanın şərikliyi Rusiyanın Suriyanın yenidən bölünməsində pay götürməsinə mane olacaq. Fransa ilə Rusiya arasında Suriya cəbhəsində rəqabətin yaranması isə Vaşinqtonun hər iki rəqibini zəiflədəcək.

G20-nin Azərbaycan üçün əhəmiyyəti

Azərbaycanın bu mötəbər tədbirdə üzv dövlət səlahiyyətlərində iştirakı belə artıq böyük bir diplomatik uğur kimi qiymətləndirilə bilər. Bu, Azərbaycanın qlobal güc məkəzləri tərəfindən tanınması və regiona aid məsələlərdə Bakı ilə hesablaşması anlamına gəlir.

Dünya enerji təhlükəsizliyi üçün xüsusi əhəmiyyəti olan Qafqaz və Orta Asiya regionundan sammitdə tək Azərbaycanın yer alması, Xəzər hövzəsi və ümumilikdə postsovet məkanından yalnız Rusiya və Azərbaycanın iştirakı belə nəticələrin çıxarılmasına əsas verir. Bu, Azərbaycanın qlobal iqtisadiyyat üçün nə dərəcədə əhəmiyyət daşımasının göstəricisidir.

Təbii ki, Azərbaycan Prezidentinin G20 sammitində iştirak etmə üstünlüyündən milli maraqlarımızın təmin olunması üçün istifadə etdiyi şübhəsizdir. Prezidentin G20 çərçivəsində keçirilən görüş və toplantılardakı çıxışlarının təhlili göstərir ki, Azərbaycanın maraqlarının təmin olunması baxımından əsasən aşağıdakı istiqamətlər əsas götürülüb.

1) Qlobal enerji təhlükəsizliyinin təmin olunması və xüsusilə Avropanın davamlı enerji təhlükəsizliyi baxımından TANAP-TAP layihələrinin əhəmiyyəti
Məlumdur ki, Azərbaycanın müəllifi olduğu bu layihələrin reallaşması müxtəlif obyektiv səbəblərdən bəzi hallarda təhlükələrlə üzləşir. Məsələn, Qərb TANAP-a “Cənub” enerji dəhlizinin bir hissəsi kimi baxır və ümumilikdə Xəzər hövzəsinin, əsasən isə Türkmənistanın qazının bu layihəyə qoşulmasını istəyir. Bunun əsas səbəbi layihənin maliyyələşdirilməsi üçün ayrılan investisiyaları zəmanət altına almaq istəyidir.

Avropa tək Azərbaycanın qaz ehtiyatlarına arxalanıb 45 milyard sərmayə tələb edən layihəyə investisiya qoymağa ehtiyat edə bilər. Rusiyanın Xəzər dənizində hərbi fəallığının artması isə, “Cənub” enerji dəhlizinin tam həcmdə reallaşmasını əngəlləyir. Bu məsələdə Rusiya ilə razılığın əldə olunması isə vaxt aparacağı üçün TANAP layihəsinin reallaşması da yubana bilər.

Bu baxımdan prezident İlham Əliyevin Azərbaycanın ehtiyatlarının 100 il müddətinə kifayət edəcəyini bəyan etməklə avropalı tərəfdaşları əmin salması, layihə ətrafında yarana biləcək şübhələrin aradan qaldırılması və yaxın zaman ərzində layihənin inşasına başlanılmasına nail olmaq məqsədi daşıyır. TANAP-ın reallaşması həm də ona görə vacibdir ki, Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizinin beynəlxalq əhəmiyyəti tamamilə oturuşsun və kənar təsirlərdən tam sığortalansın. Bu, Bakı-Tbilisi-Qars layihəsinin beynəlxalq dəstək qazanmasına da təsir edəcək.

2) İnvestisiyanın cəlb olunması:
Azərbaycanın əsas gəlir mənbəyi olan neftin qiymətinin düşməsi ölkənin gəlirlərinin azalmasına səbəb olduğu üçün qeyri neft sektoruna xarici investisiyanın həcminin artırılması iqtisadi inkişafın əvvəlki səviyyədə saxlanılmasına yardımçı olacaq. Prezidentin ölkədə sahibkarlıq üçün yaradılan mümbit şərait, qeyri-neft sektorunun inkişafı, xarici investisiyaların həcmi və s. məsələlərdən söz açmasının səbəblərindən biri də Azərbaycana əlavə olaraq xarici investisiyanın cəlb olunması məqsədini daşıyır.

3) Terrorla mübarizə çərçivəsində erməni terrorunun ifşa edilməsi:
Təsadüfi deyil ki, Azərbaycan prezidenti öz çıxışında Ermənistanın terroru dəstəkləməsini, Azərbaycan əhalisinin dəfələrlə erməni terrorçularının hücumlarından əziyyət çəkdiyini, ölkə ərazisinin ermənilər tərəfindən işğal olunmasını xüsusi vurğulayıb, ardınca isə dünya birliyinin Ermənistana qarşı heç bir təsirli addım atmamasını, Azərbaycanın isə münaqişənin sülh yolu ilə həllini dəstəklədiyini bildirir.

Necə ki, dünyanın Rusiya, Türkiyə, Fransa və ABŞ kimi dövlətləri terrorla mübarizə aparmaq üçün Suriyaya hərbi zərbələr endirir və bu addımları öz milli təhlükəsizliklərinin terrordan qorunması ilə izah edirlər, eyniylə Azərbaycan erməni terroru ilə hərbi mübarizə hüququnu özündə saxlayır. Ermənistanın terroru dəstəkləyən dövlət olmasına baxmayaraq Azərbaycan hələ də, münaqişənin sülh yolu ilə həllinə çalışır. Ümid edək ki, Prezidentin bu dolayı ismarıcından terror təhlükəsi ilə üzləşmiş və terrorun dini və millətinin olmadığını deyən dünya iderləri müvafiq nəticə çıxaracaqlar.

Tofiq Əsgərov

Previous Post

Azərbaycan G20 sammitindən nə qazandı? – TƏHLİL

Next Post

Bu gün hava necə olacaq?

Bənzər yazılar

İdeoloji manipulyasiyalara şahidlik edən nəsil

İdeoloji manipulyasiyalara şahidlik edən nəsil

23 Oktyabr 2026 - 17:11

Bəli, bu gözəl dövlət hər birimizin doğma yurdu-yuvasıdır. Xoşumuza gəlsə də, gəlməsə də, kənardan hamımıza eyni gözlə baxılır. Dövlətin gücü,...

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

Məhsul şəhadətnaməsi üzrə xüsusi qeyd dərhal icra olunacaq

23 Oktyabr 2026 - 15:16

Mülki Məcəlləyə “Məhsul şəhadətnaməsi” adlı yeni paraqraf əlavə ediləcək. Elchi.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının Mülki Məcəlləsində və...

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

Azərbaycan BMT-də mina təhlükəsi və qanunsuz silah dövriyyəsi məsələsini qaldırıb

22 Oktyabr 2026 - 23:16

Azərbaycan BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Birinci Komitənin (Silahsızlanma və Beynəlxalq Təhlükəsizlik Komitəsi) adi silahlarla bağlı tematik müzakirələrində Azərbaycanın...

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

Ukrayna və Finlandiya arasında 300 milyon avroluq yeddi saziş imzalanıb

22 Oktyabr 2026 - 23:14

Ukrayna və Finlandiya arasında ümumi dəyəri təxminən 300 milyon avro olan yeddi saziş imzalanıb. Elchi.az -ın  məlumatına görə, sənədlər oktyabrın...

Next Post

Bu gün hava necə olacaq?

Bu gün hava necə olacaq?

Son xəbərlər

Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

Fransada etirazlar səbəbindən Luvr və metrolar bağlanır

23 Oktyabr 2026 - 18:29
ABŞ partiyaları bir gündə reklama rekord 147 milyon dollar xərcləyib

ABŞ partiyaları bir gündə reklama rekord 147 milyon dollar xərcləyib

23 Oktyabr 2026 - 17:59
Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqlənib

Buraxılış və ali məktəblərə qəbul imtahanı üzrə bəzi fənlərin proqramları təsdiqlənib

23 Oktyabr 2026 - 17:47
Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu

Azərbaycanın özünü ərzaqla təminetmə səviyyəsi bəlli oldu

23 Oktyabr 2026 - 17:35
Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

Azərbaycan-NATO əməkdaşlığının gələcək perspektivləri müzakirə olunub

23 Oktyabr 2026 - 17:28
İordaniyada kilsədə atışma baş verib: ölənlər və yaralananlar var

İordaniyada kilsədə atışma baş verib: ölənlər və yaralananlar var

23 Oktyabr 2026 - 17:20
Kosmosun hərbi əməliyyat teatrına çevrilməsi riski artır

Kosmosun hərbi əməliyyat teatrına çevrilməsi riski artır

23 Oktyabr 2026 - 17:11
İdeoloji manipulyasiyalara şahidlik edən nəsil

İdeoloji manipulyasiyalara şahidlik edən nəsil

23 Oktyabr 2026 - 17:11
Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanılıblar

Göyçayda silsilə oğurluqlar edən qohumlar saxlanılıblar

23 Oktyabr 2026 - 16:58
Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başladı

Cəlilabadda ovçuluq təsərrüfatında güclü yanğın başladı

23 Oktyabr 2026 - 16:46
“Brent” neftinin qiyməti 115 dolları ötdü

“Brent” neftinin qiyməti 115 dolları ötdü

23 Oktyabr 2026 - 16:39
Danimarka Ukraynaya “F-16″lar üçün 50 mindən çox sursatı təcili təhvil verib

Danimarka Ukraynaya “F-16″lar üçün 50 mindən çox sursatı təcili təhvil verib

23 Oktyabr 2026 - 16:32
“İri Şəhərlərin Su Təchizatı”nın yeni icraçı direktoru kollektivə təqdim edilib

“İri Şəhərlərin Su Təchizatı”nın yeni icraçı direktoru kollektivə təqdim edilib

23 Oktyabr 2026 - 16:25
Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi – FOTO

Zakir Fərəcov sakinlərlə səyyar qəbul keçirdi – FOTO

23 Oktyabr 2026 - 16:17
“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

“Çoxsaylı sənədlərin qəbul olunması bu sahədə vəziyyəti yaxşıya doğru dəyişmir” – Qüdrət Həsənquliyev

23 Oktyabr 2026 - 16:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.