"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home Cebhe-banner

Azərbaycan qadınını dünyada şərəfləndirən xanım

28 Aprel 2022 - 16:19
in Cebhe-banner, MANŞET
FacebookVatsap

 
Qadın dünyanın ən uca zirvəsi, bəşərin anası, müqəddəs varlıqdır. Ağıllı, bacarıqlı qadınlar, sanki cəmiyyətin yaşadılması, insanlığın xilası üçün Tanrının ğöndərdiyi mələklərdir. Azərbaycan xalqının da çoxminillik tarixində qadınlar misilsiz bir mövqe tuturlar. Təkcə onu demək kifayətdir ki, xalqımızı yaşadıb onun varlığını bugünkü nəsillərə qovuşduran qadın- anaların böyütdüyü, tərbiyələndirib faydalı insan kimi yetirdiyi övladlarıdır.

Bunu da oxuyun

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Min bir nemət yetirən əməkçini də, yurdu qoruyan əsgəri də, balalara bilik verən, peşə öyrədən müəllimi də, yenilikləri ilə həyatı dəyişən alimi də, sağlamlığımızın keşiyində dayanan həkimi də, ölkəmizə başçılıq edən rəhbəri də dünyaya gətirən məhz qadınlardır. Analar, eyni zamanda, bütün peşə sahibləri olan kişilərin həyat ortağıdırlar, ailələrin, irili-xırdalı kollektivlərin, bütünlükdə cəmiyyətin yükünü onlarla bərabər daşıyırlar.

Bu mənada elə qadınlar var ki, onların zəkası, zəhməti, fəaliyyət yönləri bir deyil, bəzən onlarla, yüzlərlə qadının xidmətinə, missiyasına bərabər olur. Bu zaman onlar bi evin, bir elin deyil, bütöv bir xalqın yükünü daşıyan yüksək zəkalı, böyük hünərli, fövqəl qabiliyyətli qadın səviyyəsinə çevrilirlər. Belə qadınlar sağlıqlarında uca məqama yüksəlir, hamının sevdiyi, ehtiram bəslədiyi millət anası kimi tanınırlar. Onlar fiziki ömürlərini başa vuranda isə əbədiyyətə qovuşurlar. Belə nadir qadınlar, ulu analar həyatda qoyub getdikləri parlaq və silinməz izlərlə həmişə mənəvi varlıqlarını qoruyub saxlayırlar.

Mükəmməl insan, böyük alim, şəfalı təbib, millət atası olmuş insanın ömür-gün yoldaşı, xalqın başını uca etmiş övladlar anası, bir evin qayğıları ilə yanaşı, bütöv bir xalqın da yükünə çiyin vermiş akademik Zərifə xanım Əliyeva həyatda ən yüksək mövqe qazanmış Azərbaycan qadınlarının sırasında ön yerdə qərarlaşmışdır. Nümunəvi Azərbaycan qadınının bütün keyfiyyətlərini özündə birləşdirən, unudulmaz, həmişəyaşar Zərifə xanımın adı, əməlləri, həyatda qoyub getdiyi izlər hər gün, hər yerdə onu dərin ehtiramla xatırladır. Bu bənzərsiz insanın dünyaya gəlmiş olduğu tarix, o müqəddəs və ulu qadını xalqımıza bəxş etmiş gün isə  hər il ayrıca diqqət, sevgi və qədirbilənliklə yad edilir. Bunun da səbəbi odur ki, xalqının taleyində çox ciddi və önəmli rol oynamış tarixi şəxsiyyət kimi Zərifə xanım həkim, bəşəri alim, milli ziyalı, mehriban və qayğıkeş həyat yoldaşı, ana olaraq nümunəvi Azərbaycan qadınının bütün keyfiyyətlərini özündə birləşdirən, unudulmaz, həmişəyaşar, mələksima bir insan olmuşdur. 

Bəzən insan çox sevdiyi, xüsusi bir hörmət bəslədiyi insana olan rəğbət və məhəbbətini sözlə tam ifadə edə bilmir. Çünki deyəcəyi sözlər belə insanın şəxsiyyətinin ümumi böyüklüyünü və insanlığının incəliklərini axıradək çatdıra bilmir. Məhz Zərifə xanıma layiq olan sevgi, hörmət adi sözlərə sığmır. Belə insanların bütöv obrazını yüksək zəkalı və dərin təxəyyüllü söz ustaları daha dəqiq və ifadəli yarada bilirlər.

Biz isə sevgi və qədirbilənlikdən güc alaraq onu deyə bilirik ki, Zərifə xanım Əliyeva Tanrının Azərbaycan cəmiyyətinə bəxş etdiyi qiymətli bir inci idi. Ulu Yaradan onu neçə-neçə insanların qurtuluşu üçün göndərmişdi. O, Azərbaycan xalqına bəxş edilən bir zəka və qabiliyyət sərvəti idi. Zərifə Əliyeva 99 il bundan əvvəl dünyaya bir bahar günündə göz açmaqla, xalqımızın taleyinə də ətirli bir yaz gətirmişdi. O peşəkar, savadlı, işini zərgər dəqiqliyi ilə yerinə yetirən nadir bir oftolmoloq, dərin zəkalı bir tibb alimi idi.
Zərifə xanım zərif əlləri və nurlu qəlbi ilə minlərlə xəstələrin gözünün itmiş işığını qaytarıb və özündən sonra da bu dəyərli, əsrarəngiz biliyi xələflərinə miras qoyub. İndi onun yetirmələri olan saysız-hesabsız həkimlərimiz var.

Zərifə xanım təkcə oftalmoloq deyildi, o həm də mükəmməl bir təbib-pedaqoq idi. Onun şəfalı əlləri ona bitib-tükənməyən rəhmətlər qazandırıb. Zərifə xanımın əbədi məkanına  ünvanlanmış bütün bu dualar daim onun ruhunu şad edir, qəlblərdə yaşayan ölməz xatirəsini nurlandırır. O belə ulu dəyər və sevgiyə layiq bir alim idi. O heç vaxt Azərbaycan xalqının qəlbindən, yaddaşından silinməyəcək.

Akademik Zərifə xanım Əliyeva peşəkar həkim kimi, bugünümüzdə belə elmimiz üçün, səhiyyəmiz üçün, ölkəmizin tibb ictimaiyyəti üçün və şəxsən mənim üçün etalondur. Onun oftalmologiya elminə verdiyi töhfələri, ixtirası, monoqrafiyaları, elmi işləri, təklifləri və kadrların hazırlanması üçün yüksək dərs vəsaitləri səhiyyəmizin sərvətidir. 

Zərifə xanım elm sahəsindəki böyük uğurları ilə yanaşı, bir qadın kimi də bütün tərif və təqdirlərə layiq olduğunu sübut etmişdi. O, qayğıkeş ana, sədaqətli həyat yoldaşı, mehriban bacı və xalqı qarşısında ata-ana başını uca edən övlad idi.
Zərifə Əliyevanın adı təkcə ölkə daxilində deyil, onun hüdudlarından kənarda da sevgi ilə anılır, qədirbilənliklə yad edilir. Bu, Azərbaycan xalqı üçün böyük fəxarət, milli qürur duyğusunun ən üstün səviyyəsidir. Xalqın ona olan ehtiramı hər zaman yüksək pillədə qərar tutub. Bu onun sağlığında da belə idi, o mübarək insan aramızdan ayrıldıqdan sonra da daim belədir.

Zərifə xanım sağlığında xalqın ona olan sevgisini gördükcə qəlbi riqqətə gəlirdi, peşəsinə olan bağlılığı, insanlara göstərdiyi xidməti daha da artırdı. O, öz xalqına sonsuz bir sevgi bəsləyirdi və ona mükəmməl övladlıq borcu ilə yanaşırdı. Xalq da bunu duyur, görür və öz minnətdarlığını hərarətlə ifadə edirdi. Zərifə xanımın xeyirxah fəaliyyətləri, həyat uğurları hər bir Azərbaycan vətəndaşına dərin bir soydaşlıq duyğusu yaşadırdı. Bu necə də xoş, gözəl duyğular olub!

Akademik Zərifə Əliyeva milli xanımlığın tacı, dünyamiqyaslı alimliyin şərəfi idi. Bu sahəyə öz möhürünü vurmuşdu. Həyatda belə bir zirvəyə qalxmaq hər qadına nəsib olmur. Bu nailiyyət elə belə bəxş olunmur, min bir zəhmət, dərin zəka və həyat sevgisi ilə zərrə-zərrə qazanılır. Zərifə xanım bunu bacarmışdı. 

Dünya şöhrətli təbib Zərifə xanım nəcib peşəsi ilə ona üz tutanlar üçün xilaskarlıq ünvanı idi. Bu xilaskarlıq missiyası ilə o, zülmətləri yarıb insanları aydınlığa çıxardan nur qaynağı olmuşdu.  Bütün bunlar Zərifə xanım Əliyevanı bir xanımlıq, analıq və şəfakeşlik məktəbi olaraq Azərbaycan cəmiyyətinin zirvəsinə yüksəltmişdi. Onun bu mükəmməl şəxsiyyəti və bəşəri obrazı Azərbaycan qadınının dünyaya təqdim etdiyi ali bir səviyyədir.

Rəşad Mahmudov,
Tibb elmləri doktoru
Milli Məclisin Səhiyyə Komitəsi sədrinin müavini

Previous Post

Azərbaycan qadınını dünyada şərəfləndirən xanım

Next Post

Ceyhun Bayramov iranlı həmkarı ilə DANIŞDI

Bənzər yazılar

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52

Oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının keçirilməsi yeni geosiyasi reallıqlar şəraitində mühüm və əlamətdar hadisəolaraq...

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultayı ilə bağlı paylaşım edilib – VİDEO

02 Oktyabr 2026 - 16:23

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında YAP-ın VIII qurultayı ilə bağlı paylaşım edilib. Elchi.az paylaşımı təqdim edir:

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

Lukaşenkodan Ermənistana ÇAĞIRIŞ

02 Oktyabr 2026 - 16:00

Belarus prezidenti Aleksandr Lukaşenko Ermənistanı Avrasiya İqtisadi İttifaqının (Aİİ) ümumi bazarından çıxmamağa çağırıb. Elchi.az-ın xəbərinə görə, o, hesab edir ki,...

“Avropa diri-diri yeyilir” – Tramp

“Avropa diri-diri yeyilir” – Tramp

02 Oktyabr 2026 - 15:00

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa diri-diri yeyilir. Elchi.az xəbər verir ki, Tramp Texasda çıxışı zamanı deyib: "Avropanın...

Next Post
Ceyhun Bayramov iranlı həmkarı ilə DANIŞDI

Ceyhun Bayramov iranlı həmkarı ilə DANIŞDI

Ceyhun Bayramov iranlı həmkarı ilə DANIŞDI

Ceyhun Bayramov iranlı həmkarı ilə DANIŞDI

Son xəbərlər

Anatoli Kaşpirovski vəfat etdi

Anatoli Kaşpirovski vəfat etdi

03 Oktyabr 2026 - 13:43
Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

Sabah Ziya Bünyadov prospektində yolötürücüsündə müayinə aparılacaq

03 Oktyabr 2026 - 13:30
Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

Səudiyyə Ərəbistanı husilərin mövqelərinə artilleriya zərbələri endirdi

03 Oktyabr 2026 - 13:16
Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

Ceyhun Bayramov İran XİN başçısı ilə telefonla danışıb

03 Oktyabr 2026 - 12:58

Sabah Bakıda yağış yağacaq, dağlıq ərazilərə qar düşəcək

03 Oktyabr 2026 - 12:52
YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

YAP-ın VIII Qurultayı: Güclü dövlətin siyasi qüdrətinin təqdimatı

03 Oktyabr 2026 - 12:52
Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

Dələduzluğa görə axtarışda olan 3 nəfər saxlanılıb

03 Oktyabr 2026 - 12:40
NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

NATO qırıcıları Litvaya görə havaya qaldırıldı

03 Oktyabr 2026 - 12:21
Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağır – VİDEO

03 Oktyabr 2026 - 12:09
Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

Dövlət başçısı İlham Əliyev Koreya Prezidentinə təbrik məktubu ünvanlayıb

03 Oktyabr 2026 - 11:55
Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

Azərbaycan lideri Almaniya Prezidentini təbrik edib

03 Oktyabr 2026 - 11:53
Azərbaycan Prezidenti İraq liderini təbrik edib

Azərbaycan Prezidenti İraq liderini təbrik edib

03 Oktyabr 2026 - 11:52
Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

Bakıda aylıq normadan çox yağıntı düşüb – FAKTİKİ HAVA

03 Oktyabr 2026 - 11:51
Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

Suqovuşan və Talış kəndlərində görülən işlər açıqlanıb

03 Oktyabr 2026 - 11:25
ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

ADY hava şəraiti ilə bağlı sərnişinlərə müraciət edib

03 Oktyabr 2026 - 11:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.