"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result

Azərbaycanda “Coca-Cola” yığışdırıldı…

19 Avqust 2014 - 10:43
in Kateqoriyasız
FacebookVatsap

Paytaxtda fəaliyyət göstərən iri dükanlardan “Coca-Cola” firmasının içkiləri yığışdırılır.nida`-cola` 

“Qafqazinfo” xəbər verir ki, bu barədə musavat.com-a paytaxt sakinləri məlumat veriblər. Bildirilir ki, “Coca-Cola”, “Fanta” və sair içkilər kütləvi şəkildə satışdan çıxarılıb: “Bir neçə marketdə axtardım, tapmadım. Alıcılar sadəcə bildirirlər ki, artıq dükanda bu məhsullar satılmır. Ancaq səbəb göstərmirlər”.

Bunu da oxuyun

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

“Coca-Cola” firmasının məhsullarının əsasən iri marketlərdə – “Grand”, “Neptun” kimi ticarət obyektlərində satışına qadağa qoyulduğu deyilir.

Əməkdaşımız paytaxtdakı iri marketlərdən bir neçəsinə baş çəkib və vəziyyətlə maraqlanıb. Əməkdaşımız “Grand” marketlər şəbəkəsinə aid mağazaların vitrinində “Coca-Cola”-nın bir dənə də içkisini tapa bilməyib. Satıcılarla söhbətləşən əməkdaşımız bunun dəqiq səbəbini öyrənə bilməyib. Satıcılar bildiriblər ki, həmin içkilərin satışdan çıxarılması iki gün əvvəldən başlanıb. Həmin içkilərin yerinə isə vitrinlərə “Pepsi” içkiləri düzülüb.

“Bizim Market” mağazalar şəbəkəsində isə “Coca-Cola”-lar satışdan çıxarılmasa da, satıcı deyib ki, bu günə planlaşdırılır. Artıq həmin vitrinə “Pepsi” içkisi düzüləcəyini deyən satıcının sözlərinə görə, bu qərarın səbəbini bilmirlər. “Neptun” mağazalar şəbəkəsində də oxşar vəziyyətdir.

Qeyd edək ki, bir müddət əvvəl bir neçə ölkədə “Coca-Cola”-dan imtina barədə çağırışlar səslənmişdi. İsrailin Fələstində törətdiyi qətliamlara və bombardmanlara ən sərt etiraz edən ölkələrdən biri olan Türkiyədə keçirilən çeşidli etiraz aksiyalarından biri də məhz İsrail məhsullarının boykotu ilə bağlı idi. Nəticədə Türkiyədə bir çox marketlər İsrailə məxsus malları, o cümlədən “Coca-Cola” firmasının içkilərini satmaqdan imtina etmişdilər.

Türkiyədə sıravi vətəndaşlar da “Coca-Cola”, “Fanta”, “Sprite” içkilərini açıq şəkildə boykot ediblər. Hətta boykot kampaniyası bələdiyyələr səviyyəsinə qaldırılıb. Azərbaycanda isə indiyədək “Coca-Cola”-nı açıq boykota rast gəlinməsə də, sosial şəbəkələrdə bu məhsulları boykot çağırışı edilib.

“Coca-Cola”-nın nidası qoyuldu!

Ancaq bildirilir ki, “Coca-Cola”-nın məhsullarının iri marketlər şəbəkəsindən çıxarılmasının bu kampaniya ilə heç bir əlaqəsi yoxdur. Redaksiyanı bilgiləndirən mənbə iddia edir ki, “Coca-Cola” ilə bağlı baş verənlər siyasi sanksiyadır.

Bu sanksiyanın mahiyyətinə keçməzdən öncə bir xatırlatmaya ehtiyac var.

Bir müddət əvvəl “Coca-Cola” şirkəti Azərbaycanda  fəaliyyətə başlamasının 20 illiyi ilə bağlı PR kampaniyası başladıb. Həmin kampaniyanın şərtlərinə görə, firma öz məhsullarının üstünə insan adları, həmçinin müraciət formaları yazır. Bu kampaniya bir neçə aydır ki, davam edir. Kampaniya müştərilərdə maraq və rəğbət oyatmaq üçün aparılan xüsusi bir PR-dır. Amma bu “piar” “Coca-Cola” üçün xiyarı əyri bitirdi. Belə ki, kampaniyanın ən şiddətli dönəmində üstündə “NİDA” sözü yazılmış “Coca-Cola” içkisinin satışa çıxarıldığı haqda mətbuatda xəbər yayıldı. İlk vaxtlar bunun bir zarafat olduğu deyilsə də sonradan məsələ ciddiləşdi. “NİDA”lı “Coca-Cola” məhsullarının gerçək olduğu bilindi. Bu sözhbətlər ortaya çıxan vaxtlar Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı “Yeni Müsavat”a açıqlama verdi. O, “Coca-Cola” qabları üstündə adların yazılması ilə bağlı araşdırma apardıqlarını bildirmişdi. F.Talıblı N!DA Vətəndaş Hərəkatının qablar üzərində yazılmasına da münasibət bildirmişdi: “Bu haqda məlumatı mətbuatdan, sosial şəbəkələrdən əldə etmişik.

Ümumiyyətlə bu məsələləri öz səlahiyyətimiz çərçivəsində araşdırmışıq. Qüvvədə olan qanunvericiliyin tələblərinin hansı səviyyədə pozulması ilə bağlı da bəzi araşdırmalarımız olub”. F.Talıblı “Yeni Müsavat”a onu da bildirmişdi ki, şirkət öz məhsullarının üzərində “NİDA” sözünün yazılmasını təkzib edib.

Amma necə deyərlər, ox yaydan çıxmışdı. Həmin vaxt bəzi media quruluşları Amerikaya bağlı “Coca-Cola” firmasının Azərbaycanda rəngli inqilabları təbliğ etdiyi haqda ortaya iddia atmışdı. Məlumata görə isə, şirkət istehsal etdiyi məhsulun üzərinə “NİDA” yazmaq qərarını hərəkat üzvləri tərəfindən edilən təklifdən sonra verib.

“NİDA” Vətəndaş Hərəkatının İdarə Heyətinin üzvü Turqut Qəmbər isə musavat.com-a açıqlamasında bildirdi ki, içkinin qabının üzərində “NİDA” sözünün yazılması təşkilatın təklifi və qərarı deyildi: “Bilmirəm, bu şirkətdə mexanizm necədir və hansısa sözü hansı şərtlərlə içkinin qabına yazırlar. Ancaq bizim təşkilatda bununla bağlı hər hansı müzakirə və qərar olmayıb. Bəlkə də bu, kiminsə şəxsi təşəbbüsü olub, amma mən bundan xəbərsizəm”.

İyun ayında şirkətin məhsullarının üzərinə “NİDA” sözünü yazması geniş müzakirələrə səbəb olandan sonra şirkət açıqlama verərək baş verənləri təkzib edib. Mətbuata açıqlamasında şirkət bildirib ki, “Coca-Cola” siyasətə heç vaxt qatılmayıb və onlarda bu adda məhsul istehsal edilməyib.

Bundan sonra isə bildirilirdi ki, ölkədə fəaliyyət göstərən bir neçə böyük marketlər şəbəkəsi “Coca-Cola” ilə əməkdaşlığa son qoyub və şirkətə məxsus məhsulları satmaqdan imtina edib. Şirkət isə həmin marketlər şəbəkələri ilə danışıqlara başlamaq məcburiyyətində qalıb. Məlumata görə, danışıqlar üçün şirkətin mərkəzi ofisinin nümayəndəsi də Azərbaycana gəlib.

“Coca-Cola” Azərbaijan” isə baş verənləri “qara piar” adlandıraraq vəziyyətdən çıxmağa çalışıb və bildirilib ki, bu cür xəbərlərin şirkətə rəqib olan digər istehsalçılar tərəfindən həyata keçirildiyi ehtimal edilir.

Hazırda isə görünən odur ki, şirkətin rəsmilərinin ölkədə apardıqları danışıqlar uğursuz olub və sanksiya ilə üzləşiblər.

“Yeni Müsavat”

Tags: SOSİAL
Previous Post

Azərbaycanda “Coca-Cola” yığışdırıldı…

Next Post

Millimizdən böyük hesablı qələbə

Bənzər yazılar

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

02 Oktyabr 2026 - 18:25

Xaricdə yaşayan azərbaycanlı alimləri bir araya gətirmək, elmi əlaqələri genişləndirmək və əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə 9-10 dekabr 2026-cı il...

Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

02 Oktyabr 2026 - 18:12

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında bağlanmış Məkkə sazişi çərçivəsində yaradılmış Strateji Siyasi-Müdafiə Komitəsinin iclası yakın vaxtlarda Ər-Riyadda keçiriləcək. Elchi.az...

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

02 Oktyabr 2026 - 17:59

Azərbaycanda biznes subyektlərinin maliyyə resurslarına çıxışının genişləndirilməsi üçün yeni kredit zəmanəti və kapital maliyyələşdirilməsi mexanizmləri hazırlanır. Elchi.az xəbər verir ki,...

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

02 Oktyabr 2026 - 17:51

Elm və təhsil naziri Emin Əmrullayev oktyabrın 30-da Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Elchi.az-a Elm və Təhsil Nazirliyindən...

Next Post

Millimizdən böyük hesablı qələbə

Millimizdən böyük hesablı qələbə

Son xəbərlər

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başladı

02 Oktyabr 2026 - 18:25
Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

Pakistan XİN: Məkkə paktının iştirakçıları yaxın vaxtlarda Ər-Riyadda görüşəcəklər

02 Oktyabr 2026 - 18:12
Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

Azərbaycan Dünya Bankı ilə biznes kreditləri üçün yeni mexanizm hazırlayır

02 Oktyabr 2026 - 17:59
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək

02 Oktyabr 2026 - 17:51
İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

İndiyə qədər 7 minə yaxın müəllimin MİQ üzrə müsahibəsi yekunlaşıb

02 Oktyabr 2026 - 17:44
Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

Netanyahu: İsrail “Flydubai” pilotunu kimin idarə etdiyini araşdırır

02 Oktyabr 2026 - 17:37
Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:33
Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

Ermənistanda saxlanılan əsgərimiz həbs edildi

02 Oktyabr 2026 - 17:25
İstanbulda insan alverində şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb

İstanbulda insan alverində şübhəli bilinən Özbəkistan vətəndaşı saxlanılıb

02 Oktyabr 2026 - 17:18
Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

Bakı-Tbilisi qatarlarının reysi artırıldı: Gürcüstana gedənlər sığortanı haradan alacaq?

02 Oktyabr 2026 - 17:09
Nazir Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edib

Nazir Fərid Əhmədov Xankəndidə vətəndaşları qəbul edib

02 Oktyabr 2026 - 17:05
Amsterdam metrosu fəaliyyətini tam dayandırıb

Amsterdam metrosu fəaliyyətini tam dayandırıb

02 Oktyabr 2026 - 16:56
Faktiki hava açıqlanıb

Faktiki hava açıqlanıb

02 Oktyabr 2026 - 16:47
“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi başa çatıb

02 Oktyabr 2026 - 16:41
Məktəblilər üçün “açıq qapı günü” tədbiri keçirildi

Məktəblilər üçün “açıq qapı günü” tədbiri keçirildi

02 Oktyabr 2026 - 16:35
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.