Azərbaycan Tərcümə Mərkəzi ölkəmizi İsveç beynəlxalq kitab sərgisində təmsil edib

🗓 27.09.2014 11:11 ✍️ "Elçi" qəzeti

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru Afaq Məsud İsveçin 9CC2AE58-13D9-44B9-8DBF-F7823121B39C_w640_r1_sHöteborq şəhərində keçirilən beynəlxalq kitab sərgisində iştirak edib. Mərkəzin mətbuat və nəşr məsələləri üzrə müşaviri Fərid Hüseyn AzərTAc-a bildirib ki, sərgi çərçivəsində İsveç Akademiyasının, Stokholm Kultur Radet Mədəniyyət Şurasının, Bonnier Agency və Noisteads Nəşr evinin nümayəndələri ilə görüşlər keçirilib. Görüşlər zamanı təcrübə mübadiləsi, İsveç və Azərbaycan ədəbiyyatının seçilmiş nümunələrinin antologiyalarının tərtib və nəşr məsələləri müzakirə edilib. Həmçinin, 2015-ci ilin sentyabrında baş tutacaq növbəti İsveç beynəlxalq kitab sərgisində Azərbaycan kitablarının və təsviri sənətinin sərgilənməsi nəzərdə tutulan stendə də yer ayrılacağı bildirilib.

Bənzər yazılar