"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MÖVQE

“Azərbaycanın Avrasiya məkanında nüfuzu getdikcə artır”-Deputat

20 Sentyabr 2022 - 16:11
in MÖVQE
FacebookVatsap

“Məlum olduğu kimi, Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərinin başçıları Şurasının 2015-ci ildə keçirilmiş iclasında Azərbaycan Respublikasına Təşkilatda dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında imzalanmış memorandumda əməkdaşlıq sahələri əks olunub. Hazırda Şanxay Əməkdaşlıq Təşkilatına Özbəkistan sədrlik edir. Bu ilin sentyabr ayının 16-da ŞƏT-in Səmərqənddə keçirilən Zirvə görüşündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şövkət Mirziyoyevin dəvəti ilə fəxri qonaq qismində iştirak etmişdir. Sammitdə çıxış edən Azərbaycan Prezidenti təkilata üzv ölkələrin dövlət başçılarına Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə məlumat verib, Azərbaycan-Ermənistan münasibətlərinin mövcud durumu və son hadisələrə bağlı dolğun açıqlamalar təqdim edib. Prezident İlham Əliyevin Səmərqənd Sammitində iştirakı ölkəmizin dünyada, o cümlədən Avrasiya məkanında getdikcə artan nüfuzunun daha bir göstəricisidir.”

Bunu da oxuyun

Tramp: Hörmüz tamamilə nəzarət altındadır

Zelenski ABŞ-dan daha çox Patriot raketi istəyir

Zaxarova: Navrotski nasizmi bəraətləndirdiyi üçün insan sayıla bilməz

Elchi.az xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib:

Millət vəkili bildirib ki, Azərbaycanın Xəzər dənizi üzərindən yükdaşıma qabiliyyətini artırması Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşımaların həcmini də genişləndirəcək ki, bu da Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin birbaşa maraqlarına cavab verən məqamdır: “Səmərqənd Sammitində çıxış edən Prezidenti cənab İlham Əliyev qeyd edib ki, ölkəmiz Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsinə sanballı töhfələr verib. Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biri olmaqla, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. O cümlədən Azərbaycan Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə xüsusi səy göstərir. Bu marşrut həmçinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin nəqliyyat potensialından daha səmərəli istifadə etməyə imkan verəcək və nəqliyyat infrastrukturunun inkişafına dair yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. Hazırda Azərbaycanın ərazisindən keçməklə Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə illik yükdaşımaların həcmində dinamik artım aşkar müşahidə edilir. Əlbəttə ki, yeni Ələt Beynəlxalq Dəniz Ticarət Limanının tikilib-istifadəyə verilməsi Xəzərdə nəqliyyat-logistika infrastrukturunun inkişafı işinə Azərbaycanın daha bir önəmli töhfəsi olub. Bu gün Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükdaşıma qabiliyyətinə malikdir və bu, ildə 25 milyon tona qədər artırıla bilər. Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Bakı Gəmiqayırma Zavodu bütün növ gəmilər istehsal edə bilir. Zəngəzur dəhlizinin açılması ilə Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb layihəsinin, o cümlədən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun imkanları da dəfələrlə artacaq. Möhtərəm Prezidentimizin dediyi kimi, Zəngəzur dəhlizi mühüm beynəlxalq nəqliyyat arteriyalarının önəmli bir hissəsidir və o, artıq reallığa çevrilir”.

Deputat daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin Səmərqənd Sammitindəki çıxışı Azərbaycanın Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsi yönümündə ciddi səylər göstərdiyini bir daha nümayiş etdirdi:

“Öz çıxışında Ölkə Prezidenti cənab İlham Əliyev Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olması üçün Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının zəruri olduğunu bir daha vurğuladı. Dövlətimizin başçısı bildirdi ki, Azərbaycan bu məqsədlə ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim edib və indi hər iki ölkə ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıdır. Lakin təəssüflər olsun ki, Ermənistan hələ də destruktiv mövqe nümayiş etdirməklə sülh prosesini ləngidir. Sentyabrın 13-dən başlayaraq Ermənistan Azərbaycanla dövlət sərhədində bir neçə genişmiqyaslı hərbi təxribat törətmişdir. Azərbaycan silahlı qüvvələri bu təxribatların qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatları iki ölkə arasında münasibətlərin normallaşması prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət isə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Şayəstə

Previous Post

“Azərbaycanın Avrasiya məkanında nüfuzu getdikcə artır”-Deputat

Next Post

Deputatlar MDB PA-nın iclaslarına qatılacaqlar

Bənzər yazılar

Tramp: Hörmüz tamamilə nəzarət altındadır

Tramp: Hörmüz tamamilə nəzarət altındadır

13 Avqust 2026 - 10:46

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Hörmüz boğazı üzərində "tam nəzarətə" sahib olduğunu iddia edərək, strateji su yolunu saxlaya biləcəklərini bildirib....

Zelenski ABŞ-dan daha çox Patriot raketi istəyir

Zelenski ABŞ-dan daha çox Patriot raketi istəyir

13 Avqust 2026 - 10:18

Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə verdiyi müsahibədə Rusiyanın artan ballistik raket hücumlarının qarşısını almaq üçün lazım olan hava hücumundan müdafiə...

Zaxarova: Navrotski nasizmi bəraətləndirdiyi üçün insan sayıla bilməz

Zaxarova: Navrotski nasizmi bəraətləndirdiyi üçün insan sayıla bilməz

12 Avqust 2026 - 11:42

Zaxarova Polşa Prezidenti Karol Navrotskini insan hesab etməkdən imtina etdi. Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib...

ABŞ Trampın İranı necə cəsarətləndirdiyini açıqladı

ABŞ Trampın İranı necə cəsarətləndirdiyini açıqladı

10 Avqust 2026 - 11:06

Keçmiş ABŞ müdafiə naziri Esper: İran Trampın davranışından cəsarətlənib. Elchi.az xəbər verir ki, keçmiş ABŞ müdafiə naziri Mark Esper bildirib ki,...

Next Post
Deputatlar MDB PA-nın iclaslarına qatılacaqlar

Deputatlar MDB PA-nın iclaslarına qatılacaqlar

Laçının Sus kəndi – Yeni video

Laçının Sus kəndi - Yeni video

Son xəbərlər

Təbii qazın dəyəri azaldı

Türkiyəyə ən çox qaz tədarük edən ölkələrin siyahısı

14 Avqust 2026 - 19:28
ADY-də kükürd daşımaları 31%-dən çox artıb

Sabah Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 8 vaqon buğda göndəriləcək

14 Avqust 2026 - 19:17
“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

“Qarabağ” “Tvente”ni keçsə, oyunçular bu qədər pul alacaq

14 Avqust 2026 - 19:05
Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

Myanmanın keçmiş paytaxtı Yanqunda vəba xəstəliyi qeydə alınıb

14 Avqust 2026 - 19:00
AYNA yeni ekspres avtobusları ilə bağlı açıqlama yaydı

AYNA: Bakıda 9 marşrutun hərəkəti alternativ küçələrlə təşkil edilib

14 Avqust 2026 - 18:51
Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

Bakı, Sumqayıt və Abşeronda ağaclar kəsildi: Dəyən zərər…

14 Avqust 2026 - 18:35
ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

ƏƏSMN çağırışçıların yekun tibbi müayinəyə cəlb edilməsi məsələsinə aydınlıq gətirib

14 Avqust 2026 - 18:12
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 6 vaqon buğda göndərilib

14 Avqust 2026 - 17:59
“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

“Qəhrəmanlara bundan böyük təhqir ola bilməz” — Tramp memoriala hücumu pisləyib

14 Avqust 2026 - 17:45
Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

Qanun pozuntuları aşkarlanan 1144 satınalma protokolu ləğv edilib

14 Avqust 2026 - 17:38
Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26
Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

Qazaxıstanda elektrik enerjisinin verilişi tam bərpa olunub

14 Avqust 2026 - 17:18
“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

“Qarabağ” – “Şamaxı” matçının biletləri satışa çıxarıldı

14 Avqust 2026 - 17:07
Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

Bakıda və bəzi bölgələrdə külək güclənəcək – XƏBƏRDARLIQ

14 Avqust 2026 - 16:54
Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

Xırdalan-Sumqayıt xətti üzrə sərnişin qatarlarının hərəkəti bərpa olunur

14 Avqust 2026 - 16:47
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.