"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Azərbaycan-ABŞ arasında yeni qalmaqal

07 İyul 2015 - 13:17
in MANŞET
FacebookVatsap

ATƏT-in Bakı ofisinin bağlanması haqda qərar ABŞ-da kifayət qədər sərt reaksiya doğurub. “Turan” İnformasiya Agentliyinin məlumatına görə, Vaşinqton bu qərardan dərin narahatlıq keçirdiyini bəyan edib və Azərbaycan hökumətini öz qərarına yenidən baxmağa çağırıb. İyunun 8-də Amerikanın ATƏT-dəki səfiri Daniel Baer Vyanada, ATƏT Daimi Şurasının iclasında bu xüsusda öz ölkəsinin reaksiyasını diqqətə çatdırıb. 

“Ötən cümə günü biz baş katibdən eşitdik ki, Azərbaycan Bakıda ATƏT layihələrinin koordinatorunun funksiyasını nəzərdə tutan memorandumdan imtina etmək niyyətində olduğunu açıqlayıb. Bu, dərin məyusluq doğurur”, – deyə diplomat qeyd edib. “Eyni zamanda yada salmaq vacibdir ki, layihələr üzrə koordinatorun ofisi ATƏT-in 57 üzv dövləti ilə razılaşdırılmış siyasi mandat əsasında fəaliyyət göstərir. Odur ki, həmin dövlətlərin konsensusu əsasında qəbul olunmuş istənilən qərar kimi bu qərar da yalnız konsensus əsasında ləğv oluna bilər” – səfir vurğulayıb. O, həmçinin deyib ki, ofis fəaliyyətini davam etdirməlidir və baş katibi yeni daimi Layihə Koordinatoru təyin olunanadək Bakıdakı ofisə müvəqqəti rəhbər təyin etməyə çağırıb.

Bunu da oxuyun

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Merz Trampla danışıqdan imtina edib

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

ABŞ rəsmisi daha sonra bildirib: “Hökumətin kompleks təhlükəsizliyin yaxşılaşdırılmasına sadiqliyini nümayiş etdirmək yollarından biri onun vətəndaşlarının ATƏT ilə birbaşa qarşılıqlı münasibətlərə malik olmasıdır. ATƏT-in yerlərdə iştirakı, hökumətlər və vətəndaşlarla iş aparması ATƏT qarşısında uğurlu islahatlara və öhdəliklərin icrasına xidmət edir. Hökumət başa düşməlidir ki, QHT-dən və beynəlxalq tərəfdaşlardan gələn tənqidə təhlükə kimi deyil, problemlərin siyasi həlli və vəziyyətin yaxşılaşdırılması imkanları kimi baxmaq lazımdır”.

Baer bildirib ki, Azərbaycanda ATƏT layihələri koordinatorunun ofisinin faydalı işlər görmək üçün potensialı var ki, bu da yerli özünüidarəetməyə yardım göstərəcək, ATƏT öhdəliklərinin icrasını yaxşılaşdıracaq: “Ofis işləməlidir və biz Azərbaycan  hökumətini öz niyyətinə yenidən baxmağa çağırırıq”. Sonda o qeyd edib ki, əgər Bakı ATƏT ofisini bağlamaqda israrlı olarsa bu, ölkənin ilk növbədə insan haqları və əsas azadlıqların təminatı sahəsində beynəlxalq öhdəliklərinin yerinə yetirilməsi məsələsinə mənfi təsir göstərəcək: “Bu isə ölkədə hərtərəfli təhlükəsizlik üçün, Azərbaycan hökuməti və ya adamlar üçün yaxşı deyil”.

* * *

Yada salaq ki, ofisin fəaliyyəti ötən həftə qapadılıb və bu haqda Azərbaycan Xarici İşlər Nazirliyi quruma xüsusi məktub-nota göndərib. Nazirliyin mətbuat xidmətindən bildirilib ki, Bakı Fransa vətəndaşlığı daşıyan Aleksis Şahtaxtinskinin ATƏT-in Bakı layihə əlaqələndiricisi statusunda fəaliyyət müddətinin 31 may 2015-ci il tarixindən sonrakı müddətə uzadılmasını dəstəkləmir. Bununla da ilk və son koordinator kimi Şahtaxtinskinin mandatı faktiki dayandırıldığından, o, prezident İlham Əliyevlə vida görüşü edərək ölkədən gedib.

Arayış üçün qeyd edək ki, ATƏT-in Bakı ofisi ATƏT-in Bakı Layihə Əlaqələndiricisi statusuna 2014-cü ilin yanvarından transformasiya olunmuşdu. Bu haqda qərar ATƏT-in Daimi Şurasında 26 iyul 2013-cü ildə qəbul edilib. Aleksis Şahtaxtinski də vurğulandığı kimi, ilk əlaqələndirici idi. Onun fəaliyyətinin dayanmasına ilkin reaksiya Azərbaycan rəsmilərindən gəlmişdi.

Belə ki, Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov twitter hesabında yazmışdı: “Diplomatik dairələrdə bunun əsas səbəbini ABŞ-ın ATƏT-dəki səfirinin mövqeyi ilə izah edirlər. ABŞ-ın ATƏT-dəki səfiri D.Bayer Alexis Şahtaxtinskiyə irad tutub ki, sən niyə ölkənin başçısı ilə şəkil çəkdirmisən. Belə çıxır ki, Şahtaxtinski səfir Baerlə şəkil çəkdirsəydi, onun gələcək karyerası çox uğurlu olardı”.

Şahtaxtinski ətrafında proseslər də məhz bu statusdan sonra sürətlə pik həddinə çatıb. Bir çox siyasi şərhçilər baş verənləri ABŞ-Azərbaycan, Qərb-Azərbaycan arasındakı gərginliyin kontekstində izah etməkdədirlər. ABŞ-ın ATƏT-dəki səfiri Daniel Baerin məsələyə faktiki, ultimativ xarakterli reaksiyası buna şübhə yeri saxlamır.

Digər qisim analitiklər isə məsələnin kökündə Aleksis Şahtaxtinskinin həqiqətən hakimiyyətlə yaxın olması, onun özünün də bunu gizlətməməsi gerçəyinin durmasını düşünürlər. “Şahtaxtinski bir illik fəaliyyəti zamanı da hökumətin ünvanına hansısa tənqid səsləndirməyib. O, iqtidara loyal olub. Ancaq bu cür davranış beynəlxalq təşkilatlarda qəbuledilməz haldır, çünki o halda diplomat sanki çalışdığı dövlətin təmsilçisinə çevrilir ki, bu da yolverilməzdir” – demişdi ekspertlərdən biri.

***

Məsələ də ondadır ki, Şahtaxtinskinin məhz Azərbaycan hakimiyyətinə qarşı ABŞ-ın tənqidi sözünü deməkdən imtina etdiyi üçün geri çağırıldığı deyilir. Rəsmi Bakı da buna adekvat cavab verib: Şahtaxtinski geri çağırılandan dərhal sonra Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in fəaliyyətdə olan sədri, Serbiya xarici işlər naziri İvitsa Daçiçlə görüşündə diplomatın məhz bu ittihamlarla geri çağırılmasına etiraz bildirib, məsələnin araşdırılmasını tələb edib. Ardınca Azərbaycan XİN koordinatorluğun bir ay ərzində bağlanmasına dair rəsmi xəbərdarlıq notası göndərib.

Ancaq diqqət edildisə, Bakının qərarını ABŞ öz diplomatının dili ilə faktiki, qanunsuz elan edib və Azərbaycan hökumətini qərarı geri götürməyə çağırıb. Üstəgəl, cavab reaksiyasının leksikonu da yetərincə sərtdir. Bakının buna reaksiyası hələlik bəlli deyil.

“Yeni Müsavat”

Previous Post

Azərbaycan-ABŞ arasında yeni qalmaqal

Next Post

Obama: `İŞİD ilə döyüşməyəcəyik`

Bənzər yazılar

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

Latviya Aİ-dən milyardlarla avro vəsait istəyib

10 Sentyabr 2026 - 16:00

Latviya hakimiyyəti Rusiya ilə sərhəddəki müdafiə qurğularını modernləşdirmək məqsədilə növbəti yeddi il ərzində Avropa İttifaqından (Aİ) 7 milyard avro vəsait...

Merz Trampla danışıqdan imtina edib

Merz Trampla danışıqdan imtina edib

09 Sentyabr 2026 - 17:38

Almaniya kansleri Fridrix Merz çərşənbə gününə planlaşdırılan ABŞ prezidenti Donald Tramp ilə telefon danışığını keçirməkdən imtina edib. Elchi.az xəbər verir...

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

Zaxarova Qərb elitalarını qullarla müqayisə etdi

09 Sentyabr 2026 - 16:00

"Qərb elitaları reallıqdan qopublar və qulyabanılar kimi öz ölkələrinin hesabına yaşayırlar". Elchi.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər...

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

“ABŞ Kuba böhranında iştirak etmir” – Rubio

09 Sentyabr 2026 - 14:00

ABŞ Dövlət katibi Mark Rubio Kubada mümkün böhranla bağlı iddiaları rədd edərək, ada ölkəsində pisləşən vəziyyətə görə iqtisadi blokada tətbiq...

Next Post

Obama: `İŞİD ilə döyüşməyəcəyik`

Obama: `İŞİD ilə döyüşməyəcəyik`

Son xəbərlər

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10 Sentyabr 2026 - 23:09
İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

10 Sentyabr 2026 - 23:02
İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

10 Sentyabr 2026 - 21:54
SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

10 Sentyabr 2026 - 21:37
Mesajların hökmranlığı

Mesajların hökmranlığı

10 Sentyabr 2026 - 21:24
AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

10 Sentyabr 2026 - 21:15
Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

10 Sentyabr 2026 - 21:12
Şəmkirdə istixanada yanğın olub

Şəmkirdə istixanada yanğın olub

10 Sentyabr 2026 - 19:15
“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

10 Sentyabr 2026 - 19:07
Britaniya polisi İran agentlərini ələ keçirib

Britaniya polisi İran agentlərini ələ keçirib

10 Sentyabr 2026 - 19:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Bu imtahanın nəticələri elan olundu

10 Sentyabr 2026 - 18:53
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

10 Sentyabr 2026 - 18:42
FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

10 Sentyabr 2026 - 18:37
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

10 Sentyabr 2026 - 18:24
Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

10 Sentyabr 2026 - 18:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.