Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlayıb

🗓 02.12.2023 20:01 ✍️ "Elçi" qəzeti
Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri başlayıb
Azərbaycanda Qazaxıstan mədəniyyəti günləri keçirilir. Elchi.az  xəbər verir ki, dekabrın 4-dək davam edəcək mədəniyyət günlərinin maraqlı proqramı var. Mədəniyyət günləri çərçivəsində dekabrın 2-də Beynəlxalq Muğam Mərkəzində Qazaxıstanın “Hassak” etno-folklor ansamblının solo konserti keçirilib. Dekabrın 3-də Q.Musrepov adına Qazaxıstan Dövlət Akademik Uşaq və Gənclər Teatrı "Qaragöz" tamaşası ilə Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsində çıxış edəcək. Dekabrın 4-də Heydər Əliyev Mərkəzində Qazaxıstan təsviri sənət sərgisi açılacaq. Həmin gün Heydər Əliyev Mərkəzində dost ölkənin incəsənət ustalarının qala-konserti keçiriləcək.

Bənzər yazılar