Azərbaycan və Rusiya XİN rəhbərləri Laçın yolundakı vəziyyəti müzakirə etdilər

32

Azərbaycan və Rusiya xarici işlər nazirləri arasında telefon danışığı olub.

Rusiya XİN-dən verilən məlumata görə, yanvarın 17-də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında telefon danışığı zamanı ikitərəfli və regional gündəliyin bir sıra aktual məsələlərini müzakirə olunub.

Rusiya tərəfi 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatda müəyyən edilmiş parametrlərə uyğun olaraq Laçın dəhlizi boyunca nəqliyyatın hərəkətinin ən qısa müddətdə tam şəkildə açılmasının vacibliyini vurğulayıb.

Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasının əsas trekləri üzrə hərtərəfli işin bərpası üçün bütün əlaqəli məsələlər üzrə qarşılıqlı məqbul həllərin əldə edilməsinin vacibliyi də vurğulanıb.